Qara Qarayev - 104
04.02.2022 [10:20]
MÜŞFİQƏ
Azərbaycanın dünya şöhrətli bəstəkarı və pedaqoqu Qara Qarayevin anadan olmasından 104 il ötür. Deyilənə görə, sənət sarayı heç vaxt tikilib qurtarmır. Qara Qarayevin sənət sarayı bu gün Azərbaycanın mədəni xəzinəsinin çox mühüm bir hissəsini təşkil edir. Bu dahi şəxsdən söz açanda sanki, fonda hər zaman “Yeddi gözəl” baletinin sədaları səslənir. İnsan bu anda günəşin şüalarını öz sevincinə qatıb uşaq kimi sevinir.
“Müasirlik mənim qəlbimi daha çox həyəcanlandırır” - deyə etiraf edən bəstəkarın musiqisi milyonlarla ürəkləri hərarətilə, emosionallığı ilə fəth edib, müasirliyi, fəlsəfiliyi ilə düşündürüb.
Ulu Öndər: Qara Qarayevin adı, onun musiqisi ölməzdir
Ulu öndər Heydər Əliyev bəstəkarların yaxın dostu idi. Onun Qara Qarayevlə də çox səmimi münasibəti vardı. Vaxtilə SSRİ dövründə Azərbaycanın bir neçə görkəmli sənətkarı ilə yanaşı, Q.Qarayevə də ən böyük fəxri ad olan “Sosialist Əməyi Qəhrəmanı” adı verilmişdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev onun barəsində demişdi: “Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Qara Qarayevin adı mütəfəkkir alim, görkəmli publisist kimi Azərbaycan elminin tarixinə yazılmışdır. Bəstəkar, pedaqoq, alim, rəhbər, ictimai xadim olan Qara Qarayev həmişə və hər işdə alovlu-musiqiçi tribundur. Qara Qarayevin adı, onun musiqisi ölməzdir. İllər, on illər keçəcək, bizim kimi yeni-yeni nəsillər də gözəlliyi Qara Qarayevin əsərləri vasitəsilə dərk edəcəklər”.
Müəlliminin ən sevdiyi bəstəkarı olub
Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəyovdan öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alır. Təsadüfi deyil ki, müəllimi Üzeyir bəydən sonra Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü məhz Qara Qarayev seçilir.
D.Şostakoviç belə qeyd edirdi: “Qara Qarayev mənim ən çox sevdiyim bəstəkarlardan biridir. Onun musiqisinin uğurlarının sirri isə milli ənənələri, klassik irslə, ən müasir musiqi formalarının parlaq, yalnız onun özünə məxsus tərzdə birləşdirilməsidir”.
Qara Qarayevin ölməz irsi
Hər bir böyük sənətkar kimi Qarayevin yaradıcılığında da millilik özünəməxsus bir formada təzahür edir. Bəstəkarın yaradıcılığının mərkəzində onun iki parlaq əsəri - “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri durur.
Qarayev “Yeddi gözəl” baletində Azərbaycan ədəbiyyatının klassik irsinə, dahi Nizaminin humanist ideya və obrazlarına müraciət edib.
“İldırımlı yollarla” baleti isə müasir və aktual mövzuda - müstəmləkə xalqlarının öz azadlıqları uğrunda mübarizəsinə həsr edilib. Balet 1967-ci ildə “Lenin” mükafatına layiq görülüb.
Qəlbimizdə və musiqi tariximizdə öz məktəbini yaratdı
Onun məşhur bir ifadəsi var idi: “Müasir musiqidə çox yollar var. Mən sizə bu zəngin və bənzərsiz dünyanı açıram ki, öz yolunuzu seçəsiniz”.
Qara Qarayev bu yolların izi ilə gedən saysız-hesabsız tələbə yetişdirdi. Vasif Adıgözəlov, Arif Məlikov, Xəyyam Mirzəzadə, Firəngiz Əlizadə, Fərəc Qarayev - bunların heç biri bir-birinə bənzəmir, lakin onların hamısı Qara Qarayev bəstəkarlıq məktəbinin yetişdirmələri, bu məktəbin parlaq nümayəndələridir.
Sənətkarın oğlu, bəstəkar Fərəc Qarayev xatirələrində deyir: “Atam işləyəndə evdə tam sakitlik yaradırdıq. Onun işləməyi yalnız royal arxasında yeni əsəri üzərində çalışmaqdan ibarət deyildi. Hər yeni əsərə qədər o, xeyli müddət düşünürdü. Atam bizə öyüd-nəsihətlə deyil, şəxsi və yaradıcı keyfiyyətləri nümunəsi ilə tərbiyə verirdi”.
Qara Qarayevin xatirəsi əbədiləşdirilib
Bu gün xalqımız öz istedadlı oğlunu fərəhlə və qürur hissi ilə anır.
Qara Qarayevin xatirəsi müstəqil Azərbaycan dövləti tərəfindən əbədiləşdirilib. Onun adına prospekt, metro stansiyası, incəsənət məktəbi, habelə poçt markası var.
Dahi bəstəkarın 100 illiyi ilə bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzaladı. Yubiley UNESCO-da təntənə ilə qeyd edildi. Həmçinin Prezidentin iştirakı ilə Bakının mərkəzində Qara Qarayevin abidəsinin açılışı oldu. İlham Əliyev açılış zamanı demişdi: “...Qara Qarayev Azərbaycan xalqının görkəmli nümayəndəsidir, milli fəxrimizdir. Hər bir Azərbaycan vətəndaşı haqlı olaraq fəxr edir ki, onun Qara Qarayev kimi böyük nümayəndəsi olmuşdur və vardır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39

