Azərbaycanda regional sənaye quruculuğuna hər cür dəstək göstərilir
07.05.2019 [08:54]
Təkcə cari ilin birinci rübündə ölkə üzrə fəaliyyət göstərən sənaye parklarına 540 milyon manat sərmayə yönəldilib
(əvvəli ötən sayımızda)
Yuxarıda deyilənlərdən də göründüyü kimi, ölkədən ixracın genişlənməsində sənaye sektorunda buraxılan məhsulların xüsusi çəkisi böyükdür. Yeni sənaye müəssisələrində buraxılan məhsullar hesabına Azərbaycanın ixrac imkanları daha da genişlənəcək. Bu baxımdan respublikamızda uğurla reallaşdırılan “SOCAR Polymer” layihəsinin önəmini xüsusi qeyd etmək lazımdır. Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən ilk müəssisə - Polipropilen Zavodu 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə istifadəyə verilib. Layihə çərçivəsində növbəti müəssisə - Yüksəksıxlıqlı Polietilen Zavodu cari il fevralın 18-də işə salınıb. Haqqında bəhs olunan layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır. “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək. “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz artıracaq.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində cari ilin əvvəlində istifadəyə verilən “SOCAR karbamid” Zavodu da geniş ixrac imkanlarına malik olan müəssisədir. Dəyəri təxminən 800 milyon avro təşkil edən “SOCAR karbamid” Zavodunun istehsala başlaması azot gübrəsi idxalına ehtiyacı aradan qaldıracaq, bununla da ölkənin xarici valyuta xərcləri azalacaq. Eyni zamanda, istehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur ki, bu da ölkəyə hər il 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək.
Azərbaycan şərabları “Prowein 2019” beynəlxalq sərgisində uğurla təmsil olunub
İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə şərab və digər spirtli içkilərin istehsalı ilə məşğul olan 10 Azərbaycan şirkəti öz məhsullarını Almaniyanın Düsseldorf şəhərində təşkil olunan “Prowein 2019” beynəlxalq sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edib.
Azərbaycan şərabları sərgiyə gələnlər və idxalla məşğul olan şirkətlər tərəfindən maraqla qarşılanıb, ixraca dair müzakirələr aparılıb. Aparılan müzakirələrin nəticəsi olaraq, artıq “Abşeron Şərab” şirkəti öz məhsullarının Almaniyaya ixracına dair ilkin razılıq əldə edib. Bundan başqa, “Naiqin Ko-Tovuz Baltiya” və “Aspi Aqro” şirkətləri istehsal etdikləri şərabların Almaniya, Fransa və Niderlanda, “Şərq Ulduzu”, “Aqro-Azərinvest” şirkətləri isə Norveç, Almaniya və Çinə ixracına dair danışıqlar aparıb.
Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun təməli qoyulub
Cari il aprelin 19-da Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş” ASC-nin “Qartal” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtobus və yük avtomobilləri istehsalı zavodunun təməli qoyulub. Tədbirdə iqtisadiyyat naziri Şahin Mustafayev, İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Məlumat verilib ki, zavodda birinci mərhələdə 500 ədəd müxtəlif tutumlu avtobus, ikinci mərhələdə 1000 ədəd avtobus və yük avtomobili istehsal ediləcək. Birinci mərhələdə 100, ikinci mərhələdə isə 200 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihənin ümumi dəyəri 10 milyon avrodur. Birinci mərhələdə 6 milyon avro, ikinci mərhələ üzrə isə 4 milyon avro yatırılması planlaşdırılır. Zavodun tikintisi Hacıqabul Sənaye Məhəlləsində 5 ha ərazidə həyata keçiriləcək. Müəssisədə Avropa İttifaqı ölkələrinin istehsalı olan avadanlıqlar quraşdırılacaq. Sənaye Məhəlləsində avtobus və yük avtomobilləri istehsalı zavodunun fəaliyyətə başlaması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.
