Beynəlxalq aləmə inteqrasiya...
25.10.2023 [11:21]
Ölkəmiz bu cəbhədə də qalibdir!
Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlıqda maraqlı olan ölkəmiz bu yöndə konkret addımlar atır. Bərabərhüquqlu əlaqələrin təmin edilməsi prosesinə öz töhfəsini verir. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yeri daha da möhkəmlənib.
Bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. Məlum faktlar deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq. Ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcək. Bundan başqa, heç kimə sirr deyil ki, uzaqgörən daxili və xarici siyasətin reallaşması nəticəsində hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlib. Ölkəmiz bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna çevrilib. Bu gün Azərbaycan ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışla qarşılanır.
Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etməsi təkcə ölkəmiz üçün deyil, eləcə də dünya üçün önəm kəsb edir. Bütün dünya dövlətlərinin də Azərbaycandan əldə edəcəyi, öyrənəcəyi çox şeylər var. Azərbaycan inkişaf etməkdə olan dövlətdir və yeraltı, yerüstü sərvətlər ölkəsidir. Daima güclənərək, inkişaf edərək bir çox dövlətləri geridə qoyan Azərbaycan güclü orduya da sahibdir. Elə təkcə 44 günlük Vətən müharibəsi Azərbaycanın hansı gücə sahib olmasını bir daha bütün dünyaya göstərdi.
Milli maraqlarımız rəhbər tutulur...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən siyasi şərhçi Əlimusa İbrahimov bildirib ki, dünya birliyinə inteqrasiya istiqamətində Azərbaycan yeni uğurlara imza atır: “Müstəqillik qazandıqdan sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də dünya dövlətləri ilə inteqrasiya, beynəlxalq və regional təşkilatlarla münasibətləri inkişaf etdirmək olub. Lakin bu istiqamətdə yetərincə təcrübəyə malik olmaması və diplomatik sahədə ixtisaslı kadrların azlığı ilk illər ciddi problemlər yaradıb. Erməni işğalçılarının ölkəmizə qarşı apardığı müharibə isə Azərbaycanın ümumiyyətlə digər dövlətlərlə münasibətlərinə ciddi əngəl törədib. Bütün bunlara baxmayaraq Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışı və mərhələli şəkildə dövlət quruculuğunun inkişaf etdirilməsi qısa müddətdə öz nəticələrini verdi. Azərbaycan bir tərəfdən öz dövlətçiliyini qurur, digər tərəfdən siyasi və diplomatik sahədə erməni faşistlərinə qarşı mübarizə aparırdı. İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi və o zaman bütün Azərbaycan xalqının prezidenti olacağına söz verməsi gələcəyə ümidimizi artırdı. Artıq 20 ilə yaxın bir müddətdir ki, müstəqil Azərbaycan Respublikası dünya birliyinə inteqrasiya yolunda durmadan addım atır. Bunun uzun illəri erməni işğalçılarına qarşı bütün sahələr üzrə mübarizə ilə paralel aparılıb. Artıq uzun müddətdir ki, Azərbaycanın müstəqil siyasət yeritdiyinə heç kimdə şübhə yoxdur. Diplomatiyamız da milli maraqlarımızı rəhbər tutaraq hüquqi prinsiplərə sadiq qalmaq, inkişaf etmiş dünya dövlətləri ilə bərabər hüquqlu münasibətlər qurmaq istiqamətində ciddi addımlar atmaqdadır”.
Azərbaycanın rolu danılmazdır...
Ə.İbrahimovun sözlərinə görə, Prezident İlham Əliyevin reallaşdırdığı xarici siyasət kursunun həyata keçirilməsi nəticəsində dünyada ölkəmizin tərəfdaşlarının sayı getdikcə artıb: “Azərbaycan regionun aparıcı ölkəsi kimi çıxış etməklə bərabər, beynəlxalq arenada mövqeyi nəzərə alınan söz sahibinə çevrilib və qlobal məsələlərin həllinə cəlb olunub. Təbii ki, Prezident İlham Əliyev bu nailiyyətləri nəzərdə tutaraq bildirib: “Biz bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qurmuşuq. Qonşu ölkələrlə və bütün digər dövlətlərlə səmərəli əməkdaşlıq edirik. İkitərəfli əlaqələrimiz inkişaf edir. Eyni zamanda, Azərbaycan çoxtərəfli formatda öz müsbət rolunu oynayır. Xüsusilə regional inkişaf məsələlərində Azərbaycanın rolu danılmazdır”.
Beləliklə, ölkə başçısının fikirləri də təsdiq edir ki, Azərbaycanın beynəlxalq nüfuzu daha da artıb, eləcə də ölkəmizin beynəlxalq arenadakı mövqeyi xeyli möhkəmlənib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
28 Sentyabr 19:24
Dünya
28 Sentyabr 19:09
Sosial
28 Sentyabr 18:37
Sosial
28 Sentyabr 18:35
Sosial
28 Sentyabr 18:34
Dünya
28 Sentyabr 18:16
İdman
28 Sentyabr 18:11
Siyasət
28 Sentyabr 17:39
Dünya
28 Sentyabr 17:31
Dünya
28 Sentyabr 17:22
YAP xəbərləri
28 Sentyabr 16:40
Dünya
28 Sentyabr 16:31
YAP xəbərləri
28 Sentyabr 16:23
Xəbər lenti
28 Sentyabr 16:12
Elanlar
28 Sentyabr 15:59
Sosial
28 Sentyabr 15:30
Dünya
28 Sentyabr 15:19
Elanlar
28 Sentyabr 15:16
Sosial
28 Sentyabr 14:31
Dünya
28 Sentyabr 14:25
Din
28 Sentyabr 14:03
İdman
28 Sentyabr 13:55
Sosial
28 Sentyabr 13:41
Dünya
28 Sentyabr 13:30
Sosial
28 Sentyabr 13:06
Sosial
28 Sentyabr 12:48
Siyasət
28 Sentyabr 12:44
Sosial
28 Sentyabr 12:34
Sosial
28 Sentyabr 12:33
Dünya
28 Sentyabr 12:14
YAP xəbərləri
28 Sentyabr 12:13
Hadisə
28 Sentyabr 12:12
Sosial
28 Sentyabr 12:12
İqtisadiyyat
28 Sentyabr 11:58
Dünya
28 Sentyabr 11:26
Xəbər lenti
28 Sentyabr 11:18
YAP xəbərləri
28 Sentyabr 11:17
Mədəniyyət
28 Sentyabr 11:05
Gündəm
28 Sentyabr 11:04
Sosial
28 Sentyabr 10:40
Sosial
28 Sentyabr 10:39
Dünya
28 Sentyabr 10:39
YAP xəbərləri
28 Sentyabr 10:17
YAP xəbərləri
28 Sentyabr 10:05
YAP xəbərləri
28 Sentyabr 10:02
YAP xəbərləri
28 Sentyabr 10:00
YAP xəbərləri
28 Sentyabr 09:55
Dünya
28 Sentyabr 09:45
Hadisə
28 Sentyabr 09:17
Dünya
28 Sentyabr 08:50
Dünya
28 Sentyabr 08:23
Siyasət
28 Sentyabr 07:24
Xəbər lenti
27 Sentyabr 23:33
Hərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36

