Dövlət proqramlarının uğurlu icrası regionların inkişafını sürətləndirir
27.08.2016 [10:03]
Aran iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda bu ilin altı ayı ərzində təmir-tikinti, quruculuq-abadlıq işləri davam etdirilib
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikamızın sürətli inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Bütün bunlar isə ötən dövr ərzində qarşıya qoyulan məqsədlərə nail olunduğundan xəbər verir. O mənada ki, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Bu hədəfə çatmaq üçün isə ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Daha dəqiq desək, əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. Belə ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Bunun ardınca isə 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb.
Vurğulamaq lazımdır ki, bu ilin ilk altı ayında ölkəmizin Aran iqtisadi rayonuna daxil olan bir sıra şəhər və rayonlarda da mühüm yenidənqurma və abadlıq işləri görülüb. Məsələn, Ağcabədi rayonunda bu ilin birinci yarısında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar aparılan abadlıq-quruculuq işləri daha da sürətlənib, yeni iş yerləri açılıb, sahibkarlıq fəaliyyəti genişlənib. Dövlət proqramının icrası ilə əlaqədar Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun Şahsevən Təzəkənd kəndindən Minəxorlu kəndinə keçən hissəsində Qarqar çayı üzərində körpü tikilərək istifadəyə verilib, Sarvanlar kəndindən Bala Kəhrizli kəndinə keçən hissəsindəki körpü əsaslı təmir edilib. Hazırda rayonda üçmərtəbəli hotel binasının, Azərbaycan Respublikası Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin Ağcabədi Xidmət Mərkəzinin inzibati binasının, Olimpiya İdman Kompleksinin tikintisi işləri aparılır. Ağcabədi şəhərində sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun tikintisində son tamamlama işləri görülməkdədir. Eləcə də Ağcabədi şəhər 6 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılır. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi tikilib, ərazidə abadlıq-quruculuq işləri görülüb. Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun başlanğıcında tağvari giriş qapısının və Bayraq Muzeyinin tikintisi başa çatıb.
Aran iqtisadi rayonuna daxil olan başqa bir rayonda - Beyləqan rayonunda da bu ilin ilk altı ayında abadlıq-quruculuq işləri davam etdirilib. Rayon mərkəzinin küçələrinə asfalt örtük salınıb, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binası, Xaçınabad kənd tam orta məktəbi, kənd təsərrüfatı idarəsi, Toxum Müfəttişliyi və aqrokimya laboratoriyası üçün binalar tikilib istifadəyə verilib. Beyləqan şəhərində 240 yerlik məktəb binasının və 120 yerlik uşaq bağçasının tikintisi isə davam etdirilib. Rayonun İmamverdililər kəndində 180 yerlik tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir. Ötən dövr ərzində rayonun Türklər, Qaradağlı, Gödəklər, Bünyadlı, Sarı Su kəndləri qazlaşdırılıb. Hazırda Aşıqalılar, Əhmədli, Birinci Şahsevən, Yuxarı Çəmənli, İmamverdili kəndlərində daşıyıcı qaz xətlərinin çəkilişi davam etdirilir.
Bərdədə isə bu ilin ilk yarısında Əmirli, Dəymədağıldı kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulub, Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılıb. Hesabat dövründə 376 ədəd 10 kv-luq, 2981 ədəd 0,4 kv-luq yeni beton və metal dirəklər basdırılıb, 296 ədəd yeni sayğac quraşdırılıb, 21,845 km naqillər yenisi ilə əvəz edilib, 64,391 km SİP kabel çəkilib. İlk 6 ayda rayon şəbəkəsində 831 ədəd qüsurlu sayğac yeniləri ilə əvəz edilib, Qaradəmirçi yarımstansiyasında 3 ədəd KRN-10 vakuum açarı və rayon mərkəzində 9 ədəd yeni KTM quraşdırılıb, 108 ədəd 10/04 kv-luq transformator yarımstansiyası təmir edilib. Hazırda Canavarlı yarımstansiyasında Qapalı yarımstansiya quraşdırılır.
Hesabat dövründə 138 km müxtəlif diametrli qaz xətləri çəkilərək 10 kənd - Xəsili, Qazaxlar, Köbərkənd, Mollaisalar, Həsənli, Qaratəpə, Mehdili, Cumalar, Qazıqurdalı və Dəymədağıldı kəndləri qazlaşdırılıb. Hazırda 6 kənd - Lənbəran, Hacallı, Otuzikilər, Lək, Mollalı və Mustafağalı kəndləri qazlaşdırılır, 5 kəndin - Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlının qazlaşdırılması üçün tədbirlər görülür.
