Regionlarda müasir standartlara uyğun yeni məktəb binalarının tikintisi davam etdirilir
11.02.2020 [09:34]
2019-cu ildə ölkə üzrə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilib
(əvvəli 08 fevral 2020-ci il tarixində)
Həmçinin Xaçmaz rayonunun Xudat şəhərində 432 şagird yerlik ikimərtəbəli məktəb binası inşa olunur. Binada sinif otaqları, laboratoriyalar, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik yeməkxana olacaq. Telman Fərzəliyev adına Xudat şəhər 1 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisinə ötən ilin dekabr ayından başlanılıb. Hazırda binanın bünövrəsi və zirzəmisi inşa edilir.
Məktəbin direktoru Ayaz Mirzəyev bildirib ki, yeni təhsil müəssisəsinin inşası təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Əvvəlki bina 93 il öncə istifadəyə verildiyindən müasir tələblərə cavab vermirdi.
Üç korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. İş icraçısı Firudin Mehdiyev bildirib ki, məktəb binasının tikintisinin yeni tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.
Saatlının Orta Muğan kənd tam orta məktəbi üçün yeni ikimərtəbəli bina inşa olunur.
Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, pəncərələri yerləşdirilib. Hazırda binanın daxilində suvaq işləri aparılır, kommunikasiya xətləri çəkilir və digər zəruri işlər görülür.
Müasir arxitektura üslubunda inşa olunan 432 şagird yerlik təhsil ocağında tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılacaq. Binada 21 sinif otağı, 3 laboratoriya, tibb və hərbi otaq, idman zalı olacaq. Məktəb müasir istilik sistemi, yeni inventar və texniki avadanlıqlarla təchiz olunacaq. Binanın yeni dərs ilinədək istifadəyə verilməsi nəzərdə tutulub.
Bununla yanaşı, Sabirabadın Çığırqan kənd tam orta məktəbi üçün tikilən 96 şagird yerlik modul tipli məktəb binası istifadəyə verilib. Rayon təhsil şöbəsindən verilən məlumata görə, tikintisinə ötən ilin axırlarında başlanan binada 8 sinif, 1 müəllim otağı və kitabxana var. Məktəb binası müasir istilik sistemi, yeni inventar, texniki və əyani vəsaitlərlə təchiz olunub. Təhsilin yüksək səviyyədə aparılması üçün lazımi şəraiti olan modul tipli yeni bina artıq şagird və müəllimlərin istifadəsinə verilib.
Qeyd edək ki, hazırda məktəbdə 151 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur.
Ağdam rayon 122 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonu ərazisində quraşdırılan modul tipli bina da artıq istifadəyə verilib. Bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova, Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov müəllim, şagird və valideynləri binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
Bildirilib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 96 şagird yerlik məktəb 11 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb. Məktəb avadanlıq və inventarla təmin edilib.
Daha bir modul tipli bina isə Ağdam rayonunda istifadəyə verilib. Tikintidə iş icraçısı Taryel Ağamirzəyev bildirib ki, məktəb binası 8 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, yerə asfalt örtük döşənib. Məktəbin inventar və avadanlıqları da gətirilib. Həyətdə abadlıq işləri aparılıb, hasarlar çəkilib.
Bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Məktəbin direktoru Soltan Abbasov çıxışında bildirib ki, Təzəkənd kənd tam orta məktəbinin 1987-ci ildə inşa edilmiş binası 1993-cü ildə Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində dağılmışdı. Məktəb binası 2003-cü ildə bərpa edilsə də, 2016-cı ilin Aprel döyüşləri zamanı qəzalı vəziyyətə düşmüşdü. Məktəb üçün modul tipli binanın qurularaq istifadəyə verilməsi valideynlərin, müəllimlərin və şagirdlərin böyük sevincinə səbəb olub.
Mərasimdə bildirilib ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Belə məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqları sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.
Qeyd edilib ki, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülür, yeni məktəb binaları inşa olunur, mövcud məktəblər təmir edilir və ya yenidən qurulur. Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır.
Sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. Səksən şagird yerlik məktəb 8 sinif otağı, müəllimlər və direktor otaqları, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi, qaz və su xətləri çəkilib, nəzarət kamerası quraşdırılıb. Həyətində su çəni qoyulub, çirkab su anbarı tikilib, abadlıq işləri aparılıb, yerə asfalt örtük döşənib. Məktəb avadanlıq və inventarla təmin edilib.
Həmçinin sözügedən rayonda 122 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonu ərazisində quraşdırılan modul tipli bina da istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Zeynalov, təhsil şöbəsinin müdiri Mətanət Misirxanova, Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov müəllim, şagird və valideynləri binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıblar.
Tədbirdə söz alan pedaqoji kollektivin nümayəndələri və şagirdlər dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 96 şagird yerlik məktəb 11 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Məktəbə su, kanalizasiya xətləri çəkilib, istilik sistemi, nəzarət kamerası quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb. Məktəb avadanlıq və inventarla təmin edilib.
Ötən il Naxçıvan Muxtar Respublikasında da digər sahələrlə yanaşı, təhsil sahəsi üzrə də infrastruktur quruculuğu tədbirləri uğurla davam etdirilib.
Muxtar respublikada təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2019-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tədris kompleksinin yenidən qurulması, Şərur rayonunun Kərimbəyli kəndində 270, Xələc kəndində 360, Yeni Havuş və Xətai kəndləri üçün 120, Babək rayonunun Kültəpə kəndində 360, Şahbuz rayonunun Türkeş kəndində 66, Ordubad rayonunun Dəstə kəndində 900 şagird yerlik tam orta məktəb binalarının və Babək rayonunun Gülşənabad kəndində 144 şagird yerlik ümumi orta məktəb binasının tikintisi, Naxçıvan şəhərində 1140 şagird yerlik 5 nömrəli, Şərur rayonunun Muğanlı kəndində 224, Kəngərli rayonunun Böyükdüz kəndində 342 şagird yerlik tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılıb.
Şərur rayonunun Muğancıq Mehrab, Ordubad rayonunun Vənənd kəndlərində məktəb binalarının yenidən qurulması, Vənənddə uşaq musiqi məktəbi binasının tikintisi, Culfa Rayon Təhsil Şöbəsinin inzibati binasının yenidən qurulması davam etdirilib. Eyni zamanda, Naxçıvan şəhərində 200 yerlik 2 nömrəli uşaq bağçası binasının tikintisi başa çatdırılıb.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 17:24
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58