Tədbir iştirakçıları Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. İştirakçılara məlumat verilib ki, Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi sahəsi 10 min kvadratmetr olan 4 istehsal təyinatlı binadan, eləcə də 937 kvadratmetr ərazini əhatə edən inzibati və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati binası toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika, tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümumi dəyəri 60 mln. manatdan çox olan layihələr üzrə maşınqayırma, kompozit materialları, avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik qablar, tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Hazırda istehsal sahələrində avadanlıqların yerləşdirilməsi və istehsala hazırlıq işləri aparılır.
Sonra Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan və İran nümayəndə heyətləri arasında işgüzar görüş keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində Azərbaycan və İran prezidentlərinin siyasi iradəsini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb. Şahin Mustafayev qeyd edib ki, ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi ötən il 74%, 2019-cu ilin ilk 2 ayında isə 4,5 dəfə artıb. Nazir Şahin Mustafayev iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensial olduğunu qeyd edərək təməli qoyulan avtobus və yük avtomobilləri zavodunun növbəti uğurlu birgə layihə olacağına əminliyini vurğulayıb. İqtisadi əlaqələrin inkişafında sənayenin mühüm rol oynadığını bildirən Şahin Mustafayev sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının tərkibində sənaye üzrə işçi qrupunun yaradılmasının mümkünlüyünü bildirib.
İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani dost və qonşu ölkələr olan İran və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və imzalanmış sənədlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən İranın sənaye, mədən və ticarət naziri Reza Rəhmani Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli imkanlardan məmnunluğunu ifadə edib. Qeyd edilib ki, iki ölkə arasında sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var.
İşgüzar görüşdə iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir çərçivəsində “Azərmaş” ASC ilə İranın “Maral Trailer” şirkəti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddə “Maral Trailer” şirkəti tərəfindən ilkin mərhələdə distribütor olaraq 1 il ərzində 500 ədəd müxtəlif qoşquların Azərbaycanda satışının təşkili, sonrakı mərhələdə isə bu cür qoşquların Azərbaycanda istehsalı nəzərdə tutulur.
İndiyədək SEDA layihəsi çərçivəsində 30-dək yem emalı müəssisəsi istifadəyə verilib
Respublikamızın bölgələrində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi uğurla reallaşdırılır. İndiyədək layihə çərçivəsində ölkənin ayrı-ayrı rayonlarında 30-dək yem emalı müəssisəsi istifadəyə verilib.
Belə müəssisələrdən biri Füzuli rayonunun Alxanlı kəndində işə salınıb. Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev və SEDA layihəsinin nümayəndələri regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrasının, yem emalı müəssisəsinin istifadəyə verilməsinin aqrar sektorda mikro və kiçik sahibkarlığın inkişafında, heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətin genişləndirilməsində, yemə olan tələbatın ödənilməsində və məşğulluğun artırılmasında əhəmiyyətli olduğunu qeyd ediblər.
Yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub, müvafiq avadanlıqlar quraşdırılıb. Alxanlı ilə yanaşı, ətraf kəndlərdə yaşayan sakinlər də yem emalı müəssisəsindən istifadə edə biləcəklər.
Tədbirdə kənd sakinləri yemə olan tələbatın ödənilməsi, heyvandarlığın inkişafı baxımından yem emalı müəssisələrinin əhəmiyyətli olduğunu vurğulayıb, yaradılan şərait üçün dövlət başçısına minnətdarlıq ediblər.
Bəhs olunan layihə çərçivəsində həmçinin Quba rayonunun Talabıqışlaq, Qəçrəş və Zərdabi, Ağcabədi rayonunun Təzəkənd və Kəhrizli, Tərtər rayonunun Azad Qaraqoyunlu, Bərdə rayonunun Yeni Daşkənd kəndlərində və digər ünvanlarda yem emalı müəssisələri istifadəyə verilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

