Bizi birləşdirən dəyərlər...
21.06.2023 [11:12]
Diaspor quruculuğu dövlət siyasətimizin prioritet istiqamətlərindəndir
Milli birlik və həmrəylik ideyası müasir cəmiyyətlərin inkişaf prosesində ən mühüm məqamlardan biri kimi göstərilməkdədir. Mürəkkəb mərhələlərdən keçərək təkmilləşən və cəmiyyəti vahid məqsədlər uğrunda birləşdirən bu ali dəyər özündə keçmiş ənənələrlə gələcək inkişafın sintezini formalaşdırır. Milli həmrəylik hər bir xalqın prioritet məqsədlər uğrunda vahid gücə çevrilməsidir ki, burada da Vətənə, xalqa və dövlətə sevgi, inam mühüm rol oynayır.
Bütün bu nəzəri fikirlər 2020-ci ilin Vətən müharibəsi dövründə özünün əsl reallıqda ortaya qoymuş oldu. Əminliklə demək olar ki, həmin çətin günlərdə dünya azərbaycanlılarının həmrəyliyi, Qarabağ uğrunda birləşməsi və bir yumruğa çevrilməsi bütün dünya üçün nümunə idi. Bu amil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından da son dərəcə vacibdir. Bunun nəticəsidir ki, milli həmrəylik, milli birlik post-müharibə dövründə də uğurla davam və inkişaf etdirildi. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq hər bir azərbaycanlı yeni yaranan siyasi reallıqda dövlətimizin maraqlarının təmini, dayaqlarının möhkəmləndirilməsi üçün səfərbər olub. Milli həmrəyliyin nümayişi dövlətimizin gücü, qüdrəti və qətiyyəti üçün vacib amillərdəndir...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı Məşhur Məmmədov bildirib ki, 44 günlük vətən müharibəsi dövründə diasporumuzun apardığı uğurlu fəaliyyət milli birliyimizin növbəti təntənəsinə çevrildi. Belə ki, xaricdə yaşayan soydaşlarımız milli maraqlar ətrafında sıx birləşərək erməni lobbisinə qarşı mühüm bir mübarizə ortaya qoydu. Həmin dövrdə dünyanın aparıcı dövlətlərində sivil mübarizə metodlarından istifadı etməklə Azərbaycan haqq səsini ucaldan soydaşlarımız erməni yalanlarının qarşısının alınmasında böyük rol oynadı. Müharibədən sonrakı dövrdə də istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəməyən xaricdə yaşayan azərbaycanlılar bir daha milli birliyimizin simvolu kimi çıxış etdilər: “Müharibə dövründə nümayiş etdirilən milli birlik, həmrəylik diasporamızın yeni fəaliyyət dövrü üçün proqram xarakteri daşıdı. Belə ki, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində artıq bir yeni mərhələ başlayıb. Azərbaycanın dünyaya tanıdılması, zəngin mədəniyyətimizin təbliği işləri daha yüksək vüsət qazanıb. Hesab edirəm ki, bu səylər daha da artırılmalıdır”.
Millət vəkili vurğulayıb ki, ölkəmizdə həyata keçirilən dövlət siyasəti diaspor hərəkatının daha da gücləndirilməsi, xaricdəki Azərbaycan icmaları arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində addımların intensivləşdirilməsinə yol açıb. “Ölkə başçısı 2018-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb. Fond bu illər ərzində 200-ə yaxın diaspor təşkilatının sənədlərinin həmin ölkələrin qanunvericiliyinə uyğun tərtib edilməsi və qeydiyyatdan keçməsinə dəstək göstərib, 100-dən çox layihəni maliyyələşdirib”, - deyən M.Məmmədov Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xaricdə azyaşlı uşaqlar üçün “Qarabağ” adlı Azərbaycan məktəblərinin təsis olunduğunu da diqqətə çatdırıb. Bu gün həmin məktəblərdə yüzlərlə azərbaycanlı uşaq ana dilində təhsil alır: “Həyata keçirilmiş məqsədyönlü tədbirlər xaricdə yaşayan azərbaycanlıların vahid milli amal ətrafında sıx birləşməsini təmin edib. Bu gün diaspor təşkilatlarımız yalnız müəyyən bir dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir - onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi tanınırlar. Diaspor təşkilatları fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatının vacib komponentinə çevrilir, xarici siyasətə təsir imkanları əldə edir, dövlətlər arasında münasibətlərin inkişafında mühüm rol oynayırlar. Diasporların dövlətlər arasındakı münasibətlərə təsiri onların daxili mahiyyəti, özünəməxsus xarakteri, konkret bir mədəniyyətin daşıyıcısı olması, təmsil etdiyi millətin, xalqın, yaxud etnosun tarixi mənafelərini ifadə etməsi ilə bilavasitə bağlıdır”.
Bəli, dünyamız hər nə qədər qloballaşsa da, dövlətlər, xalqlar arasındakı fərqlər ortadan götürülsə də, insanlar yenə də hansısa toplumun təmsilçiləri kimi dünyaya gəlir, özlərini hansısa tarixi məkanlara mənəvi cəhətdən bağlı sanırlar. İnsanın bu duyğusunu dünyanın xoşbəxtliyi,
xalqların milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunması naminə nəcib məqsədlərə doğru yönəltmək bəşəriyyətin ali missiyasıdır. Azərbaycanın diaspor quruculuğu istiqamətində həyata keçirdiyi fəaliyyət də bu missiyaya xidmət edir...
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

