Vətənpərvər gənclik!
31.10.2023 [11:10]
İşıqlı gələcəyin təminatçısıdır...
Xalqların dünyada gedən inkişaf qanunauyğunluğuna yaradıcı münasibəti milli mənlik şüurunun sayəsində formalaşır. Məlumdur ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud deyil - insanın fikir və hisslərinin öyrənilməsində başlıca əhəmiyyət kəsb edir. Mütəxəssislər hesab edirlər ki, sosial şəraitdən asılı olaraq, mənlik şüuru dəyişir, insan başqaları qarşısında da məsuliyyət daşıdığını dərk edir.
Vətənpərvərlik məfhumu isə öz məzmununa görə çoxşaxəlidir- amma milli mənlik şüuru ilə də paralel inkişaf trayektoriyasına malikdir. Bu hissin insanda lap körpə yaşlardan tədricən və nisbi formada təşəkkül tapdığını nəzərə alsaq, qeyd edə bilərik ki insan dünyanı dərk etdikcə Vətəninə, torpağına məhəbbəti, sevgisi artır, vətənpərvərlik hissləri güclənir. Bu hiss həm də öz dövlətinin tərəqqisi üçün can yandırmaq, doğma xalqının tarixi və mədəniyyəti ilə fəxr etmək, Vətənin rifahı naminə əlindən gələni etmək deməkdir.
Uğurlu gənclər siyasəti...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Cavid Osmanov bildirib ki, gənclər hər bir xalqın və cəmiyyətin aparıcı qüvvəsidir. Bu baxımdan hər bir ölkə çalışır ki, onun gələcəyi daha inamlı əllərdə olsun. Deputatın sözlərinə görə, son 30 ildə Azərbaycanda gənclərin inkişafı sahəsində çox böyük və uğurlu işlər görülüb: “Müstəqilliyimizi bərpa etdikdən sonra ilk illərdəki mövcud siyasi vəziyyət, xaos, vətəndaş qarşıdurması ölkədə gənc nəslin inkişafına lazımi diqqətin ayrılmasını da istisna edirdi. Əksinə, diqqət və qayğıdan kənarda qalan gənclər xarici təsirlər altına daha rahat düşürdülər, eyni zamanda mövcud hakimiyyət gəncləri şəxsi niyyətləri uğrunda bir alətə çevirirdi. Əlbəttə ki, Azərbaycanda dövlət və gənclər siyasətinin uğurla inkişafı məhz ümummilli liderimiz
Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə Ulu Öndər xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra onun ən çox önəm verdiyi sahə dövlət siyasətinin məhz gənclərin inkişafını özündə ehtiva edən istiqaməti idi. Bu istiqamətdə isə davamlı və məqsədyönlü addımlar atıldı. İlk olaraq Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin hərətərəfli inkişafı və istedadlı gənclərin üzə çıxarılması ilə bağlı bir çox mühüm dövlət proqramları qəbul olundu. Ardından paralel olaraq bir sıra mühüm dövlət proqramlarınin icrasına başlanıldı Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi çıxış edən bu münasibət Azərbaycan gəncliyinin hərtərəfli qayğı ilə əhatə olunmasını şərtləndirdi. Xüsusilə, gənclər vahid və dövlətin inkişafını özündə təlqin edən ideya ətrafında birləşməli idi. Gənclərin Ümummilli Liderimizin azərbaycançılıq ideologiyası ətrafında səfərbər olması, vətənpərvərlik ruhunda yetişməsi, onların müxtəlif sahələrdə istedadlarının üzə çıxması istiqamətində atılan addımlar gənclərimizə olan dövlət qayğısının bariz nümunəsinə çevrildi”.
Hər şey Vətən uğrunda...
Millət vəkili qeyd edib ki, son 20 ildə ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə yürüdülən dövlət siyasəti Azərbaycan gəncliyinin müasir qlobal dünya standartları səviyyəsində yetişməsinə zəmin yaradıb: “Eyni zamanda, gənclərimiz milli mənəvi dəyərləri əxz edərək yetişirlər. Dövlət başçısı hər zaman çıxışlarında Azərbaycan gəncliyinin tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin qorunmasını ön plana çəkir. Çünki milli-mənəvi dəyərlərimiz qorunduqca gənclərimiz xarici təsirlərdən tamamilə müdafiə olunur, onlar xarici təsirlər altına düşmürlər və beləliklə də, Azərbaycançılıq ideologiyası ətrafında birləşərək Vətənə, dövlətə, xalqa bağlı şəkildə inkişaf edirlər. Azərbaycan gəncliyinin milli ruhda yetişməsini 44 günlük Vətən müharibəsində gördük. İkinci Qarabağ savaşında Azərbaycan gəncliyi üzərinə düşən böyük missiyanı kifayət qədər uğurla yerinə yetirdi. Bütün dünya buna şahid oldu. Cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclər 44 günlük Vətən müharibəsində misli görünməmiş şücaət və qəhrəmanlıq göstərdilər, əsgər və zabitlərimiz Ermənistanın 30 illik işğalına son qoydu və düşmən tapdağında olan 20 faiz torpaqlarımızı azad etdilər”.
Dövlətin gənclərə qayğısı davam edir...
C.Osmanovun fikrincı, bu gün Azərbaycan gəncliyinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. O, qeyd edib ki, istər dövlət gənclər siyasətinin həyata keçirilməsi, istər gənclərimiz üçün müxtəlif dövlət proqramlarımın qəbul olunması, dövlət idarəçilik sistemində gənclərə böyük yer verilməsi gənclərimizə olan qayğının bariz nümunəsidir. “Azərbaycan gəncliyi bu gün dövlətimizin onlara yaratdığı şəraitdən səmərəli istifadə edir. Vətənə bağlı, təhsilli, savadlı gənclərin yetişməsi istiqamətində atılan addımlar uğurlu nəticələrini verməkdədir. Bundan sonrakı mərhələdə dövlətimiz tərəfindən onlara yaradılan şərait, Prezidentin rəhbərliyi ilə gənclər siyasətinin şaxələndirilməsi davam etdiriləcək”, -deyə millət vəkili əlavə edib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxHadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31

