Vətəndaş cəmiyyəti...
16.11.2023 [10:32]
Dövlətin əsas hərəkətverici qüvvəsi
İnkişaf etmiş dövlətlər vətəndaş cəmiyyətinin inkişafına xüsusi önəm verir. Ölkəmizdə bu sahədə qanunvericilik daim təkmilləşdirilir. Hər zaman vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, hüquqi dövlətin qurulması ilə bağlı mühüm işlər görülür. Təbii ki, bir dövlətin güclü olması onun vətəndaş cəmiyyəti institutlarının azad, səmərəli və şəffaf fəaliyyətinin təmin edilməsindən asılıdır. Məhz bu baxımdan ölkəmizdə bu yöndə mühüm addımlar atılıb.
Azərbaycanın keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan hüquqlarının və azadlıqlarının təminatıdır. Bəllidir ki, insan və vətəndaş hüquqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq olar. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, vətəndaş cəmiyyətinin hazırki vəziyyəti ilə bağlı müəyyən pozitiv tendensiyalar davam etməkdədir: “Bütövlükdə dövlət tərəfindən vətəndaş cəmiyyəti ilə bağlı bir çox işlər görülüb. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının bəyan etdiyi niyyətlərdən biri də vətəndaş cəmiyyətinin bərqərar olması ilə bağlıdır.
Ümumiyyətlə, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada əsas yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir”.
Dövlətimiz bu məsələlərə həssas yanaşır...
Fond rəhbəri vurğulayıb ki, vətəndaşlarımızın hüquqi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər günü-gündən artır: “Təbii ki, yeni çağırışlar var. Dünyada bir çox sistem, qəbul edilmiş qərarlar, qanunlar sürətlə dəyişir. Dünyada siyasi mənzərə də yenidən formalaşdırılır. Buna uyğun olaraq dövlətlər milli fəaliyyət proqramlarını yeniləyirlər. Azərbaycan dövləti də bu məsələlərə həssas yanaşır. Dövrün tələblərinə uyğun yeni qanunların qəbul edilməsi, yeni təkliflərin verilməsi labüddür. Həmişə də belə olacaq. Bu yolda Azərbaycan dünyanın bir çox aparıcı dövlətləri sırasındadır. Cəmiyyət inkişaf etdikcə bütün bu məsələlər həmişə dövlətin əsas diqqət mərkəzində olan, prioritet vəzifə kimi qalacaq”.
Daimi dialoq platforması...
Ə.Nuriyev qeyd edib ki, bu gün vətəndaş cəmiyyəti üçün pozitiv olan istiqamətlərdən biri də ondan ibarətdir ki, dövlət orqanları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq genişlənib: “Bu əməkdaşlığın müxtəlif formatları var. Bu formatlardan biri də açıq hökumət platformasıdır və çox səmərəli, effektiv fəaliyyət göstərir.
Vətəndaş cəmiyyəti və dövlət arasında daimi dialoqu təmin etməklə bağlı mühüm istiqamətlərdən biri də mərkəzi-yerli icra hakimiyyətləri yanında ictimai şuraların yaradılmasıdır. Bu, daimi dialoq platformasıdır. Hazırda əsas məqsəd effektiv səmərəliliyin artırılmasıdır. Bu gün vətəndaş cəmiyyətinin dövlət qurumlarına bir partnyor kimi qəbuledilmə təfəkkürü genişləməyə doğru gedir”.
Dövlətin əsas dayaqlarından biri...
Fond rəhbərinin fikrincə, məhz demokratik və hüquqi dövlətdə xalqın iştirakçılıq prinsipləri əsas sayılır: “Cəmiyyətin təşkilatlanması, prosesin irəli aparılması üçün siyasi partiyalarla bərabər vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ciddi ehtiyac var. Çünki vətəndaş cəmiyyətləri, ictimai təşkilatlar daha çox ixtisaslaşma üzrə formalaşır. Bu sahələr üzrə də mütəxəssislərin yetişməsində önəmli rol oynayır.
Bu da vətəndaş cəmiyyəti institutlarının inkişafının əsasını təşkil edir. İnsanların maariflənməsi, konkret sahələr üzrə hesabatların hazırlanması, təkliflərin verilməsi istiqamətində fəaliyyətləri olur ki, bu da dövlət həyatında önəmli hadisəyə çevrilə bilir. Vətəndaş cəmiyyətləri bunlardan başqa qanunvericilik təşəbbüsü ilə də çıxış edə bilərlər.
Bu baxımdan vətəndaş cəmiyyətlərinin hüquqi dövlət və demokratik cəmiyyətin qurulmasında rolu kifayət qədər yüksəkdir və onlara ehtiyac var. Bir sözlə, vətəndaş cəmiyyəti dövlətin əsas dayaqlarından biridir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35