Biləsuvar rayonunda da bu ilin birinci yarısında tikinti, abadlıq və quruculuq sahələrində aparılan işlər davam etdirilib. Ölkə Prezidentinin Sərəncamı ilə 10 min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən uzunluğu 6 km olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində son tamamlama işləri aparılır. Bundan əlavə, Biləsuvar şəhərinin Nizami, Molla Hüseyn, Xaqani, S.Vurğun küçələrində ümumilikdə 4 km məsafədə asfalt-beton örtüklü yol tikilib, uzunluğu 1,5 km olan Cəlilabad küçəsində yol əsası tikilərək asfalt-beton örtüyün tikintisi üçün hazırlanıb.
Rayonda Elektrik şəbəkəsinin inzibati binası və Səmədabad kəndində Heydər Əliyev parkı tikilib istifadəyə verilib, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbələrinin inzibati binalarının tikintisində və rayon Mərkəzi xəstəxanasının əsaslı təmirində son tamamlama işləri aparılır. Bununla yanaşı, 480 yerlik Əsgərabad kənd tam orta məktəbinin əsaslı təmir işləri davam etdirilir. Biləsuvar şəhərinin içməli su sisteminin yenidən qurulması istiqamətində işlər başa çatdırılıb. Ötən dövr ərzində rayonun bütün yaşayış məntəqələri 100 faiz təbii qazla təmin edilib. Əlavə olaraq şəhər ərazisində 4420 metr, rayonun kəndlərində isə müxtəlif diametrli 8500 metr qaz xətləri yenisi ilə əvəz olunub, 1750 metr qaz xətti isə əsaslı təmir edilib. 87 ədəd qaz tənzimləyici şkaf və 350 ədəd müxtəlif diametrli siyirtmələr cari təmir edilib. 2016-cı ilin ilk 6 ayında rayonun ayrı-ayrı yaşayış məntəqələrində 1700 metr SİP kabel çəkilib, 210 ədəd elektrik dirəkləri quraşdırılıb, 10 ədəd elekrtik transformatoru təmir edilib, 10,2 km hava verlişi xətləri dəyişdirilib”.
Bu ilin birinci yarısında Hacıqabul rayonunda da mühüm işlər görülüb. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən Hacıqabul rayonunun mövcud iqtisadi potensialına uyğun olaraq çörək zavodunun, 2000 hektar sahədə iri fermer təsərrüfatının, 500 hektar sahədə intensiv nar bağlarının və 25 hektar sahədə istixana təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilib. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.
Hacıqabul şəhərinin M.Hüseynzadə küçəsinin kənarında 88 kubmetr bünövrənin betonlardan düzəldilməsi, 63,2 kv.metr mişar daşından 40 sm qalınlığında divarın hörülməsi, 585,12 kv.metr divarın ağlay daşı ilə üzlənməsi, 456 metr beton səki daşlarının qoyulması, 20,5 kv.metr tumbaların ağ-lay daşı ilə üzlənməsi işləri görülüb. Hacıqabul şəhərində Xətai küçəsində 4 və 5 saylı yaşayış binalarında 1003 kv.metr fasad divarın sement məhlulu ilə suvanması, 919 kv.metr divara torun vurulması, 170 kv.metr divarın ağlay daşı ilə üzlənməsi, H.Həmidov küçəsində 50 saylı yaşayış binasının damında 480 kv.metr metal vərəqənin, 1 saylı yaşayış binasının damında 1020 kv.metr metal vərəqənin, 49 saylı yaşayış binasının damında 620 kv.metr metal vərəqənin, Xəqani küçəsində 53 saylı yaşayış binasının damında 900 kv.metr metal vərəqlərin, Ə.Vahid küçəsində 43 saylı yaşayış binasının damında 360 kv.metr metal vərəqlərin yenisi ilə əvəz olunması işləri həyata keçirilib.
Eləcə də rayon mərkəzinin Nəsimi küçəsində 2400 kv.metr sahəyə, Şəhriyar küçəsində 2400 kv.metr sahəyə, Şirvan küçəsində 2700 kv.metr sahəyə, Ə.Şıxlinski küçəsində 1650 kv.metr sahəyə, A.Şaiq küçəsində 1375 kv.metr sahəyə, Savalan küçəsində 1650 kv.metr sahəyə, Dədə Qorqud küçəsində 1000 kv.metr sahəyə, R.Behbudov küçəsində 1000 kv.metr sahəyə, Bakı küçəsində 3795 kv.metr sahəyə qum-çınqıl qarışığından hamarlayıcı qat verilib. Şəhərin Nəsimi küçəsində 2115 kv.metr sahəyə, Şəhriyar küçəsində 2920 kv.metr sahəyə, Savalan küçəsində 130 kv.metr sahəyə 6 sm qalınlığında xırda dənəli asfalt-beton qarışığından örtük qoyulub.
