Həmişə bir yerdə və bərabər
08.09.2022 [10:22]
M.FEYİZLİ
Gender bərabərliyi bütün dünyada aktual olan məsələdir. Burada söhbət heç də kişi ilə qadın arasında bioloji fərqlərin aradan qaldırılmasından getmir. Gender bərabərliyi cəmiyyətlərdə qadınlar və kişilər arasında hüquq bərabərliyinin tənzimləməsini özündə ehtiva edir. Gender bərabərliyinin təmin olunduğu ölkələrdə qadınlar və kişilər eyni hüquqlara malik olurlar və onlar üçün təhsil almaq, karyera qurmaq, müxtəlif vəzifələrdə təmsil olunmaq üçün bərabər imkanlar yaradılır.
Gender bərabərliyi dünyada
Qadınlarla kişilər arasında hüquq bərabərliyinin təmin olunması ilə bağlı bütün zamanlarda müzakirələr aparılıb. Əslində, indi də hətta inkişaf etmiş ölkələrdə belə gender bərabərliyinə tam şəkildə nail olunduğunu söyləmək çətindir. Bu da məsələnin hüquqi və sosial aspekti ilə bağlıdır. Bir tərəfdən qadınlar bioloji olaraq kişilərlə eyni fiziki imkanlara malik deyillər. Onlar həm də ailədə əsas yükü çəkirlər-övlad böyüdürlər, onların tərbiyəsi, təhsili ilə məşğul olurlar. Bunların hamısı vaxt, fiziki güc, enerji tələb edir. Bütün bu kimi obyektiv gerçəkliyin fonunda isə həm də qadınların hüquqlarının artırılması, təmsilçiliklərinin genişləndirilməsi ilə bağlı davamlı olaraq təkliflər səsləndirilir.
Dünyada gender bərabərliyi ilə bağlı hərəkatın tarixi ötən əsrin ikinci yarısından başlayır. Müxtəlif ölkələrdə fərqli formalarda təzahür edən hərəkat tədricən beynəlxalq miqyas alıb və təşkilatlanma mərhələsinə keçib. Nəhayət, bu istiqamətdə müzakirələr BMT, ATƏT, Avropa Şurası kimi qurumların da gündəliyinə daxil olub. BMT-də 1952-ci ildə “Qadınların siyasi hüquqları haqqında”, 1962-ci ildə “Nikaha daxilolma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında”, 1979-cu ildə isə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyalar təsdiqlənib. Bu sənədlərdə siyasi və dövlət əhəmiyyətli qərarların qəbulu prosesində qadınların kişilərlə balanslaşdırılmış iştirakının təmini sahəsində hökumətlərin məsuliyyəti və rolu əksini tapıb. BMT Baş Assambleyası 1975-ci ildən 1985-ci ilə qədər olan dövrü “Qadın hüquqlarının onilliyi” elan edib. 1975-ci ildən sözügedən təşkilatın təşəbbüsü ilə Mexiko, Kopenhagen, Nayrobi və Pekində qadınların statusuna həsr olunmuş dörd qlobal konfrans təşkil edilib. Bu konfranslar beynəlxalq ictimaiyyətin diqqətini cinslər arasında qeyri-bərabərlik probleminə yönəldib.
Qlobal miqyasda gender bərabərliyi ilə bağlı proseslərə Azərbaycan da özünün töhfələrini verir. İndiyədək respublikamız gender bərabərliyinin müxtəlif aspektlərinin müzakirə olunduğu çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bakıda Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin VII konfransının açılış mərasimindəki çıxışında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva vurğulayıb ki, Avropanın inkişaf etmiş bir sıra ölkələrində gender ayrı-seçkiliyinin aradan qaldırılması ilə bağlı uğurlu milli siyasətin formalaşdırılması və kişi ilə qadın arasında real sosial bərabərliyin bərqərar olunması sahəsində zəngin təcrübə vardır. Bu gün müasir Avropa cəmiyyətində qadınlar demək olar ki, bütün ictimai sahələrdə, o cümlədən ən mürəkkəb, ənənəvi kişi peşələrində fəaliyyət göstərirlər. Onlar dünyada biznes, maliyyə işlərində və hərbi sahədə fəal rol oynayırlar. Qadınlar problemlərin həllinə xüsusi diqqət yetirərək, siyasətdə də iştirak edirlər. “Bütün bu müsbət dəyişikliklərə baxmayaraq, qarşımızda duran məsələlər hələ də çoxdur. Bir çox qətnamə və qərarlar hələ də yerinə yetirilməyib. Bir tərəfdən, gender bərabərliyi müasir Avropa cəmiyyətində mühüm əhəmiyyət kəsb edir, digər tərəfdən, əldə oluna biləcək tərəqqi daha da çox ola bilərdi”, - deyə Mehriban Əliyeva bildirib.
