Diaspor quruculuğunu tamamlamışıq!
04.11.2023 [11:08]
Görəcəyimiz işlər sırf lobbiçilikdir...
Müxtəlif zamanlarda erməni qüvvələri tərəfindən xaricdəki soydaşlarımıza qarşı təxribat xarakterli əməllərin şahidi olmuşuq. İstər Vətən müharibəsi dövründə, istərsə də müharibədən sonra bu cür hallar yaşanmaqdadır. Erməni lobbisi həmvətənlərimizə qarşı müxtəlif vandalizm aktları törədib, nəticədə çoxsaylı soydaşımız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Bu, bir daha ermənilərin həyata keçirdikləri, onların əsas amalları olan işğalçılıq, təxribatçılıq, dağıdıcı siyasətin bariz nümunəsidir. Təbii ki, bütün dünya bu cür vəhşiliyi və vandalizmi qınayır. Görünən odur ki, erməni lobbisinin üzvləri öz dağıdıcılıq siyasətlərini təkcə Ermənistanın ərazisində deyil, həm də başqa hüquqi dövlətlərin ərazisində həyata keçirməyə çalışırlar
Bu günlərdə Ombusdman aparatının rəhbəri Səbinə Əliyeva keçirilən tədbirlərin birində vurğulayıb ki, 2020-ci ilin iyul və avqust aylarında onlarla azərbaycanlı ABŞ, İngiltərə, Rusiya, Ukrayna, Belçikada erməniəsilli tələbələr tərəfindən xüsusi amansızlıqla döyülüb, həmçinin psixoloji təzyiqlərə məruz qalıb. Azərbaycan bayraqları ilə dinc şəkildə yürüşlər keçirən azərbaycanlılara göstərilən təzyiqə və hətta ölümlə təhdidə dair kifayət qədər material mövcuddur.
Arxa cəbhənin qəhrəmanları...
Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Vətən müharibəsindən sonra Azərbaycan diasporundan olan gözləntilər əvvəlkilərdən daha çoxdur. O, qeyd edib ki, Azərbaycan diasporunun bundan sonra əsas fəaliyyət istiqaməti ölkəmizə qarşı əsassız və ikili standartlardan çıxış edən bəzi Avropa ölkələrinin sakinlərinə, beynəlxalq təşkilatlara bu yöndə fikirlərimizi çatdırmaqdır: “Uzun illər xaricdə yaşayan azərbaycanlılar Qarabağın bizim olmasına dair çıxışlar edirdilər. Vətən müharibəsi dövründə həmin soydaşlarımız və Azərbaycan diasporu bacardığı qədər dövlətimizin yanında durdular. Bir sözlə, Azərbaycan diasporu və xaricdəki soydaşlarımız arxa cəbhənin qəhrəmanı oldular. Hər zaman diasporumuzun daha da güclənməsinə çalışmalıyıq. Lakin bir məqamı qeyd edim ki, artıq diaspor quruculuğunu tamamlamış bir dövlətik. Xaricdə yaşayan soydaşlarımız və Azərbaycan icması artıq lobbiçilik fəaliyyətinə keçməlidir. Çünki diaspor quruculuğu fəaliyyətimizin alt hissəsi idi və bu hissəni tamamlamışıq. İndi isə görcəyimiz işlər sırf lobbiçilikdir. Bu fəaliyyətimizi isə belə tənzimləməliyik Xaricdə yaşayan soydaşlarımız dövlətin müəyyənləşdirdi siyasi xətt üzərindən hərəkət etməli, beynəlxalq qurumlarda təmsil olunmalıdırlar. Xüsusən də soydaşlarımızın yaşadıqları ölkənin mediası və QHT-ləri ilə işləməsi zəifdir. Çalışmalıyıq ki, bu boşluğu dolduraq”.
Düşmən hər yerdə düşməndir
T.Allahverdili Ombudsmanın qeyd etdiyi məqamlara da toxunub. O, bildirib ki, soydaşlarımızın maariflənməsi üçün əlimizdən gələni etməliyik: “Xaricdə fəaliyyət göstərən Azərbaycan diplomatik korpusları-səfirlik və konsulluqlarımız hərəkətə keçməlidir. Soydaşlarımız səfirliklərimizlə bacardıqları qədər əlaqədə olmalı və ehtiyatlı davranmalıdırlar. Çünki İrəvanda yaşayan erməni ilə hansısa xarici ölkədə yaşayan erməninin heç bir fərqi yoxdur. Onların xisləti, düşüncə tərzi terrordur. Ermənistanın dövlət siyasəti, xüsusən də xarici siyasəti sırf ASALA-nın və erməni kilsəsinin təsiri altındadır. Xaricdə yaşayan soydaşlarımıza hər an hücumlar ola bilər. İstər Vətən müharibəsi dövründə, istərsəsə sonrakı zamanlarda bunun şahidi olduq. Müxtəlif ölkələrdə təhsil alan tələbələrimizə, fəaliyyət göstərən media nümayəndələrimizə hücumlar edilirdi. Bu yaxınlarda erməni lobbisi xaricdə Qərbi Azərbaycanla bağlı layihələri həyata keçirən səfirliklərimiz qarşısında insani dəyərlərdən uzaq hərəkətlər etdilər. Düşmən hər yerdə düşməndir. Artıq reinteqrasiya dövrünü yaşayırıq, bunları nəzərə almaq lazımdır ki, ölkə başçısnın yürütdüyü siyasət ermənilərlə qonşuluq siyasəti və sülh sazişinin imzalanması yönündədir. Belə təxribatlar olarsa, soydaşlarımız həmin ölkənin hüquq mühafizə orqanlarına müraciət etməlidir və mütləq Azərbaycanın həmin ölkədəki diplomatik korpuslarına məlumat verməlidirlər”.
Hər bir soydaşımız özünü güvənli hiss etməlidir...
T.Allahverdili qeyd edib ki, soydaşlarımız onların arxasında güclü və qüdrətli Azərbaycan dövlətinin dayandığını unutmamalıdırlar: “Dövlətimiz onların hüquq və haqlarını istənilən yerdə müdafiə etməyə hazır və qadirdir. Hansı ölkədən yaşamasında asılı olmayaq, hər bir soydaşımız özünü güvənli hiss etməlidir. Bu gün əsas fəaliyyətimiz Qərbi Azərbaycana dönüş konsepsiyası olmalıdır. Çalışmalıyıq ki, artıq beynəlxalq təşkilatları, xarici dostlarımızı bu məsələyə fokuslandıraq, Diasporumuzun, xaricdə yaşayan soydaşlarımızın və bütün Azərbaycan icmasının işi Qərbi Azərbaycandan məcburi deportasiya edilmiş qaçqınlarımızın torpaqlarına qayıtmasıdır. Həmvətənlilərimizi bu istiqamətdə diasporumuza dəstək verməyə dəvət edirəm”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMədəniyyət
21 Oktyabr 16:45
YAP xəbərləri
21 Oktyabr 16:32
Dünya
21 Oktyabr 15:49
Siyasət
21 Oktyabr 15:40
Siyasət
21 Oktyabr 15:33
Dünya
21 Oktyabr 14:48
Gündəm
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23

