Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Zəfərin yaratdığı iqtisadi yüksəliş

Zəfərin yaratdığı iqtisadi yüksəliş

03.08.2022 [10:32]

Yeganə BAYRAMOVA

Azərbaycanın tərəqqisi yalnız paytaxt Bakının hesabına deyil, regionlarımızın sosial-iqtisadi inkişafı hesabına baş verir. Əvvəlki dövrlə müqayisədə bölgələrimiz əhəmiyyətli dərəcədə dəyişib. Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində görülən işlər bölgələrimizin inkişaf potensialının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Bu gün Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır.

İkinci Qarabağ müharibəsindən şanlı Zəfərlə çıxan Azərbaycan da gələcək inkişaf strategiyasını regionda yaranmış yeni reallıqlar, yəni postmüharibə dövrünün çağırışlarına uyğun müəyyən edib. Qəbul etdiyi uzaqgörən qərarları ilə Azərbaycanı bütün böhranlardan üzüağ çıxaran Prezident İlham Əliyevin müəllifi olduğu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” inkişaf strategiyası növbəti 10 il üzrə yüksəlişimizin yol xəritəsi hesab edilir.

Qeyri-neft sənayesinin inkişafı prioritet olaraq qalır

Artıq gələn il üçün də qarşıya qoyulan hədəflər müəyyənləşdirilib. Postmüharibə dövründə iqtisadiyyatın canlandırılması, qlobal böhrandan ən çox təsirlənmiş sahələrin bərpası və dayanıqlılığı təmin ediləcək.

Xüsusən də sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elm tutumlu və innovativ istehsalın genişləndirilməsi məqsədlərinə nail olunması üçün sənaye istehsalının dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin genişləndirilməsi davam etdiriləcək.

Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə prosesinin ardıcıl davam etdirilməsi, həmçinin qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Dünyada pandemiya və iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə bu istiqamətdə çox böyük işlər görülür. İqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi üçün sistemli tədbirlər həyata keçirilir. Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır.

Bu yaxınlarda Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonuna təyin olunan yeni  icra hakimiyyəti başçılarını qəbul edərkən regionlarımızdakı sosial-iqtisadi durumla bağlı mühüm nüanslara toxunub. Ölkə başçısının sözlərinə görə, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.

Dövlət Proqramı çərçivəsində elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunduğunu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblərin inşa edildiyini vurğulayan dövlət başçısı bildirib: “Əlbəttə ki, rayonların sosial-iqtisadi inkişafına bunun çox böyük töhfəsi olmuşdur. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Biz elə infrastruktur layihələri icra etdik ki, heç sovet vaxtında bunlar icra edilmirdi. Xüsusilə Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. Mənim göstərişimlə Lerikə qaz çəkildi. Üç rayon dağlıq rayon olduğu üçün əlbəttə ki, qazlaşdırma ilə bağlı problemlər digər rayonlarla müqayisədə daha ciddidir. Ancaq biz imkan daxilində bütün bu işləri görməklə insanların rifah halını yaxşılaşdırmışıq”.

Dünya bazarına çıxış

Mövzu ilə “Yeni Azərbaycan”a danışan iqtisadçı Fuad İbrahimov bildirib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı 2004-cü ildən bəri bir neçə dövlət proqramları təsdiq olunub və hazırda da dövlət proqramı həyata keçirilir: “Bu günə qədər regionların əsas inkişaf strategiyasında paytaxtla region arasında qeyri-bərabər inkişafın minimuma endirilməsi, əhalinin rayonlardan iri şəhərlərə köçünün - daxili miqrasiyanın azaldılması, regionlarda yeni iş yerlərinin açılması, peşəkar xidmət sferasının formalaşdırılması və s. məsələlər nəzərdə tutulub. O cümlədən regionlarda da infrastrukturun bərpası məsələləri prioritetdir. Bu günə kimi bu sahədə bütün bölgələrimizdə xeyli işlər görülüb və bu proses davam etdirilir. Ancaq buna baxmayaraq, həlli vacib problemlər var ki, onları həyata keçirmək vacibdir.

Bu gün regionlarda kənd təsərrüfatının inkişafı hələ də ekstensiv yolla həyata keçirilir. Əl əməyindən, daha çox faydalılıq əmsalı aşağı olan vasitələrdən istifadə olunur. Buna görə də kənd təsərrüfatının inkişafının intensiv həyata keçirilməsi vacibdir. Emal sənayesinin inkişafında da bir sıra istiqamətdə işlər davam etdirilməlidir. Peşəkar və yüksək təhsilli mütəxəssislərin, savadlı kadrların gedərək regionlarda çalışması təşviq olunmalıdır. Bunun üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Kənd təsərrüfatının inkişafı ilə bağlı həmin mütəxəssislər səmərəli təkliflər verməlidir. Bölgələrdə suvarma sistemləri daha da təkmilləşdirilməlidir ki, yay mövsümündə əkin sahələrində, bağlarda suvarmada çətinlik yaranmasın. Regionlarda aqrar xidmət sektoru daha çox inkişaf etdirilməlidir. Digər bir məsələ isə regionlarda sənaye hablarının yaradılmasının genişlənməsi ilə bağlıdır. Bu gün sənaye məhəllələri, sənaye parkları yaradılsa da, bəzən onlar bir müddətdən sonra fəaliyyətlərini dayandırmalı olurlar, ya da minimum səviyyədə işlərini qururlar ki, bu da ora qoyulan vəsaitin səmərəsizliyinə gətirib çıxarır”.

F.İbrahimov söyləyib ki, regionlarda istehsal infrastruktur məhsullarının həm daxili, həm də dünya bazarına çıxarılması ilə bağlı sistem təkmilləşdirilməlidir: “Burada, həmçinin dünya bazarına çıxarmaq üçün sertifikatlaşma, tələblərə uyğunlaşma kimi məsələlərdə dövlət öz tədbirlərini genişləndirməlidir. Sahibkarlar üçün maliyyələşmə metodlarının təkmilləşdirilməsinə də ehtiyac var. Risklərin bölüşdürülməsi, qarşılıqlı əməkdaşlıq, şərikliliyə əsaslanan bir sıra metodlar genişləndirilməlidir. Regionlarda sahibkarlığın inkişafında menecment, müxtəlif sahələr üzrə idarəetmə, insan resursları, marketinq, təchizat və ortaq menecerlərin yetişdirilməsi kimi tədbirlər daha da artırılmalıdır. Regionlarda fəaliyyət göstərən səhmdar cəmiyyətlərdə korporativ idarəetmə standartlarının tətbiqi daha da genişləndirilməlidir. İnfrastrukturun fasiləsiz təminatı məsələsi də daha çox diqqət yetirilməli sahələrdəndir”.

Ekspert işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyata reinteqrasiyasından da danışıb: “İşğaldan azad olunan ərazilərin iqtisadiyyatının ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası ümumi daxili məhsulun artımına öz töhfəsini verəcək. Eyni zamanda, regional nəqliyyat və logistika dəhlizlərinin açılması həmin bölgənin sahibkarlarının digər mərkəzi şəhərlərə gəlmədən də oradan birbaşa olaraq məhsullarını dünya bazarına çıxarmağa imkan verir”.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 84 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31