Ruhumuzu dindirən kaman
07.01.2022 [10:57]
Müşfiqə BAYRAMLI
Azərbaycanda mədəniyyətimizin və incəsənətimizin tərəqqisinə böyük diqqət və qayğı göstərilir. Mədəniyyətimizə xüsusi diqqət göstərmiş, bu işlərə dövlət dəstəyini əsirgəməmiş ümummilli lider Heydər Əliyevin qoyduğu ənənəni bu gün Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva ölkə daxilində və xaricində böyük layihələr həyata keçirilməklə davam etdirir. Ökəmizin 10-dan çox maddi və mədəni irs nümunəsi bu beynəlxalq qurumun Ümumdünya İrsi və Qeyri-Maddi Mədəni Mirası Siyahısına daxil edilib. Onlardan biri də Azərbaycanın ən qədim musiqi alətlərindən biri olan kamançadır. Kamança sənəti ölkəmizin sərhədlərindən daha geniş coğrafiyanı əhatə edən, yüzilliklər boyu nəsillərdən nəslə ötürülən mədəni mənsubiyyət nümunəsidir. Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval) daxil olan kamança əsrlərdir ki, insanları valeh edir. Bu ecazkar səs sanki kamandan qopan təranələrin ahənginə qoşularaq insanı uzaqlara qanadlandırır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bu sözləri isə heyranlığımızı daha da artırır: “Kamança tardan daha kamil və daha faiq (üstün) bir aləti-musiqiyyə, insanın səsinə daha yaxındır, melodik alətlərdən ən gözəlidir”...
Dahi Nizaminin təsvirində
İllər boyu ali məclislərdə, dəbdəbəli ziyafətlərdə aparıcı rolu, layiqli yeri olan kamançanın şanlı tarixi var. Bu qədim alət barədə hələ orta əsr klassiklərinin əsərlərində rast gəlmək mümkündür. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” əsərində və Əbdülqadir Marağayinin əsərlərində Azərbaycana məxsus kamançadan bəhs edilib. Eləcə də Azərbaycanın dahi şairi, mütəfəkkiri Nizami Gəncəvi bütün milli alətlərimizə verdiyi yüksək tərifi kamanımıza da verib. N.Gəncəvi “Xosrov və Şirin” poemasında kamançanı belə təsvir edir:
Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,
Bu keyfi-işrəti çox alqışladı.
Üzeyir bəy dühası və kamançanın möcüzələr yaradan dörd simi
Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişafı ilə bağlıdır. Belə ki, 1931-ci ildə Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar ilə yanaşı, kamança aparıcı alət kimi əsas yeri tutdu. Məlumdur ki, tar, kamança vaxtilə not ilə çalınmadığına görə, müvafiq not materialı, ədəbiyyat yox idi.
Mirzə Cəlilin “Kamança”sından süzülən həqiqət
Məşhur azərbaycanlı yazıçı, dramaturq, publisist Cəlil Məmmədquluzadənin Şuşa qalasında olarkən böyük ustalıqla qələmə aldığı “Kamança” əsərində erməni Baxşı obrazını yaratmaqla onu məhz milli mənsubiyyət oğrusu, işğalçı, milli münaqişənin tərəflərindən biri kimi təqdim etmək məqsədi daşıyırdı. Azərbaycanın milli dəyərlərini çox yaxşı mənimsəyən erməni Baxşı humanist və tolerant azərbaycanlı üçün ciddi təhlükədir. Bununla bağlı AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “”Kamança” - milli dəyərlərimizə ədəbi və əbədi abidə” adlı məqaləsində yazırdı: “Əsərdə kamança Azərbaycan milli ruhunu, milli mənəviyyatını təmsil edir. Qəhrəman yüzbaşının intiqamçılığı, vurub-tutmaq, kəsib-öldürmək hisslərini musiqinin dəri? incəliklərindən gələn gözəl hisslər unutdurur, yumşaldır. Musiqi öz ülviliyi, təmizliyi, aliliyi ilə sülh, əmin-amanlıq, insanpərvərlik ideyalarının carçısına çevrilir. Beləliklə, musiqi qələbə çalır, kamança zəfər əldə edir, sülh, humanizm qəlblərə hakim kəsilir, ən qaçılmaz ölüm fərmanını dayandırır, “axırı həyat ölümə, xeyir şərə, sənət ədavətə üstün gəlir”. “Kamança” əsərində ədibin məqsədi azərbaycanlı balalarını milli musiqinin təsiri ilə oyatmaq və ayı?maqdır. Cəlil Məmmədquluzadə kamança ilə müsəlmanın “qulağının dibinə” elə bil “şapalaq vurub” ayıldır: “Sənin musiqin və alətin kimin əlində, kimin dilindədir?” - deyir”.
