Xalqımıza qarşı cinayətlər...
19.01.2024 [10:50]
Beynəlxalq ictimaiyyət niyə susur?
Uzun illər ərzində ərazilərimizi işğal edən Ermənistan çoxsaylı müharibə cinayətləri törədiblər. Bütün dünya mülki əhalimizin amansızlıqla qətlə yetirilməsinə, şəhər və kəndlərimizin, tarixi və mədəniyyət abidələrimizin məhv edilməsinə şahid olub. Ancaq ermənilərin sülh və insanlıq əleyhinə cinayətləri bununla bitməyib. 44 günlük Vətən müharibəsi zamanı da Ermənistan həmin cinayətlərini xüsusi qəddarlıqla davam etdirirdi.
Ərazilərini işğaldan azad etmək uğrunda mübarizə aparan dövlətimiz isə hərbi əməliyyatların başlanğıcında elan etmişdi ki, əsas hədəfi mülki əhali yox, işğalçı qüvvələr və hərbi obyektlərdir. Bu, Azərbaycan və Ermənistanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərirdi. Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozub. Həmçinin 44 günlük müharibədə rəsmi İrəvan “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il Cenevrə Konvensiyasının tələblərini pozaraq, dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib: “Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb.
2020-ci ilin təkcə 11 oktyabr tarixində Ermənistanın Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.
Əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər tipli dağıdıcı raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədini daşıyıb. Bərdə şəhərinə raket hücumu zamanı qadağan olunmuş kaset tipli bombalardan istifadə edilib.
27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
Ə.Verdiyev qeyd edib ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində işğaldan azad edilən ərazilərimizə keçmiş məcburi köçkünlərin qayıtmaları bu gün ən vacib işlərdən biridir. Bu istiqamətdə lazım olan tədbirlər görülür: “Lakin hələ də torpaqlarımızın minalardan təmizlənməsi istiqamətində fəaliyyət davam edir. Ermənistanın verdiyi xəritələrin yararsız olması onların post-müharibə dövründə də nə qədər qeyri-səmimi olmasının, insan həyatına dəyər verməməsinin təzahürüdür”.
Ekspert qeyd edib ki, ermənilər yalnız insanlara qarşı deyil, tarixi abidələrə, müqəddəs sayılan məscidlərə, həmçinin ekologiyaya qarşı da insanlıqdan kənar cinayətlər törədib: “Onların insanlıq əleyhinə törətdiyi cinayətləri Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda səsləndirib, Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırıb və bu istiqamətdə fəaliyyət uğurla davam etdirilir. Regionda nüfuzu artan, dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənən Azərbaycan Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün çox güclü iş aparır. Ona görə də, inanırıq ki, Ermənistanın bu cinayətləri cavabsız qalmayacaq. Çünki Azərbaycan dövləti tərəfindən bütün bu cinayətlər sənədləşdirilərək müvafiq beynəlxalq təşkilatlara təqdim olunur. Odur ki, Ermənistan törətdiyi bütün cinayətlərinə görə cəzasını mütləq alacaq”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

