/ / Müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycan BMT-nin fəal üzvüdür
Müasir beynəlxalq münasibətlər sistemində güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycan BMT-nin fəal üzvüdür
28.08.2021 [12:44]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın sıx əməkdaşlıq etdiyi qurmlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır. Respublikamız BMT-nin üzvlüyünə 1992-ci il 2 mart tarixində qəbul olunub. Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə ölkəmizlə qurum arasında səmərəli tərəfdaşlığın əsası qoyulub. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin məqsədlərinə beynəlxalq miqyasda sülhün, təhlükəsizliyin qorunması, ölkələr arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində əməkdaşlığın həyata keçirilməsi, insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsi daxildir. Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursunun əsas prinsipləri də qurumun qeyd olunan məqsədləri ilə üst-üstə düşür. Buna görə də ölkəmizin BMT-də təmsilçiliyi uğurlu olub.
“Azərbaycan həmişə BMT-nin fəal üzvü olmuşdur”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən səsləndirib. Xatırladaq ki, respublikamız beynəlxalq birliyin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Səsvermə prosesində 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləyib ki, bu da respublikamızın beynəlxalq nüfuzunu və fəal xarici siyasətini nümayiş etdirir. Azərbaycan BMT TŞ-də təmsilçiliyi dövründə səmərəli fəaliyyət göstərərək beynəlxalq gündəliyin bir sıra aktual məsələləri ilə bağlı mühüm təşəbbüslər irəli sürüb və onların həyata keçirilməsinə nail olub. Bəhs olunan qəbulda da bildirildiyi kimi, hazırda ölkəmiz Qoşulmama Hərəkatının sədri statusunda beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır və BMT Baş katibinin təşəbbüslərinə dəstək olur. Qeyd edək ki, ötən ilin sonunda Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü əsasında BMT Baş Assambleyasının yeni növ koronavirus pandemiyasına qarşı mübarizə mövzusunda Xüsusi sessiyası keçirildi ki, bu da təhlükəli xəstəliyə qarşı qlobal həmrəyliyin möhkəmləndirilməsinə ölkəmizin növbəti töhfəsi oldu. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının yeni növ koronavirus pandemiyası ilə mübarizə mövzusunda Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə dünyanın bütün qitələrindən 150-dən çox dövlət tərəfindən dəstək ifadə olunmuşdu. Respublikamızın xoş niyyətə əsaslanan təşəbbüsünə yalnız işğalçı Ermənistan öz etirazını bildirmişdi.
Xatırladaq ki, BMT ötən əsrin doxsanıncı illərinin əvvəllərində artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə Ermənistanın hərbi birləşmələrinin zor gücünə öz nəzarəti altına keçirdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları tələb edilirdi. BMT TŞ-nin 1993-cü ildə bu məşhur qətnamələri qəbul etməsi zamanında atılan çox müsbət bir addım idi. Həmin qətnamələri dəyərləndirən Prezident İlham Əliyev “Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi”, - deyə bildirib.
Lakin əfsuslar olsun ki, həmin qətnamələr kağız üzərində qaldı. Bu, olduqca təzadlı bir mənzərə idi. Axı bəzi hallarda TŞ-nin qətnamələri qısa müddət ərzində icra olunur, Azərbaycana gəldikdə isə onların beynəlxalq iştirakçılar tərəfindən, ümumiyyətlə, icrası təmin olunmadı. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini dəfələrlə gündəmə gətirib. Bəhs olunan qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib.
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində şanlı Qələbə qazanaraq işğalçı Ermənistanı kapitulyasiyaya məruz qoydu və tarixi ədalətin, özünün ərazi bütövlüyünün bərpasına nail oldu. Beləliklə, qalib Azərbaycan BMT-nin üç onillik ərzində yerinə yetirilməyən qətnamələrinin icrasını təkbaşına təmin etdi.
Postmüharibə dövründə Azərbaycanın gündəliyində duran əsas məsələ işğal dövründə ermənilər tərəfindən dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpası ilə bağlıdır. Azərbaycan bərpa işlərində BMT ilə əməkdaşlığa böyük önəm verir. İndiyədək respublikamız işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin görülməsi, məcburi köçkünlərin geri qaytarılması və digər məsələlərlə bağlı BMT-nin müvafiq təsisatları ilə müəyyən təmaslar qurub. O cümlədən BMT işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsində ölkəmizə öz dəstəyini göstərir. Bəhs olunan qəbulda da bildirildiyi kimi, BMT qısa müddətdə əvvəlki təmas xətti boyunca 6 rayonda minaların təmizlənməsi üçün ANAMA-ya yardım məqsədilə dərhal 1 milyon dollar toplayıb. Qurum məsələnin prioritetliyini nəzərə alaraq gələcəkdə də minaların təmizlənməsi işində milli mütəxəssislərə dəstəyi davam etdirəcək. Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərin bərpasında BMT ilə əməkdaşlığı yüksək dəyərləndirdiyini diqqətə çatdıraraq vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı və qurumları ilə əsas məqsədimiz bir-birimizə etimad göstərərək və tərəfdaş olaraq azad edilmiş torpaqlarımızın bərpa edilməsinə nail olmaqdır.
Mübariz ABDULLAYEV
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

