İnsanlıq əleyhinə cinayətlər...
22.11.2023 [11:14]
Erməni vəhşiliyi dünya ictimaiyyətinə necə çatdırılır?
Y.SAHİB
Müharibəni yalnız hərbi güclə qazanmaq mümkün deyil. Məlumdur ki, iki dövlət arasında silahlı münaqişələr zamanı qələbənin əldə edilməsi üçün ən vacib ünsürlərdən biri informasiya savaşının düzgün qurulmasıdır. Necə ki, İkinci Qarabağ müharibəsində bunun şahidi olduq. 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz göstərdi ki, zəfər əldə etmək üçün bütün zəruri işlər görülmüşdü.
Prezident İlham Əliyevin apardığı daxili-xarici siyasət, beynəlxalq təşkilatlarla iş və doğru zamanlama böyük qələbəyə gətirib çıxartdı. Lakin ölkə başçısı bütün bunlarla paralel olaraq informasiya savaşında da yetərincə böyük işlər gördü. Müharibə əsnasında həmçinin müharibədən sonra Prezidentin xarici media orqanlarına verdiyi müsahibələr bütün dünyanın diqqət mərkəzində idi. Dövlət başçısının kəskin və həqiqi faktlara dayanan çıxışları, müsahibələri Azərbaycanla bağlı həqiqətləri bir daha sübuta yetirdi. Ermənilərin xalqımıza qarşı sülh və insanlıq əleyhinə törətdiyi cinayətlər bütün dünyanın diqqətinə çatdırıldı.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, İkinci Qarabağ savaşı Azərbaycan ordusunun gücünü dünyaya göstərdi. Onun sözlərinə görə, Azərbaycanın silahlı qüvvələri Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsini özü yerinə yetirdi: “Ordumuz erməni terroristlərini, erməni separatçılarını bu ərazilərdən qovub çıxardı. Nəticə etibarilə ötən müddət ərzində Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda quruculuq-abadlıq işlərinə başladı. Biz, bir milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünlərinin öz dədə-baba yurdlarına qayıtması üçün təxirəsalınmaz işlər həyata keçiririk. Unutmamalıyıq ki, məhz 1994-cü ildən atəşkəs elan edilmişdi. 1994-cü ilə qədər çoxlu sayda qaçqın və məcburi köçkünlər bu ərazilərdən didərgin düşmüşdü. Hazırda həmin insanların öz dədə-baba yurdlarına qayıtması üçün Azərbaycan bu ərazilərdə həyatı uğurla bərpa edir”.
Ermənilər daşı daş üstə qoymayıblar
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi işğal etdikləri Azərbaycan torpaqlarında sülh və insanlıq əleyhinə cinayətlər törədiblər: “Torpaqlarımızı işğaldan azad etsək də, bu ərazilərdə normal həyatın olması üçün heç bir şərait qalmayıb. Ermənistan, erməni vandalları burada daşı daş üstə qoymayıblar. Bizim bütün infrastrukturları məhv ediblər. Hətta tarixi-mədəni abidələrimizi ya dağıdıblar, ya da saxtalaşdıraraq özünküləşdiriblər. Həmçinin təəssüflər olsun ki, bizim qəbirləri belə təhqir ediblər. Bütün bunlarla yanaşı, Birinci Qarabağ savaşı zamanı 4 minə yaxın Azərbaycan vətəndaşının, hərbçisinin taleyi hələ də bəlli deyil”.
Gec-tez reallığı dərk edəcəklər...
Z.Məmmədov hesab edir ki, ölkəmiz bütün sferalarda öz mövqeyini gücləndirib: “Ermənistan və onun havadarları prosesləri uzatmaqla yalnız və yalnız Ermənistana zərbə vururlar və Ermənistanın müstəqilliyini təhdid altına salırlar. İstənilən halda Azərbaycan bütün təxribatların qarşısını almaq gücündə, iqtidarındadır. Bu gün də Azərbaycan dünya ictimaiyyəti tərəfindən tam olaraq qəbul edilməsi və reallıqların dərk edilməsi üçün öz işlərini davam etdirməkdədir. Ümid edirik ki, erməni yalanlarına inanan, Ermənistanı “məzlum, yazıq və əzilmiş xalq” kimi qəbul edən erməni havadarları gec-tez bu reallıqları dərk edəcəklər”.
Qələbəmizi möhkəmləndirən element...
Politoloqun sözlərinə görə, Ermənistanın təcavüzkar dövlət mahiyyətini, işğalçı dövlət olmasını dünyaya çatdırmaq vacib məsələlərdən biri idi: “Bunu tarixi qələbəmizi möhkəmləndirən element də hesab etmək olar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev müharibə dövründə, elə ondan sonra da dünyanın ən mötəbər media orqanlarına müsahibələr verərək münaqişə vəziyyəti ilə bağlı həqiqətləri davamlı olaraq dünyaya çatdırdı. Prezident müsahibələrində o qədər ciddi arqumentlərə istinad edirdi ki, onun söylədiklərini qəbul etməmək mümkün deyildi. Bu faktor Azərbaycanın informasiya mübarizəsində mövqelərini möhkəmləndirirdi.
Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident dəfələrlə həmin ərazilərə səfərləri zamanı sükan arxasından erməni vandalizminin izlərini nümayiş etdirirdi. Təbii ki, ölkə başçısının hər bir səfəri, hər sözü dünya mediası tərəfindən yaxından izlənilir. Ona görə də əminliklə qeyd etmək olar ki, Prezident işğaldan azad edilmiş ərazilərə səfəri zamanı informasiya müharibəsini də həyata keçirirdi. Ermənistanın Azərbaycan torpağında törətmiş olduğu cinayətləri dünyaya təqdim edirdi”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

