Vətən müharibəsində tarix yazan müəllim
28.10.2021 [10:47]
Müəllim kimi vətənpərvərlik hissindən danışıb, müharibə başlayan zaman qaçıb gizlənsəydim, şagirdlərim mənim riyakar olduğumu düşünərdilər
Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı. Şanlı zəfərlə başa çatan Vətən müharibəsində erməni faşizmi üzərində tarixi Qələbənin qazanılmasında fədakar müəllimlərimizin də əməyi oldu. Onlardan biri də 157 saylı orta məktəbin tarix müəllimi, AMEA-nın Tarix İnstitutunun dissertantı Ruslan Ağamalıyevdir. Ruslan müəllim Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə könüllü olaraq qatıldı. Şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsinə çalışan R.Ağamalıyev özü onlara nümunə oldu.
Düşmənə dərs keçən müəllim!
Vətən müharibəsi başlayan kimi cəbhə bölgəsinə yollanan R.Ağamalıyev Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Vətən müharibəsindəki xidmətlərinə görə, “Cəbrayılın azad olunmasına görə”, “ Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub. Müqəddəs Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak etməsindən son dərəcə qürur duyduğunu deyən Ruslan müəllim Azərbaycan Ordusunun müqəddəs çarpışmasında iştirak etməyin tarixi şans olduğunu bildirir.
Onun sözlərinə görə, gələcəyimiz olan yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin tərbiyəsi önəmlidir. Hər bir ailə bu müqəddəs hissi övladına aşılamalıdır. Ailədən başlayan tərbiyəni isə təhsil müəssisələri davam etdirməlidir. Övladlarımızın vətənpərvər ruhda böyüməsində müəllimlərimizin rolu böyükdür: “Təbii ki, insan yaşadığı mühiti, kəndi, dağı, bulağı, elini, obasını, məhəlləsini sevməli, onu qorumalıdır. Vətənpərvərlik məhz evini, sonra yurdunu-yuvasını sevməkdən başlayır. İnsan öz keçmişini, tarixini, qəhrəmanlarını öyrənərək vətənpərvərlik hissini daha da möhkəmləndirir. Bizim tarixi qəhrəmanlarımız özlərindən sonra böyük ənənə qoyub getdilər. Mən tarix fənnini tədris edirəm. Çox vaxt Gəncə xanı Cavad xandan şagirdlərimə nümunə gətirməyə çalışıram. Cavad xan kimi mübariz olmağı şagirdlərimə məsləhət görürəm. Vətən müharibəsi qəhrəmanları öz qanlarıyla, canlarıyla torpaqlarımızı azad etməklə yanaşı, həm də özlərindən sonra böyük bir məktəb qoydular. Bundan sonra xeyli sayda gəncimiz özünü Mübariz İbrahimov, Polad Həşimov, Şükür Həmidov, Raquf Orucov kimi qəhrəmanlara oxşatmaq istəyəcək. Bizim də missiyamız bu qəhrəmanları gənclərə tanıtmaq və təbliğ etməkdir. Məhz bu yolla gənclərdə vətənpərvərlik his?ini gücləndirmək olar”, - deyə həmsöhbətimiz vurğulayıb.
“Tarix yazan tarix müəllimimiz”
Müəllimin sözlərinə görə, gənclərə şəxsi nümunə olmaq vətənpərvərlik hissinin aşılanmasında vacib rol oynayır: “Gənclərə sadəcə sözdə yox, əməldə də şəxsi nümunə olmaq lazımdır. Mən müəllim kimi vətənpərvərlik hissindən danışıb, sonra müharibə baş verən anda qaçıb gizlənsəydim, təbii ki, şagirdlərim mənim riyakar biri olduğumu düşünərdilər. Biz döyüşə gedəndə insanlar hərbi maşınlarımızın qarşısını kəsib imkanı çatdığından - çörək, su verməyə çalışırdılar. Onların gözlərindəki o qığılcımı şəxsən mən özüm gördüm. O vaxt dedim ki, belə xalqın əsgərinin məğlub olmağa haqqı yoxdur. 30 ildir ki, işğal altında olan torpaqları bir dəfə də olsun görməyən gənclərimizin, əsgərlərimizin necə şücaətlə irəli getdiyini bir görsəydiniz! Hər biri o torpaqları azad etmək üçün canından belə keçməyə hazır idi. Bu Şanlı Zəfərin çalınmasında gənclərimizin rolu böyükdür. Qələbədən sonra şagirdlərimlə onlayn dərslərimiz oldu. Monitor qarşısında onların sevincini görürdüm. “Xoş gəlmisiniz, müəllim”, “Tarix yazan tarix müəllimimiz”, “Bizim qəhrəman müəllimimiz” sözləriylə yazılı plakatlar hazırlamışdılar. Əlbəttə ki, böyük sevinc hissi idi. Onların gözündə bir qəhrəman idim”.
Qeyd olunub ki, vətənpərvərlik bütün fənnlərin tədr?sində uşaqlara aşılanmalıdır. Burada əsas yük müəllimlərin öhdəsinə düşür. Tək orta məktəblərdə deyil, ali məktəblərdə də hərbi vətənpərvərliyə həsr olunan dərslər təkmilləşdirilməlidir. Yeniyetmə və gənclər silahla davranmağı öyrənməlidirlər. Bundan başqa, işğaldan azad edilmiş torpaqlara ekskursiyalar təşkil edilməlidir ki, uşaqlar tarixi yerindəcə öyrənə bilsinlər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34

