Fermerlərə səmərəli dəstək mexanizmi
28.01.2022 [10:15]
Mübariz ABDULLAYEV
Azərbaycanın regionlarında aqrar sektorda çalışan fermerlərə dəstək tədbirlərinin əhatə dairəsi genişləndirilir. Məqsəd təşviq yolu ilə bölgələrdə iqtisadi fəallığı yüksəltmək, istehsalın artmasına nail olmaq və məşğulluğa dəstək verməkdir. Respublikamızda yeni nəsil iqtisadi islahatlar çərçivəsində 2020-ci ilin sonlarından tətbiqinə başlanan aqrar sığorta da fermerlərə effektiv dəstək tədbirləri sırasında yer alır.
Regionlarda aqrar sığorta mexanizminin tətbiqinə başlamazdan öncə bu sahədə dünya təcrübəsi ətraflı araşdırılıb. Sonda mütəxəssislərin rəyləri əsasında respublikamızın reallıqları nəzərə alınmaqla müştərək aqrar sığorta mexanizminin tətbiqinə qərar verilib. Müştərək aqrar sığorta mexanizmi dövlət-özəl sektor tərəfdaşlığı konseptinə əsaslanır.
Diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, ixtisaslaşmış sığorta şirkətləri aqrar sığorta bazarının iştirakçıları deyillər. Hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Müvafiq fond sığortaçıların ödədikləri vəsaitlər hesabına formalaşır. Sığorta bazarının iştirakçısına çevrilən fermerlər fonda toplanan birgə vəsaitləri ilə özlərini risklərdən sığorta edirlər. Sığorta mexanizmi elə qurulub ki, heç bir sığorta hadisəsi baş vermədikdə fonda yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta edilənlərə sığorta vəsaitinin müəyyən edilmiş faizi həcmində subsidiya ayırır. Belə səmərəli aqrar sığorta mexanizminin tətbiqi bir tərəfdən fermerləri risklərdən effektiv şəkildə qoruyur, eyni zamanda, təbii fəlakətlər zamanı dövlətin üzərinə əlavə yük düşməsinin qarşısı alınır.
Ölkənin regionlarında aqrar sığortanın tətbiqinə başlanılmasından cəmi bir il vaxt ötməsinə baxmayaraq, mühüm uğurlar qazanılıb. Aqrar sığortanın əhatə dairəsinin genişlənməsi bu sırada xüsusi yer tutur. Azərbaycan Respublikası Nazirlər Kabineti “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə, “Aqrar sığorta predmetinin Tərkibi”ndə və “Aqrar sığorta Qaydaları”nda dəyişiklik edilməsi barədə qərarları qəbul edib. Bu qərarlara əsasən, ölkə üzrə aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb. “Aqrar sığorta predmetinin Tərkibi”ndə dəyişiklik edilməsi barədə qərara əsasən, dövlət dəstəyi ilə sığortalanan bitki növlərinin sayı 14-dən 41-ə çatdırılıb. İndi bu siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib. Paralel olaraq aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki, indiyədək yalnız südlük inək və camışlar sığortalandığı halda, bundan sonra xırdabuynuzlu (qoyun və keçilər) və ətlik istiqamətli iribuynuzlu heyvanların da sığortalanması nəzərdə tutulur.
Nazirlər Kabinetinin qərarı ilə aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı da genişləndirilib. “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə dəyişiklik edilməsi barədə qərara əsasən, bitkilərə münasibətdə sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın, normadan artıq yağan qar yağıntılarının aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur. Kənd təsərrüfatı heyvanlarına gəldikdə isə, kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin sığortalanması həyata keçiriləcək.
Regionlarda meyvəçiliklə məşğul olan fermerlər üçün də mühüm yenilik baş verib. Nazirlər Kabinetinin qərarı ilə ölkədə iqtisadi məqsədlərlə ən çox əkilən meyvələr - xurma, ərik, şaftalı, albalı, gilas, alça, gavalı, heyva, alma, armud, çiyələk və nar dövlət dəstəkli aqrar sığortanın əhatə dairəsinə daxil edilib. Aqrar sığorta qaydalarına görə, meyvələr dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma (yeni), leysan (yeni), ildırım vurması, şaxtavurmadan (donvurma - yeni), normadan artıq yağan qar yağıntıları (yeni), üçüncü şəxslərin hərəkətləri və digər risklərdən sığortalanır. Meyvələrin sığortalanması üçün aqrar sığorta tarifləri meyvələrin növündən və əkin sahəsinin yerləşdiyi ərazidən, eləcə də seçilən sığorta zərfindən asılı olaraq dəyişir.
Bəhs olunan dəyişikliklər nəticəsində aqrar sığorta ölkə üzrə əkin sahələrinin 99%-ni əhatə edəcək. Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində isə fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı qorunacaq. Yeni qərarlar ölkə üzrə daha çox fermer və təsərrüfatın sığorta mexanizminə çıxışını təmin edəcək. Eyni zamanda, fermerlərin gəlirləri və təsərrüfatları qorunacaq.
Aqrar sığortanın çoxsaylı meyvə və tərəvəz növlərini, xüsusilə də ölkədən ixrac olunan məhsulları əhatə etməsi Azərbaycandan xaricə məhsul ixrac edən təsərrüfatlara böyük dəstək olacaq, onların biznes fəaliyyətində dayanıqlılığı artıracaq. Qeyd edək ki, yuxarıda sadalanan meyvələrin xaricə ixracı təkcə 2021-ci ildə Azərbaycana 180 milyon dollardan artıq gəlir gətirib. Beləliklə, aqrar sığorta mexanizmi ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkədən ixraca da dəstək olacaq.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

