Azərbaycan mədəniyyətinin təbliği və müasir dövrdə inkişafı üçün önəmli addımlar atılır
18.08.2021 [14:01]
Bu işdə gənclərin də üzərinə mühüm vəzifələr düşür
Qədim və zəngin mədəniyyət ölkəsi olan Azərbaycan bu il dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir. İstər əvvəlki dövrlərdə, istərsə də son 30 ildə mədəniyyətin inkişafına daim diqqət göstərən Azərbaycan bu günə kimi öz mənəvi dəyərlərini qoruyub və nəsillərdən nəsillərə ötürə bilib. Ümumiyyətlə, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranıb və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.
Eyni zamanda, Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər, petroqliflər, Kür-Araz, Xocalı mədəniyyət nümunələri, kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olub. Bu məqamda vurğulamaq yerinə düşər ki, müstəqillik qazandıqdan sonra çoxəsirlik tarixə malik Azərbaycan mədəniyyətinin dünya miqyasında təbliğ edilməsi istiqamətində bir sıra mühüm tədbirlər görülüb.
Əksər ekspertlərin qeyd etdikləri kimi, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən islahatlar mədəniyyət sahəsinə də müsbət təsir edib. Daha dəqiq desək, bu islahatlar mədəniyyətimizin inkişafına yeni stimul verib.
Bu məqamda, vurğulamaq yerinə düşər ki, müstəqillik illərində Azərbaycan mədəniyyətinin dünyada daha geniş şəkildə tanınmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri danılmazdır.
Sözsüz ki, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində hər bir azərbaycanlının üzərinə mühüm vəzifələr düşür. Bu baxımdan, Azərbaycan mədəniyyətinin təbliğində, həmçinin mədəniyyətimizin müasir dövrdə inkişafında gənclərin də özünəməxsus rolu var. Bəs, gənclərimiz bu şərəfli işin öhdəsindən gəlmək üçün nələrin edilməsini vacib sayırlar? Bu suala cavab verən “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zaman sözügedən istiqamətdə bir sıra işlər gördüklərini deyib. Qəzetimizə açıqlamasında o, bildirib ki, mədəniyyətimizin təbliği, həmçinin bu istiqamətdə azərbaycanlı gənclərin kino sahəsində təcrübələrinin artırılması məqsədilə “Sənət Akademiyası” adlı məktəb layihəsini reallaşdırırlar: “Məqsədimiz həm mədəniyyətimizin təbliği və müasir dövrdə inkişafına töhfə vermək, həm də Türkiyənin film sektorunda özünü təsdiq etmiş aktyor və rejissorları Azərbaycana dəvət edib onların təcrübəsindən bizim gənclərə aşılamaqdır”.
Bildirilib ki, aprelin 17-də Türkiyənin məşhur “Eslem” Film Yapım Şirkəti və “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin ortaq müqaviləsi ilə təsis edilən “Sənət Akademiyası” nın rəsmi təsisçiləri, MTST İctimai Birliyinin sədri Səbuhi Zaman və yapım şirkətinin rəhbəri, Türkiyənin məhşur aktyoru Erhan Ufakdır. Akademiyada oxumaq haqqı qazanan tələbələrə 3 ay müddətində türkiyəli müəllimlər tərəfindən “Kamera önü və təməl oyunçuluq” adlı dəsrlər keçirilir: “Akademiyanın Azərbaycanda gördüyü işlərdən biri də bir müddət öncə Bakıda çəkilişləri aparılan “Nisan” filmi oldu. Hətta sözügedən filmdə həmin tələbələrdən də rol alanlar oldu. Mübaliğəsiz deyə bilərik ki, onlar öz rollarının öhdəsindən böyük məharətlə gəldilər”.
Səbuhi Zaman qəzetimizə müsahibəsində həmçinin gəncləri Azərbaycan mədəniyyətinin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, vurğulayıb ki, xarici internet və sosial mediada Azərbaycan mədəniyyətinin təbliği günümüzün tələbidir: “Ölkənin mədəni simasının formalaşmasında, mədəniyyətinin təbliğində gənclərin rolu böyükdür və bu böyük yaradıcı qüvvədən səmərəli istifadə edilməlidir. Azərbaycan gəncliyi, ilk növbədə, öz mədəni irsini araşdırmalı, tanımalı sonra onu təbliğ etməlidir. Gənclər məktəb və ya universitetlərdə mədəni birliklər yaratmalıdırlar. Sosial çarxlar çəkilməlidir. Təqdimat və təbliğat üçün ən uğurlu platforma isə sosial şəbəkələrdir. Müasir dövrdə milli irsimizi, mədəniyyətimizi daha düzgün təbliğ edib ictimaiyyətə çatdırılmasında internet resurslarının əhəmiyyəti böyükdür. Xüsusən, xarici dil bilkləri yüksək olan gənclərimiz bu prosesdə fəal olmalı, Azərbaycan həqiqətləri, tarixi, bugünü, mədəniyyəti, milli-mənəvi dəyərləri barədə xarici internet media qurumlarında, sosial şəbəkələrdə yazılarla, paylaşımlarla, statuslarla çıxış etməlidirlər. Bir sözlə, Azərbaycan mədəniyyətinin təbliği və müasir dövrdə inkişafında gənclərin də üzərinə mühüm vəzifələr düşür”.
Digər müsahibimiz, “Nisan” filmində rejissor assisenti kimi özünü sınayan gənc Arzu Məmmədova da deyib ki, dərin tarixi köklərə malik mədəniyyətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub: “Bu yeni inkişaf mərhələsində təbii ki, gənc sənət adamlarından, rejissorlardan, aktyorlardan da müəyyən fədakarlıq tələb olunur. Biz gənclər, xüsusilə də sənət, mədəniyyət sahəsində çalışan, yaxud çalışmaq niyyətində olanlar, ilk növbədə, mədəniyyətimizi, tariximizi dərindən öyrənməliyik. Öyrənməliyik ki, sonra da bu öyrəndiklərimiz əsasında mədəniyyətimizi xaricdə yetərincə təbliğ edə bilək”.
Arzu Məmmədova bildirib ki, bu gün Azərbaycan Vətən müharibəsini Zəfərlə başa vurub və yeni dövrün sənət, mədəniyyət, kino nümunələrinin məğzini də məhz bu amil təşkil etməlidir: “Bu istiqamətdə həyata keçiriləcək hər bir işin mərkəzində xalqımızın milli və mənəvi dəyərlərinin təbliği, qəhrəmanlıq ruhunun aşılanması dayanmalıdır. Hesab edirəm ki, ölkəmizdə çəkiləcək hər bir filmin qayəsində bu məqamlar öz əksini tapmalıdır. Hər bir janrda, hər bir mövzunun içində mütləq şəkildə milli dəyərlərimiz təbliğ olunmalıdır. Çünki, biz müharibədə həm də öz soy-kökümüzə, milli-mənəvi dəyərlərimizə bağlı olduğumuz üçün qalib gəldik”.
Müşfiqə BAYRAMLI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