Hacıqabul Elektrik Şəbəkəsi rayon ərazisində 3 ədəd 400 KVA, 4 ədəd 250 KVA yeni KTM-lər quraşdırılmasını həyata keçirib. 35 kv-luq hava xətlərində 22 ədəd istismara yararsız ağac dayaq yeni metal dayaqlarla, 49 ədəd izolyator yenisi ilə əvəz olunub. 10 kv-luq hava xətlərində 18 ədəd izolyator yenilənib. 6 kv-luq hava xətlərində 3 ədəd izolyator yenilənib, 24 ədəd istismara yararsız ağac dayaq yeni dəmir-beton dayaqlarla əvəz edilib. Bundan başqa, yarımstansiya, hava xətləri və transformatorlarda cari təmir işləri həyata keçirilib. Rayonun bütün yaşayış məntəqələrinin təbii qazla təminatı tam həyata keçirilib.
Aran iqtisadi rayonuna daxil olan Kürdəmir rayonunda da Dövlət Proqramına uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyinin Kürdəmir Xidmət Sahəsi tərəfindən cari dövrdə rayonun mövcud qaz alan yaşayış məntəqələrində təchizatın daha da yaxşılaşdırılması, normadan artıq qaz itkilərinin minimuma endirilməsi, payız-qış mövsümündə bütün kateqoriyalardan olan istehlakçıların təbii qazla fasiləsiz və stabil rejimdə təmin edilməsi istiqamətində və rayonun qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində əhəmiyyətli işlər görülüb. 2016-cı ilin II rübündə müxtəlif diametrli 252 p/m qaz xətti təmir olunub, xidmət sahəsində olan 176 ədəd qaz tənzimləyicilərinə və 303 ədəd siyirtmələrə hər ay texniki xidmət göstərilib, mənzillərə texniki baxış keçirilib və müqavilələrin yenilənməsi mütəmadi olaraq davam etdirilib. Rayonun Pirili, Axtaçı Qarabucaq, Dayıkazımlı, Beyi kəndlərində kodlaşma işləri davam etdirilir. Rayonun Qocalı, Türkədi, Xəlsə, Quşlar, Pirəköcə kəndlərində qaz sayğacları quraşdırılıb. Carlı və Köhünlü kəndlərində qaz sayğaclarının quraşdırılması davam etdirilir.
Rayonun elektirik enerjisi təchizatının yaxşılaşdırılması sahəsində 2016-cı ilin birinci yarısı ərzində 35/10 kv-luq Muradxan, Mollakənd, Pirili, Axtaçı yarımstansiyalarında cari təmir işləri aparılmış, şəhər ərazisində 2,5 km 10 kv-luq hava xətti və 4,5 km 0,4 kv-luq hava xətti yenidən qurulub, 520 ədəd smartkart tipli sayğac da quraşdırılıb. Qarasaqqal-Çöhranlı-Xirdapay-Şilyan kəndlərində istismara yararsız dayaqlar, izolyatorlar və naqillər yenisi ilə əvəz olunub, rayon ərazisində 12 ədəd yeni taransformator yarımstansiyası quraşdırılıb, 14 ədəd elektrik transformatoru əsaslı, 48 ədəd isə cari təmir olunub.
Dövlət proqramına uyğun olaraq 2016-cı ilin birinci yarısında Kürdəmir şəhər əhalisinə içməli su və çirkab suların axıdılması üzrə xidmətlərin yaxşılaşdırılması sahəsində müəyyən işlər görülüb. Heydər Əliyev və Bakı prospektləri, M.Ə.Sabir, İ.Məmmədov, Nizami küçələrindəki və Aran qəsəbəsindəki mərkəzi kanalizasiya xətti üzərindəki baxış quyuları lildən təmizlənib, sınmış qapaqlar dəyişdirilib, xəttin tutulmasının qarşısını almaq məqsədi ilə metal barmaqlıqlar qoyulub. Şəhərin Heydər Əliyev prospektində 13 ədəd, Koroğlu küçəsində 3 ədəd, M.Əzizbəyov küçəsində 2 ədəd, 20 Yanvar küçəsində 3 ədəd baxış quyusunun yanları betonlanaraq yararlı vəziyyətə gətirilib.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 2016-cı ilin 6 ayı ərzində rayonda tikinti-quraşdırma, yenidənqurma və abadlıq işləri yerinə yetirilib. Keçən müddət ərzində “TAC-2014” MMC tərəfindən rayonun Babək küçəsi 5 və 7 saylı 45 mənzilli, Aran qəsəbəsi 1,2,3 saylı 5 mərtəbəli, Aran qəsəbəsi 23,24,25,26, 30 və Heydər Əliyev prospekti 1/5, 1/7, 1/9, 1/50 və 1/68 saylı 2 mərtəbəli ictimai yaşayış binalarında 589 m2 dəmir-betonkəmər tökülüb, 17131 m2 mansart tipli kirəmit formalı metal vərəqələrlə dam örtüyü vurulub, 243 m2 metal plastik dam və blok pəncərələri qoyulub, 52 ədəd blok metal qapılar quraşdırılıb, 6366 m2 sahədə binaların fasad divarlarının suvağı sökülərək yenidən təmin olunub. Beşmərtəbəli yaşayış binalarının kürsü hissəsinə ağlay üzlük materialı vurulub, binaların pilləkən meydançalarına metlax döşənib, binaların ətrafına mozaik səki daşları düzülüb, binaların qarşısına asfalt örtüyü vurulub. Hazırda bu işlər davam etdirilir. Şəhərin Heydər Əliyev prospekti 1 və Bakı prospekti 5A saylı 2 mərtəbəli yaşayış binalarında əsaslı təmir işləri aparılır.
