100 illik nəzəri düşüncə reallığa çevrildi
28.10.2023 [11:18]
Dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən ideologiya
Azərbaycançılıq ideologiyası XX əsrin əvvəllərində Azərbaycanın milli demokratik ziyalıları tərəfindən nəzəri cəhətdən irəli sürüldü. Amma çox təəssüflər olsun ki, 1920-ci ilin aprel işğalı bu nəzəri düşüncəni reallığa çevirə bilmədi, yaranmış tarixi şərait buna imkan vermədi. 70 illik sovet dönəmində, təbii ki, bu ideologiya haqqında nə düşünən var idi, nə də onun haqqında fikir söyləmək mümkün idi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra azərbaycançılıq ideologiyası yenidən gündəm oldu. Ancaq 1993-cü ilə qədər bu ideologiyanı reallaşdırmaq mümkün olmadı. Hətta Azərbaycanın özündə yaşayan xalqların bir-birinə səmimi münasibətlər yaratmaq əvəzinə, onları bir-birinə qarşı qoydular.
Milli Məclisin üzvü Anar İsgəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra azərbaycançılıq ideologiyası hakim ideologiyaya çevrildi: “Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquq sahibidirlər. Hər biri Azərbaycanın torpaqlarının qorunması, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün çalışırlar. Təbii ki, bünövrəsi Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası, xalqları birləşdirdi, düşüncələri birləşdirdi, insanları bir-birinə dost və qardaş etdi. Azərbaycandan kənarda yaşayan azərbaycanlıları bir yerə toplamaq üçün dünya azərbaycanlılarının qurultayı da Heydər Əliyev tərəfindən irəli sürülmüş nəzəri bir fikir idi.
Ancaq zaman keçdikcə bu fikirlər reallığa çevrildi və Azərbaycanın ərazi bütövlüyünün qorunması, Azərbaycanın haqq işini müdafiə etmək üçün azərbaycanlılar güclü bir diaspora çevrildilər. Bununla yanaşı, bu diasporun birləşməsi Azərbaycanın gücünü artırdı və ən nəhayət, bu gün azərbaycançılıq nəzəri cəhətdən yox, praktik olaraq Azərbaycan xalqının ideologiyasına çevrildi. 44 günlük müharibə bunu bir daha göstərdi. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı qələbənin dörd şərtini göstərərkən birinci yerdə xalq, iqtidar birliyi, xalqın birləşdirilməsi, vahid gücə çevrilməsini nümunə gətirirdi. Məhz bu xüsusiyyətlər Azərbaycanı daha güclü və qüdrətli etdi, nəticədə Azərbaycan öz əzəli torpaqlarını düşməndən azad etdi.
Bu gün xalq və iqtidar bir yumruq kimi birləşib. Bütün Azərbaycan xalqı, gənclərimiz azərbaycançılıq ideologiyası uğrunda mübarizə apardılar. 30 il bundan əvvəl yaranmış Dağlıq Qarabağ kimi bir bəlanı, bir dərdi Azərbaycanın torpaqlarından birdəfəlik silib süpürüb atdılar. Yəni 1923-cü ildə Dağlıq Qarabağ Muxtar qurumu deyilən bir vilayət yaradılmışdı. 100 il sonra, 2023-cü ilin sentyabrın 19-20-də bu qurum Azərbaycan tarixindən silindi. Bu, əslində azərbaycançılığın qələbəsi idi. Azərbaycan xalqının qələbəsi və Azərbaycanda yaşayan rəngindən, irqindən, cinsindən asılı olmayaraq bütün azərbaycanlıların uğurudur və bu mənada bu gün azərbaycançılıq yaşayır, inkişaf edir və uğurları günü gündən artdı. Təbii ki, bu ideologiyanın bünövrəsi Ümummilli Lider tərəfindən qoyuldu və bu gün Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Millət vəkili Musa Qasımlı bildirib ki, azərbaycançılıq etnik köklərindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarını birləşdirən ideologiyadır: “Bu ideologiya özündə azadlığı, bərabərliyi, qardaşlığı, vətənçiliyi, dövlətçiliyi və dövlət milliyyətçiliyini birləşdirir. Azərbaycançılığın ən bariz nümunəsi 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirləri zamanı özünü göstərdi. Etnik köklərindən asılı olmayaraq Qusardan-Astaraya, Naxçıvandan-Ağstafaya qədər Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərindəki vətəndaşları ayağa qalxdılar. İlham Əliyevin ətrafında birləşdilər. İşğalçı Ermənistanın 30 il davam edən vəhşiliyinə son qoydular. Təcavüzkar ölkəni Azərbaycandan qovdular. Bu gün Vətən torpağının, azadlığı uğrunda canlarından keçənlərin arasında müxtəlif etnik kökənli vətəndaşlarımız vardır. Onların hər birinin xatirəsi bizim üçün əzizdir.
Bu gün Vətən torpaqları uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu şaddır. Çünki torpaqlarımız azaddır. 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət sərhədlərimiz üzərində nəzarəti dövlətimiz həyata keçirir. Bütün ərazilərimizdə 1991-ci ildən bəri ilk dəfə olaraq dövlət suverenliyimiz bərpa olunub. Xankəndidə bayrağımız dalğalanır. Bütün bunların hamısına biz bir çox amillərin nəticəsində nail olduq. Onlardan da biri, heç şübhəsiz, hamımızı bir Vətəndə, bir dövlətdə birləşdirən azərbaycançılıqdır”.
Günel ABBAS
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği - “Heydər Əliyev İli”” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59

