Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycan inamla irəliləyir

Azərbaycan inamla irəliləyir

19.07.2022 [10:20]

Yeganə  BAYRAMOVA

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bu günümüzə qədər keçən illər ərzində ölkəmizin böyük inkişaf yolu keçməsi dünya miqyasında qəbul olunan reallıqdır. Dünyada öz mövqeyini cəsarətlə bildirən, hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşın qarantına çevrilib. Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövləti formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir. Azərbaycan da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçdiyindən insan və vətəndaş hüquqları və azadlıqlarını təmin edir.

Vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada humanizm prinsiplərinə, qanunlara və əxlaqa hörmət edilir. Eyni zamanda, vətəndaş cəmiyyətinin inkişafı hüquqi dövlət quruculuğu ilə birbaşa bağlıdır desək, heç də yanılmarıq. Məlumat üçün bildirək ki, hüquqi dövlət - dövlətin təşkilinin və fəaliyyətinin elə bir formasıdır ki, burada insan və vətəndaşın hüquqları və azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər və onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur. Konkret olaraq ölkəmizə gəlincə, birmənalı olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və hüquqi dövlət quruculuğu xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycan Respublikası hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinə qədəm qoydu.  Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.

Məhz Ulu Öndər vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu səbəbdən də, Azərbaycanın müasir, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı haqlı olaraq Ulu Öndərin adı ilə bağlanılır.

Konstitusiyanın qəbulundan sonra ölkədə aparılan məhkəmə-hüquq islahatı nəticəsində bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar qəbul edilib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi dövlətin prioriteti kimi qəbul edilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə vətəndaş cəmiyyətinin əsasını təşkil edən qeyri-hökumət təşkilatları (QHT) yaranmağa başlasa da, ilk illər ciddi çətinliklər mövcud olub. Yalnız ?lu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bu sektora münasibət müsbət istiqamətə dəyişməyə başlayıb. Respublikada aparılan hərtərəfli quruculuq işləri və yerli özünüidarəetmə orqanlarının fəaliyyəti göstərir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilən islahatlar və quruculuq işləri respublikanın bütün regionlarını əhatə etməkdədir. Azərbaycanda inteqrasiya prosesinin gücləndiyi, hüququn müasir inkişafı və keçirilən islahatların məntiqi davamı kimi, Konstitusiya islahatlarının aparılması zərurətə çevrilib. Məhz bu zərurətdən qaynaqlanaraq 2002, 2009 və 2016-cı illərdə referendum keçirilməklə Konstitusiyamıza əlavələr və dəyişikliklər edilmişdir.

Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir və qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. Ölkə rəhbərinin xalqın intellektual potensialının, təhsilinin, elminin, mədəniyyətinin inkişafı naminə imzaladığı silsilə fərmanlar, sərəncamlar və bugünkü uğurlar bizə əsas verir ki, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğunda yerli özünüidarəetmə orqanlarının rolunun əvəzsiz olduğunu söyləyək.

Cənab Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan “ASAN xidmət” mərkəzləri bu gün dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunu, şəffaflığını təmin edir, korrupsiyanın qarşısını alır. Cənab Prezidentin də dediyi kimi, “vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

Ümumiyyətlə, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz.

Müasir dövrdə demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır.

Son illər dövlət idarəetməsində həyata keçirilən islahatların hakimiyyətin bütün qollarını əhatə etməsi, məhkəmə-hüquq sistemində baş verən yeniliklər, vətəndaş cəmiyyəti institutlarının inkişafı Azərbaycanın hüquqi-demokratik dövlət kimi əsaslarını daha da möhkəmləndirib. Bütün bunlar nəticə etibarilə dövlətimizi və xalqımızın milli həmrəyliyini daha da gücləndirir, cəmiyyətimizin rifahını yüksəldir. Cənab İlham  Əliyevin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərimiz bunun bariz nümunəsidir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 107 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31