/ / “Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
“Diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırıq”
03.08.2021 [08:50]
Murtaza Qaraçanta: Həm pandemiya, həm də Vətən müharibəsi günlərində dünya azərbaycanlıların birlik və bərabərliyinin şahidi oldu
Azərbaycanda digər sahələrdə olduğu kimi, diaspor quruculuğu sahəsində də uğurlu siyasət həyata keçirilir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın ana Vətənlə daimi əlaqələrinin qurulması, xaricdəki diaspor təşkilatları arasında koordinasiyanın yaradılması, həmçinin Azərbaycan haqqında həqiqətlərin xaricdə geniş təbliğ olunmasında diaspor qurumlarının səfərbər edilməsi bu siyasətin uğurlarından xəbər verir.
Bu məqamda qeyd edək ki, 2019-cu ildə İzmirdə yaradılan Çağdaş Azərbaycan Kültür Dərnəyi (ÇAKD) də sözügedən istiqamətdə fəallığı ilə fərqlənən diaspor təşkilatlarımızdan biridir. Dərnəyin sədr müavini Murtaza Qaraçanta “Yeni Azərbaycan” qəzetinə açıqlamasında öncə onu bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın gündən-günə daha da inkişaf etməsi və güclənməsi dispor quruculuğu siyasətinə də öz müsbət təsirini göstərir.
İzmirdə diaspor fəaliyyəti barədə onun dediklərinə keçməzdən öncə bildirək ki, Murtaza Qaraçanta 3 sentyabr 1961-ci ildə Qarsda, Azərbaycan əsilli ailədə doğulub. Əslən hazırda Ermənistan sərhədləri çərçivəsində qalan Ağbabadan, Amasiya rayonunun Karaçanta kəndindəndir. Ulu babaları oradan gəlib Qarsda məskən salıblar. Murtaza Qaraçanta Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecerlik ixtisası üzrə bitirib. Qarsda Sosial Sığorta İdarəsində məmur işləyib. Məmurluqdan baş mühasib vəzifəsinə kimi yüksəlib. 2008-ci ildə bu vəzifədən təqaüdə çıxıb. 2009-cu ildə bələdiyyə seçkilərində MHP-dən bələdiyyə məclisi üzvü seçilib. Və 5 illik üzvlük fəaliyyətindən sonra 2014-2019-cu illərdə Qarsın bələdiyyə sədri olub.
Beləliklə, sədr müavini olduğu qurumun fəaliyyəti barədə məlumat verən M.Qaraçanta bildirib ki, Çağdaş Azərbaycan Kültür Dərnəyi Türkiyədə yaşayan soydaşlarımızın mədəniyyətinin yaşadılması, onların Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi istiqamətində davamlı fəaliyyət göstərir. “Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, həmçinin 20 Yanvar faciəsi, Xocalı soyqırımı ilə bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm”, - deyə müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, dünyanı cənginə alan COVID-19 pandemiyası zamanı da Çağdaş Azərbaycan Kültür Dərnəyi soydaşlarımızın yanında olub: “Həmin günlərdə karantin qaydaları səbəbi ilə geniş toplantılar keçirə bilməsək də, “zoom” üzərindən fəaliyyətimizi davam etdirdik. Ən əsası, həmin günlərdə İzmirdə yaşayan və sosial durumu ağır olan azərbaycanlı ailələrlə, xüsusilə də azərbaycanlı tələbələrlə sıx əlaqələr qurduq. Onların problemlərinin həlli üçün əlimizdən gələni etdik. Ümumiyyətlə, həm pandemiya, həm də Vətən müharibəsi günlərində dünya azərbaycanlıların birlik və bərabərliyinin şahidi oldu. Azərbaycanın daxilində olduğu kimi, xarici ölkələrdə də nümayiş etdirilən bu birlik və bərabərliklə xalqımız bir nümunə sərgilədi”.
Vətən müharibəsindən söz düşmüşkən, M.Qaraçanta ötən ilin iyulunda Ermənistanın növbəti təxribatlarına cavab olaraq İzmirdə də soydaşlarımızın bir araya gəldiyini bildirib. Qeyd edib ki, ÇAKD İzmirdəki digər Azərbaycan diaspor təşkilatları ilə birlikdə mühüm addımlar atıb. İzmirdəki diaspor təşkilatlarımız bu birlik və həmrəyliyi, həmçinin işğalçı Ermənistanın sentyabrın 27-də əl atdığı növbəti hərbi təxribatdan sonra bir daha bütün dünyaya nümayiş etdiriblər. Bununla bağlı bir sıra tədbirlər keçirilib: “Təbii ki, bütün bu atılan addımlar zamanı dövlətimizin, diaspor siyasətinin həyata keçirilməsində məsul olan təşkilat - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi də bizə əlavə güc verir. Onu da qeyd edim ki, İzmirdəki diaspor təşkilatlarımız birlik və bərabərlik içində müharibədən sonra həyata keçirilən işlərdə də ön sırada gedirlər. Belə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “YAŞAT” Marafonunda da fəal şəkildə iştirak etdik. Qəzetinizin yaratdığı imkandan istifadə edərək mən bir daha tarixi Zəfərimiz münasibətilə dövlətimizi və xalqımızı təbrik etmək istəyirəm. Bizə bu xoşbəxtliyi yaşatdığı, torpaqlarımızı düşmən işğalından azad etdiyi üçün başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla qəhrəman Azərbaycan Ordusuna özüm və təmsil olunduğum təşkilat adından bir daha təşəkkür edirəm. Eyni zamanda, Vətən müharibəsi zamanı Azərbaycanımıza verilən mənəvi-siyasi dəstəyə görə başda cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövlətinə və xalqına da dərin minnətdarlıq edirəm”.
Dövlətin diaspor işinə verdiyi hərtərəfli dəstəkdən güc alaraq fəaliyyətlərini davam etdirdiklərini deyən M.Qaraçanta son vaxtlar, daha doğrusu, 2018-ci ildən etibarən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində tətbiq edilən yeniliklərin, ümumilikdə, diaspor və lobbi quruculuğu işinə müsbət təsir göstərdiyini deyib: “Həm diaspor təşkilatlarının fəaliyyətində yeniliklərin tətbiqi, həm koordinasiyanın daha da gücləndirilməsi, həm də gənclərin diaspor işinə cəlb olunması bu istiqamətdə atılan mühüm addımlardır. ÇAKD olaraq bu addımları təqdir etməklə yanaşı, diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə düşən vəzifələrin öhdəsindən də layiqincə gəlməyə çalışırıq”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSiyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56