Bəxtiyar Vahabzadə və ruhumuzun kamanı
Kamanın ecazkar səsi Xalq şairi Bəxtiyar Vahabzadənin misraları ilə birləşib ruhumuzu qanadlandırır və bizə xoş duyğular bəxş edir. Böyük şair kaman səsindən kam aldığını, bu səsin könül ağrısına məlhəm olduğunu və ecazkar səsin qarşısında baş əydiyini deyir:
Kamanın bağrında ağaran tozlar -
Yanan arzuların külüdür bəlkə?
Bu taxta parçası yanmayır özü,
Ancaq od-ocaqsız yandırır bizi.
Odun alovuna od şan-şan olur,
Bu səsin oduna alışır su da.
Bu səslər məlhəmdir könül ağrıma,
Onların önündə baş əyirəm mən.
Bu boyda dünyanı basıb bağrıma,
Öpüb-qucaqlamaq istəyirəm mən.
Mədəniyyətimizin qızıl fondu Habil Əliyev
Müasir dövrümüzdə Xalq artisti Habil Əliyev nəinki Azərbaycanda, bütün Şərq dünyasında ən məşhur kaman ustası kimi milli musiqi alətimizin şöhrətini bütün dünyaya yaydı. Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab edən Habil Əliyev Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.
Habil Əliyevdən ilhamlandığını deyən israilli kamança ifaçısı Mark Eliyahu bu sənəti ölkəmizdə öyrənib və kamanımızı bütün dünyaya tanıdır. Sənətçi Azərbaycana səfəri zamanı demişdi: “Bu ölkə mənə kamançada ifa etməyi öyrədib. Bu ölkə mənə bir musiqiçi kimi nüfuz edib. Habil Əliyevin kamançada “Bayatı-Şiraz” ifasını görüb heyrətləndim. Valideynlərim məni dövrünün ən gözəl kamança ustası Ədalət Vəzirovun yanına qoydular. Mən ondan kamançada ifa etməyi öyrəndim. Habil Əliyev ölümündən bir qədər əvvəl mənə kamança hədiyyə etmişdi”.
Azərbaycanın ilk qadın kamança ifaçısı
Əgər ustad Habil Əliyev kamançanın tarixində yeni bir eranın başlanğıcını qoydusa, Şəfiqə Eyvazova da bu alətdə qadınlar arasında ilk ifaçı kimi tarixə düşdü. Özünəməxsusluğu və zərifliyi ilə fərqlənən Şəfiqə xanım öz sehrli musiqisi ilə böyük sənətkarları - Şövkət Ələkbərova, İslam Rzayev, Gülağa Məmmədov, Rübabə Muradova, Qulu Əsgərov, Elmira Rəhimovanı müşayiət edib. Musiqi sahəsindəki göstərdiyi böyük xidmətlərlə yanaşı, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında çalışan Şəfiqə Eyvazova həm də pedaqoji fəaliyyətlə məşğuldur. Bu gün onun tələbələrinin səsi dünyanın dörd bir yanından gəlir.
Bir sözlə, ata-babadan bizə yadigar qalan kamança sənəti bu gün layiqincə yaşadılır. Heç şübhəsiz, təzə gələn səslər-nəfəslər kamançanı kökdən düşməyə qoymur, ustadlarının yolunu layiqincə davam etdirməyə çalışırlar.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29