Ənənələrin davamı
Qadına böyük hörmət və ehtiram bəslənilməsi Azərbaycan xalqının tarixdən gələn milli-mənəvi dəyərləri sırasında xüsusi yer tutur. Təsadüfi deyildir ki, klassiklərimizin əsərlərində qadınlarımızın gözəlliyi, isməti qəhrəmanlığı, çətin vaxtlarda ailəsini qoruması, ömür-gün yoldaşının yanında olması böyük məhəbbətlə tərənnüm olunub. Xalqımızın inanc yeri olan İslam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Müqəddəs hədislərdə və “Qurani-Kərim”də qadınların hüquqlarına hörmətlə yanaşmaq kişilərin qarşısında mənəvi öhdəlik kimi qoyulub. Məhəmməd Peyğəmbər (s.ə.s.) hədislərinin birində buyurur: “Qadınlarla xoş rəftar edənlərdən Allahın xoşu gəlir, çünki onlar sizin ananız, qızınız və xalanızdır”.
Yaxşı haldır ki, ölkəmizdə tarixdən gələn ənənələr bizim dövrümüzdə də qorunub saxlanılır və daha da zənginləşdir?lir. Yuxarıda bəhs olunan tədbirdə Mehriban xanım Əliyeva bildirib ki, qadınların hüquqlarının qorunmasında Azərbaycan da bir çox nailiyyətlər əldə etmişdir. “XX əsr Azərbaycan qadınının həyatında yeni dövrün başlanğıcı hesab edilə bilər. Məhz 1918-ci ildə Azərbaycan müsəlman Şərqində ilk demokratik respublika olaraq qadınlara seçmək və seçilmək hüququnu vermişdir. Bu, bir çox digər Qərb ölkələrindən fərqli olaraq, əvvəl baş vermişdir. XX əsrin sonunda ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər”,- deyə Mehriban xanım Əliyeva vurğulayıb.
Möhkəm hüquqi baza
Qısa müstəqillik tarixində respublikamızda qadınlara böyük hörmətin ifadəsi olaraq gender bərabərliyinin təmin olunmasını özündə ehtiva edən möhkəm hüquqi baza formalaşdırılıb. Ölkəmizdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də qəbul olunan Konstitusiyada qadın hüquqlarının qorunmasına təminatlar verən müddəalar yer alıb. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını qadağan edir.
Demokratik dəyərlərə sadiqlik nümayiş etdirən respublikamız BMT-nin müvafiq konvensiyalarına imza atıb, eyni zamanda, 2001-ci ildə təşkilatın Qadınlar üçün İnkişaf Fondunun “Zorakılıqsız Həyat” Regional Məlumatlandırma Kampaniyasına, 2002-ci ildə isə “Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət” aksiyasına qoşulub. 2001-ci ildən Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul olunmuş respublikamız təşkilat çərçivəsində qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan qurumlarla fəal əməkdaşlıq münasibətlərini davamlı olaraq genişləndirir.
Azərbaycanda ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixində imzaladığı Fərmana əsasən ölkədə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Respublikamızda ulu öndərin əsasını qoyduğu bu siyasət hazırda da uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlandırılıb və qurum yenidən formalaşdırılıb. Qeyd edək ki, bu qurum Cənubi Qafqazda gender məsələləri ilə bağlı vahid siyasət həyata keçirən yeganə dövlət təşkilatıdır. 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Sənəddə gender bərabərliyinin təmin olunması mexanizmləri öz əksini tapıb.
Qadınların fəallığı
Müstəqillik illərində yaradılan möhkəm hüquqi baza bu gün ölkəmizdə qadınların öz potensiallarını bütünlüklə üzə çıxartmalarına geniş imkanlar açıb. Ölkədə zərif cinsin nümayəndələri təhsil hüquqlarından tam şəkildə istifadə edirlər. Eyni zamanda, qadınlar idarəetmənin bütün pillələrində, qanunverici orqanda, hüquq-mühafizə sistemində fəal şəkildə təmsil olunurlar. Hazırda məktəb müəllimlərinin təxminən 70, həkimlərin 60, elmi işçilərin isə 50 faizini məhz qadınlar təşkil edirlər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39

