Azərbaycançılıq...
13.06.2023 [10:48]
Alternativi olmayan ideologiya
Günel ABBAS
Azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafında vacib faktor kimi çıxış edir. Tarixi təcrübə sübut edir ki, milli dövlətçiliyin inkişafında milli ideologiyanın yeri və rolu danılmazdır. Birmənalı şəkildə qeyd edilməlidir ki, milli mənafeyin, dövlətçilik maraqlarının qorunmasında, qarşıya qoyulan hədəflərə çatmaq üçün milli həmrəyliyin təmin edilməsində məhz xalqın vahid ideologiya əsasında birləşməsi həlledici əhəmiyyət daşıyır.
Bu baxımdan müasir Azərbaycan dövlətinin inkişafında da milli ideologiyanın - azərbaycançılıq ideologiyasının rolu xüsusi olaraq qeyd edilməlidir. Beləliklə, hələ 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişi zamanı milli məfkurənin qorunub gələcək nəsillərə ötürülməsi, milli kadrların yetişdirilməsi və o vaxtkı ittifaq dövlətinin strateji vəzifələrinə təyinat alması, o cümlədən milli-mənəvi dəyərlərin qorunması məsələsi dövrün ən aktual məsələlərindən sayılırdı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində respublikamızda Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada öz təsbitini tapması, eləcə də milli hərbi kadrların yetişdirilməsi üçün infrastrukturun yaradılması, milli ədəbi dilin, incəsənətin və bu kimi digər sahələrin inkişafı istiqamətində atılan mühüm addımlar milli ideologiyanın qorunub saxlanılmasında müstəsna rola malik oldu. Sovet İttifaqı dövründə atılan bu uğurlu addımlar sonradan vahid milli ideologiyaya çevrilən azərbaycançılıq ideyasının ideoloji əsaslarını təmin etmiş oldu.
Milli Məclisin deputatı Cavid Osmanov “Yeni Azərbaycan”a açıqlamasında azərbaycançılıq ideologiyasının ölkəmizin inkişafındakı rolundan danışarkən bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları milli maraqlarımızın qorunmasında, vahid hədəflər uğrunda mübarizəyə səfərbər edir. Tarixən multikultural dəyərlərə, sülh və əmin-amanlıq içində birgəyaşayış qaydalarına hörmət nümayiş etdirən xalqımız məhz bu ali dəyərlərin nəticəsində müasir dövlətçiliyimiz inkişafına nail olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs bu gün bütövlükdə cəmiyyətin müxtəlif təbəqələrinin milli maraqların qorunmasında, ölkəmizdə mövcud olan tolerantlıq mühitinin daha da möhkəmlənməsində, eləcə də iqtisadi-siyasi nailiyyətlərin əldə olunmasında iştirakını təmin edir.
Millət vəkili vurğulayıb ki, müasir Azərbaycan dövləti hüquqi dövlətdir və ölkəmizdə hər kəs qanun qarşısında bərabərhüquqludur: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev illərdir ki, milli ideologiyamızın - azərbaycançılıq ideologiyasının təməllərinin daha da möhkəmləndirilməsi istiqamətində yorulmadan səy göstərir. Bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, milli köklərimizin, milli kimliyimizin təbliği yönündə effektiv işlər görülür. Həm dövlət, həm də qeyri-hökumət sektorunda müxtəlif istiqamətlər üzrə aparılan işlər azərbaycançılıq ideologiyasının cəmiyyətdə daha möhkəm əsaslarda bərqərar olunmasını təmin edir. Azərbaycan cəmiyyəti bir daha bütün dünyaya əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında uzun illərdir, daxili sabitlik, sülh və əmin-amanlıq hökm sürür, birgəyaşayış ən yüksək səviyyədə təmin edilir.
Ölkə Prezidentinin milli birliyin daha da möhkəmlənməsi istiqamətində apardığı siyasi kurs mühüm əhəmiyyət daşıyır. Bu gün dünyanın hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbayancanlı vahid milli maraqlarımız uğrunda mübarizə aparır, milli mənafeyimizin təbliğatçısı qismində çıxış edir”.
Deputat qeyd edib ki, bu gün bir sıra xarici ölkələrdə Azərbaycan diasporunun uğurlu fəaliyyətinin şahidi olmaq mümkündür, müxtəlif dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzləri yaradılıb ki, bu da azərbaycançılıq ideologiyasının beynəlxalq səviyyədə təbliğinə yaxından köməklik göstərir. Onun sözlərinə görə, məhz bu siyasətin nəticəsidir ki, bu gün xarici ölkələrdə yaşayan azərbaycanlılar bütün ümummilli məsələlərdə birlik nümayiş etdirir, yaşadıqları dövlətdə birmənalı şəkildə Azərbaycan həqiqətlərinin carçısı, milli maraqlarımızın qoruyucusu qismındə çıxış edirlər”.
Beləliklə, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Başqa sözlə, azərbaycançılıq dünya azərbaycanlılarını milli maraqlarımız ətrafında birləşdirməklə yanaşı, milli-mənəvi dəyərlərimizi qorunması və inkişafında vacib faktor kimi çıxış edir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18

