İnsan hüquqları və siyasi mədəniyyət...
18.11.2023 [12:31]
Ölkəmizdə vəziyyət necədir?
Yeganə BAYRAMOVA
Hər bir dövlətin inkişafı üçün insan hüquqlarının müdafiəsi, vətəndaşların siyasi və sosial fəallığı vacib elementlərdən biri sayılır. Məhz sosial və siyasi mədəniyyətin inkişafı milli birliyi möhkəmləndirir. Bu birlik isə təbii olaraq xalq və dövlət münasibətlərinə müsbət təsir göstərir.
Nəzərə almaq lazımdır ki, hər bir cəmiyyətin inkişafı üçün vacib olan bəzi ünsürlər var. Məsələn, müasir və demokratik dövlətlərin əsas təməl prinsiplərindən sayılan insan hüquq və azadlıqları, siyasi mədəniyyətin formalaşdırılması bu qəbildəndir. Bu gün dövlətin həyata keçirdiyi layihələrin bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsidir.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən hüquqşünas Nadir Məmmədovun sözlərinə görə, vətəndaş cəmiyyətinin əsas subyekti insan və dəyərlər sistemidir. O, qeyd edib ki, demokratik cəmiyyətlərdə vətəndaş cəmiyyəti və hüquqi dövlət arasında sıx qarşılıqlı əlaqə yaranır: “Vətəndaş cəmiyyətində insanlar azadlıq əldə edir, mülkiyyətə sahib olur, kamil şəxsiyyət kimi yetişir. Vətəndaş cəmiyyəti yalnız yetkin hüquqi dövlət şəraitində geniş fəaliyyət göstərir. Bu cəmiyyətin formalaşması zamanı bütün sahələrdə sivilizasiyalaşma baş verir. Vətəndaş cəmiyyətinin hüdudlarına gəldikdə, o, bir tərəfdən mülkiyyət, plüralizm, sabitliklə, digər tərəfdən hüquqi dövlət, demokratiya və vətəndaşların ictimai fəallığı ilə sıx bağlıdır”.
Azərbaycan böyük yol qət edib...
Ekspert qeyd edib ki, dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır, bir-birindən asılı olur: “Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. İnkişaf etmiş Qərb ölkələrində vətəndaş cəmiyyətinin və hüquqi dövlətin qarşılıqlı fəaliyyətinin müəyyən mexanizmi mövcuddur.
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində atılan addımları görmək üçün ilk növbədə Konstitusiyaya nəzər salmaq lazımdır. Konstitusiyamızın təqribən yarıdan çoxu vətəndaşlarımızın hüquq və azadlıqlarının müdafiəsinə yönəlib və bu sahədə olan münasibətləri özündə ehtiva edir. Bu baxımdan insanların hüquqi-siyasi və mədəni səviyyəsinin yüksəldilməsi üçün də dövlət lazımi tədbirlər həyata keçirir. Sosial və siyasi fəallığın artırılmasında həm də vətəndaş cəmiyyəti fəal rol oynayır. İctimai fəallar və vətəndaş cəmiyyətinin üzvləri öz çıxışlarında ictimai rəyə təsir edə bilirlər. Bu gün sosial şəbəkələr informasiya xarakteri daşıyır, həm də sosial-mədəni tədbirlərin keçirilməsində mühüm rol oynayır. İnsanların hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı Azərbaycan çox böyük yol qət edib. Bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb”.
Siyasi mədəniyyət siyasi iştirakçılığı önə çəkir
N.Məmmədov bildirib ki, istənilən cəmiyyətdə həm siyasi münasibətlər sistemi, həm də o cəmiyyətin ümumi inkişafı, təhlükəsizliyi, sabitliyi cəmiyyət üzvlərinin siyasi mədəniyyət səviyyəsindən çox asılıdır: “Təbii ki, siyasi mədəniyyətin mahiyyətini düzgün izah etmək və dərk etmək vacibdir. Siyasi mədəniyyət cəmiyyət üzvünün ətrafında cərəyan edən siyasi proseslərə reaksiyası və düzgün qiymətvermə bacarığı kimi izah oluna bilər. Yəni cəmiyyət üzvü cəmiyyətdə gedən siyasi proseslərə reaksiya verirsə, bu, artıq siyasi mədəniyyət elementi sayılır. Təbii ki, o siyasi proseslərə uyğun da davranmağı, şəraiti, siyasi mühiti qiymətləndirməyi bacarırsa, bu, artıq siyasi mədəniyyətin mövcudluğuna dəlalət edir. Siyasi mədəniyyət, həmçinin cəmiyyətdə siyasi iştirakçılıq imkanlarının olmasını önə çəkir”.
Ölkəmizdə insan hüquqları qorunur
Hüquqşünasın sözlərinə görə, Azərbaycan Vətən müharibəsində qazandığı qələbədən sonra dünya miqyasında əsas diqqət mərkəzinə çevrilməyi bacarıb: “Bu xüsusda ölkəmizdə insan və vətəndaş hüquqları ilə bağlı uzun müddət Ermənistan təbliğat maşınının təsiri nəticəsində həqiqəti əks etdirməyən və təhrif olunan məlumatlar beynəlxalq təşkilatlarda özünə yer tapıb. Bu, həm ikili standartların, həm qərəzin, həm də ölkəmizə qarşı məkrli mövqeyin nəticəsidir. Ancaq əminliklə demək olar ki, Azərbaycanda insan hüquq və azadlıqları qorunur, sosial-siyası fəallıq bunu deməyə əsas verir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

