/ / Ölkəmizdə baramaçılığın inkişafı kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib
Ölkəmizdə baramaçılığın inkişafı kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib
15.05.2019 [09:32]
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində regionlarda 2016-cı ildə 71 ton, 2017-ci ildə 244 ton, 2018-ci ildə isə 500 tondan çox yaş barama istehsal edilib
(əvvəli ötən sayımızda)
Rayonun Sarıtəpə kənd sakini Rahilə Xaşimova bildirib ki, bu sahədə onların da təcrübəsi var. “Eşidəndə ki, ipəkqurdu paylanılır, tərəddüd etmədən götürdük. Ötən il barama bəsləyib iki ədəd inək aldım, bu il isə baramaçılıqdan qazandığım pulla mal-qaramın sayını artıracağam”, - deyə kümçü bildirib.
Bu il İmişlidə isə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 225 qutu (4 min 275 qram) ipəkqurdu toxumu müqavilə bağlanılmış 156 kümçüyə paylanılıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il rayonda 10 ton 87 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasını möhkəmləndirmək məqsədilə son 3 ildə rayonda 67 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud tut bağlarına qulluq göstərilib.
Qeyd edək ki, respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər İmişli rayon baramaçılarının da bu sahəyə marağını xeyli artırıb. Ötən il kümçülər istehsal etdikləri baramanın hər kiloqramından 9 manat gəlir götürüblər.
Ötən il Füzuli rayonunda 37,5 ton barama istehsal edərək yetişdirilən məhsulun bəhrəsini görən kümçülər cari ildə daha çox məhsul istehsal etməyi qarşıya məqsəd qoyublar. Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Qax Damazlıq İpəkçilik Stansiyasından 1150 qutu (21 min 850 qram) ipəkqurdu toxumu gətirilərək baramaçılıqla məşğul olmaq istəyən 600-dək ailəyə paylanılıb. Cari mövsümdə 45 tondan artıq barama istehsalı nəzərdə tutulub.
Qeyd edək ki, bir neçə ildir Füzuli rayonunda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın bərpasına başlanılıb. 2016-cı ildə rayonda 4 ton, 2017-ci ildə 24,3 ton barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 130 min ədəd tut tingi əkilib.
Bir sıra rayonlarda ipəkqurdlarının kümçülərə paylanılması artıq başa çatıb
Builki mövsümdə Bərdə rayonunun kümçüləri isə min qutu ipəkqurdunun yemlənməsi ilə məşğul olacaqlar. İnkubasiyaya qoyulmuş ipəkqurdu toxumundan əldə olunan ipəkqurdlarının rayonun kümçülərinə paylanılması artıq başa çatıb. İpəkqurdu alan kümçülərin sözlərinə görə, stansiyada inkubasiya prosesi yüksək səviyyədə aparılıb və ipəkqurdlarının dirilməsi qənaətbəxşdir. Bu barədə Bərdə rayonunun kümçülərinə nəzarət üzrə mütəxəssis Şəmil Behbudov məlumat verib.
Mütəxəssis bildirib ki, bu il rayonda yaş barama istehsalının 40 tona çatdırılması qarşıya hədəf olaraq qoyulub. Ötən il isə bərdəli kümçülər 520 qutu ipəkqurdunun bəslənməsi ilə məşğul olub, emal müəssisəsinə 14,5 ton yaş barama təhvil veriblər.
Mütəxəssisin məlumatına görə, barama yetişdirəcək ailələrin şəraitinə əvvəlcədən baxış keçirilib, onlara lazımi məsləhətlər verilib, yemləmə otaqları müəyyənləşdirilib. İpəkqurdunun yemlənməsi prosesi zamanı otaqlardakı temperatur rejiminə daim nəzarət olunacaq.
Bərdəli mütəxəssis deyib ki, baramaçılığın inkişafına göstərilən yüksək dövlət qayğısı rayonun kənd adamlarının ürəyincədir. Ənənəvi sahələrin inkişaf etdirilməsi kəndlərdə işsizliyin aradan qaldırılmasına müsbət təsir göstərir. Belə ki, ötən il Bərdə rayonunda 220 ailə baramaçılıqla məşğul olurdusa, bu il kümçü ailələrinin sayı artaraq 350-ə çatıb.
Balakən rayonunda da ipəkqurdlarının rayonun kümçülərinə paylanılmasına başlanılıb. Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov bildirib ki, Çin Xalq Respublikasından ölkəmizə gətirilən sənaye toxumlarının 1075 qutusu aprelin 24-də Balakən rayonundakı keçmiş barama toxumu zavodunda inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdlarının rayonun kümçülərinə paylanılmasına başlanılıb. İki gün ərzində 100-dək kümçüyə 320 qutu və ya 6 kiloqram 80 qram ipəkqurdu paylanılıb. Kümçülərə ipəkqurdlarının paylanılması prosesi növbəti üç gün ərzində başa çatdırılacaq.
Elvin Səmədovun sözlərinə görə, builki mövsümdə Balakəndə yaş barama istehsalının ötən illə müqayisədə 13 tondan çox artırılaraq, 43 tona çatdırılması planlaşdırılır.
Respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla icra olunur
Baramaçılığın inkişafı ilə bağlı uğurlu nəticələrin qeydə alındığı rayonlardan biri də Zaqataladır. Dövlət dəstəyinin gücləndirilməsi rayonda da ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə müsbət təsir göstərir. Təsadüfi deyildir ki, son illər rayonda baramaçılığa maraq göstərən kümçü ailələrinin sayı xeyli artıb. Belə ailələrdən biri də Muxax kənd sakini Valeh Abdullayevin ailəsidir. Ailə ötən il 200 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub, tədarük məntəqəsinə 600 kiloqrama yaxın yaş barama təhvil verib. Kümçünün sözlərinə görə, ötən il baramaçılıqdan ailə büdcələrinə 5 min manatadək vəsait daxil olub. Ona görə də qərara alıblar ki, bu il yenə də baramaçılıqla məşğul olsunlar.
Mosul kənd sakini Şaiq Əlixanov isə bu il ilk dəfə 25 qram ipəkqurdu götürüb. O, cari ildə 60-70 kiloqram yaş barama istehsal etməyi qarşısına məqsəd qoyub. Kənd sakini baramaçılığın gəlirli sahə olduğunu vurğulayaraq deyib: “Hələ sovetlər dövründə Zaqatalanın kəndlərində ailələrin əksəriyyəti baramaçılıqla məşğul olurdu. Yaxşı haldır ki, bu ənənəvi sahə dövlətin dəstəyi ilə yenidən inkişaf etdirilir. Kümçü 30-40 gün əziyyət çəkir, əvəzində yaxşı gəlir götürür. Çox sərfəli sahədir. Yem bazası yaxşı olarsa, gələcəkdə 100 qram ipəkqurdu da götürmək istəyərdim”.
Ümumiyyətlə, builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 12 ton artırılaraq, 60 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 1500 qutu ipəkqurdu paylanılacaq. Əvvəlki illərdə olduğu kimi, bu il də kümçülərə paylanılacaq ipəkqurdları rayonun özündə yetişdirilib. Ölkəmizə gətirilən ipəkqurdu sənaye toxumlarının 1500 qutusu aprelin 24-də Zaqatala rayonundakı barama toxumu zavodunda inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti artıq başa çatıb və əldə olunan ipəkqurdlarının mayın 2-dən bölgü əsasında rayonun kümçülərinə paylanılmasına başlanılıb. Barama toxumu zavodunun direktoru Camal Köngülovun verdiyi məlumata görə, prosesin ilk günündə 190-dək kümçüyə 400 qutu və ya 7,6 kiloqram ipəkqurdu paylanılıb.
Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda uğurla həyata keçirilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 14 ton 100 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 20 ton barama istehsalı nəzərdə tutulub və bunun üçün 500 qutu (9500 qram) inkubasiya olunan ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.
Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiyalar rayonda bu sahəyə olan marağı ilbəil artırır. Ötən il rayon üzrə 169 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 234 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.
Qeyd edək ki, rayonda ipəkqurdunun yem bazasının möhkəmləndirilməsi üçün son 3 ildə 85 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib.
Zərdab rayonunda da bölgü üzrə 760 ailəyə 1750 qutu ipəkqurdu toxumu paylanılıb. Baramaçılıq bölgədə ənənəvi sahədir və cari mövsümdə bu işlə 3800 nəfər məşğul olacaq. Mütəxəssislər bu il 70 ton barama istehsal ediləcəyi qənaətindədirlər.
Qeyd edək ki, son illər rayonda baramaçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Kifayət qədər yem bazası da yaradılıb. Təkcə ötən il 1300 qutu (24700 qram) ipəkqurdu toxumu bəslənilib, 53 ton 880 kiloqram barama götürülüb ki, bu da respublikada ən yüksək göstərici olub.
Hazırda rayonda onlarla peşəkar kümçü var. Onlar da hər il barama tədarükündə yüksək nəticələrə nail olur, habelə öz peşələrini gənclərə həvəslə öyrədirlər. Belə kümçülərdən biri olan Namiq Aslanov kənd təsərrüfatının inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Saatlıda isə artıq üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 79 min tut tingi əkilib və digər zəruri tədbirlər həyata keçirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 140 ailə üzvü olan 35 kümçüyə 175 qutu (3 min 329 qram) baramaqurdu toxumu paylanılıb.
Çolpı kənd sakini Əbil Əhmədov bu mövsüm 4 qutu ipəkqurdu toxumu götürərək bəsləyir. “İkinci ildir ki, ipəkqurdu bəsləyirəm. Baramaçılıq rayonda yeni sahə olduğundan digər kümçülər kimi mən də ötən il işə tərəddüdlə başladım. İlk vaxtlar çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə işi sahmana saldım və yaxşı nəticə əldə etdim. 135 kiloqram barama istehsal edib, 1215 manat gəlir götürdüm. Bu mövsüm isə 5 qutu (95 qram) ipəkqurdu toxumu götürüb bəsləyirəm. Bu qədər toxumdan 200 kiloqramdan çox məhsul götürəcəyimə əminəm”, - deyə kümçü bildirib.
Aqşin ŞAHİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14