Aran iqtisadi rayonunun digər bir bölgəsində - Neftçala rayonunda bu ilin ilk yarısında Yuxarı Qaramanlı, Qırmızıkənd, Xolqarabucaq, Mürsəqulu, Dördlər-Xol, Xoltəzəkənd, Xolqaraqaşlı və Xəzərkənd kəndləri olmaqla 8 kənd təbii qazla təmin olunub. Eləcə də rayonda təmir, tikinti və abadlıq işlərinin görülməsi diqqət mərkəzində saxlanılıb. 2016-cı ilin 6 ayında rayon ərazisində tikinti işlərində əsas kapitala yönəldilmiş investisiyanın ümumi həcmi 10 milyon 702 min manat təşkil edib. O cümlədən tikinti-quraşdırma işlərinin həcmi 10 milyon 60,5 min manat yerinə yetirilib.
Azərbaycan Respublikası Prezidentinin “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” 02 fevral 2015-ci il tarixli 1011 nömrəli Sərəncamına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli 84s nömrəli Sərəncamına əsasən Neftçala şəhərində Dövlət Torpaq Fondu ərazisindən 10 (on) hektar torpaq sahəsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə icarə vermək hüquqi ilə daimi istifadəyə ayrılmış torpaq sahəsində tikinti işlərinin tamamlanması yönündə işlər davam etdirilir.
Uzunluğu 55 km 140 metr olan 21 yaşayış məntəqəsini əhatə edən, 37 min əhalinin yaşadığı Neftçala rayonunun Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunda tikinti işləri aparılıb, yolda nəzərdə tutulan 76 ədəd suötürücü borulardan 33 suötürücü boru tikilib, 36 km hissəsində yararsız qrunt torpaq çıxarılaraq yenisi ilə əvəz olunub, 7,0 km hissəsində torpaq yatağının təmiri başa çatdırılıb.
2016-cı ilin 6 ayında rayonda 24 min 200 ədəd ağac və gül kolları əkilib, Dövlət Sosial Müdafiə Fondunun Neftçala filialının və Kənd Təsərrüfatı Nazirliyinin “İnzibati Laboratoriya “ binasının tikintisi sona çatdırılıb, şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində şəhərin mərkəzi hissəsində yerləşən uzunluğu 3,7 km və sahəsi 34 hektar olan “Axmaz göl”ün təmizlənməsi və dərinləşdirilməsi işləri aparılıb. Neftçala şəhərinin giriş lövhəsi tikilib. Çoxmərtəbəli yaşayış binalarının fasad hissələrinin təmiri, bir çoxmərtəbəli yaşayış binasının dam örtüyünün əsaslı təmiri, iki minifutbol meydançasının tikintisi və quraşdırılması işləri aparılıb. Şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri aparılaraq, 17 min 286 kv.metr asfalt örtük döşənib.
Bundan başqa, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 2013-cü ilin avqust ayından Neftçala Mərkəzi Rayon Xəstəxanasında başlanılan əsaslı təmir işləri davam etdirilir. Neftçala şəhəri M.Ə.Sabir küçəsində başlanılan Neftçala avtovağzalının tikintisi də davam etdirilir.
Qeyd edildiyi kimi, məhz görülən işlərin nəticəsidir ki, ötən illər ərzində regionlarımızın siması yenilənir, müasir müəssisələr fəaliyyətə başlayır. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, görülən işlər regionların daha sürətli inkişafını təmin edir. Ötən 12 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra yeni sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir.
Bəli, ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret bu proqram və layihələrin rolu əvəzsizdir. Qeyd edildiyi kimi, hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturun və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib.
2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının uğurlu icrası ümumi inkişafımızla yanaşı, regionlarda abadlıq-quruculuq işlərinin də davamlılığına, yeni infrastrukturların qurulmasına yol açıb. Bu gün bölgələrimizdə tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilir, sosial obyektlər tikilir və əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
