Regionların sosial-iqtisadi inkişafında turizm sektoru mühüm rol oynayır
04.08.2016 [09:54]
Ölkəmizdə turizm sektorunun tərəqqisi istiqamətində genişmiqyaslı işlər həyata keçirilir
Son illər bütün sahələrdə tərəqqi əldə edən Azərbaycan öz inkişafına görə regionda xüsusi olaraq fərqlənir. Bunun əsasında duran əsas məqamlardan biri isə 2004-cü ildən etibarən ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla reallaşdırılmasıdır. Məlumat üçün bildirək ki, bu günə kimi iki proqramın icrası başa çatıb və hazırda 2014-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı da uğurla reallaşdırılır. Beləliklə, məhz bu proqramların icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir.
Ölkəmizin mövcud turizm potensialı beynəlxalq aləmdə tanınır
Bu məqamda qeyd edək ki, regionların sosial-iqtisadi inkişafında turizm sektoru da mühüm rol oynayır. Ümumiyyətlə, qloballaşan dünyada dövlətlərin gücü və qüdrəti, iqtisadi inkişaf potensialı bir sıra mühüm göstəricilərlə yanaşı, həm də turizm infrastrukturunun səviyyəsi ilə ölçülür. Turizmin strateji əhəmiyyətli sahə kimi nəzərdən keçirilməsi onun təkcə mənfəətli iqtisadi fəaliyyət növü olması ilə şərtlənmir. Müasir dövrdə turizmin inkişafı həm də təbliğati-siyasi mahiyyət daşımaqla hər bir dövlətin beynəlxalq arenaya çıxışını sürətləndirmək, coğrafi resurslarını, mövcud imkanlarını, mədəniyyətini təbliğ etmək, tanıtmaq vasitəsinə çevrilmişdir. Turizm sivilizasiyalararası dialoq prosesinə mühüm təkan verməklə ayrı-ayrı dövlətləri, xalqları bir-birinə daha da yaxınlaşdırır. Təqdirəlayiq haldır ki, son illər ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Turizmin inkişafı Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strateji kursu yeni dövrün tələblərinə uyğun davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin də xüsusi diqqət mərkəzindədir. Dövlət başçısı Azərbaycanda bu sahənin inkişafını regionların tarazlı və davamlı sosial-iqtisadi tərəqqisi, yeni iş yerlərinin açılması, infrastrukturun yenilənməsi, bölgələrin investisiya cəlbediciliyinin artırılması baxımından son dərəcə vacib sayır. Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında turizmin inkişafına xidmət edən kompleks tədbirlərin nəzərdə tutulması da məhz bu zərurətdən irəli gəlir. Proqramlarda respublikamızın bölgələrinin turizm potensialı düzgün qiymətləndirilib, bu sahədə həyata keçiriləcək tədbirlər konkret şəkildə əksini tapıb, yeni turizm obyektlərinin inşası üçün hökumətin maliyyə imkanlarından geniş istifadə edilməsi nəzərdə tutulub. Eyni zamanda, proqramlarda infrastruktur məsələlərinə, yolların bərpasına və çəkilişinə xüsusi diqqət ayrılması respublikamızda turizmin inkişafına ciddi təkan verir. Məlumdur ki, 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması Azərbaycanda bu sahəyə verilən önəmin göstəricisidir. Nadir təbiət gözəlliklərinə, zəngin tarixi keçmişə, bunu əks etdirən maddi mədəniyyət abidələrinə, əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu gün dünyanın diqqətini həm də böyük turizm potensialına malik bir ölkə kimi cəlb edir. Xalqımızın tarixən qonaqpərvər xüsusiyyəti ilə seçilməsi, son illər ərzində turizm sahəsində uğurla həyata keçirilən dövlət siyasəti, reallaşdırılan müvafiq layihələr bu müstəvidə Azərbaycana marağın daha da yüksəlməsinə gətirib çıxarıb.
Ölkəmizdə turizmin daha sürətli inkişaf etdirilməsi məqsədilə bu istiqamətdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, atılan addımlar dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə daha böyük turist axınını şərtləndirir.
Bölgələrdə beynəlxalq standartlara cavab verən turizm kompleksləri fəaliyyət göstərir
Beləliklə, turizm Azərbaycanın sosial-iqtisadi inkişafını şərtləndirən mühüm istiqamətlərdən biridir və iqtisadiyyatımıza əlavə gəlirlərin daxil olması baxımından həlledici rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2011-ci ilin “Turizm ili” elan olunması bu sahənin inkişafına, ölkənin turizm sənayesinin potensialının gücləndirilməsinə yeni perspektivlər açdı. Dövlətimizin başçısı İlham Əliyev qeyd edib ki, artıq Azərbaycanda turizmin inkişafı reallıqdır. Belə ki, Azərbaycan iki dünya sivilizasiyasının qovuşuğunda, Transqafqaz nəqliyyat dəhlizinin ortasında yerləşir ki, bütün infrastrukturlar - Avropanı Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən hava və dəniz daşımaları, magistral avtomobil və dəmir yolları burada cəmlənmişdir. Odur ki, turizmin inkişafı ölkəmizdə dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amili kimi nəzərdən keçirilir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən əlverişli coğrafi məkanda yerləşməsi, fərqli mədəniyyətləri və dünyagörüşlərini bir araya gətirən tolerant dövlət kimi tanınması, 800 kilometrdən artıq məsafədə dənizsahili zonaya, 12 iqlim qurşağından 9-na malik olması, habelə füsunkar təbiəti, qədim tarixi mədəniyyət abidələri, zəngin folklor nümunələri respublikamızın böyük turizm potensialından xəbər verir.
Digər tərəfdən, turizm üçün ən önəmli cəhətlərdən biri yalnız təbiətin gözəlliyi, havası, suyu deyil, onun baxmalı, görməli, tarixi-mədəni abidələridir. Bu baxımdan da Azərbaycanın hansı tərəfinə üz tutursansa, orada zəngin tarixi-mədəni irs mövcuddur. Naxçıvana gedəcəksən, orada orta əsrlərin yadigarı olan abidələri var, Qəbələyə gedəcəksən, erkən orta əsrlərdən, eradan əvvəldən tutmuş XIX yüzilə qədər ən müxtəlif dövrün tarixi-mədəni abidələrini görəcəksən. Şəkisi elə, Şirvanı elə, Lənkəranı elə, digər bölgələri elə. Bu cəhətdən Azərbaycanın ərazisi mədəni-ədəbi-tarixi sərvətlər nöqteyi-nəzərindən də turizm üçün geniş meydan açır.
Başqa bir amil də ondan ibarətdir ki, ölkədə turizmlə güclü əlaqədar infrastruktur yaranmalıdır ki, Azərbaycanda da bu istiqamətdə çox böyük işlər görülür. İndi Azərbaycanın ən müxtəlif guşələrində, bölgələrində beynəlxalq aeroportlar fəaliyyət göstərir, gözəl yollar, magistrallar salınır, mehmanxanalar, istirahət mərkəzləri yaradılır. Son illərdə ayrı-ayrı turist marşrutları üzərində yaradılan yüksək səviyyəli turizm obyektlərindən biri Qusar rayonu ərazisində yerləşən “Şahdağ” qış-yay turizm kompleksidir. Dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşən turizm kompleksinin ərazisi 2058 hektardır. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” qış-yay turizm kompleksi oxşar istirahət mərkəzlərindən bənzərsizliyi ilə fərqlənir və bütün ilboyu fəaliyyət göstərir. Eləcə də Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi, Naftalandakı “Chinar Hotel & SPA Naftalan” kompleksi, Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksi regionlarda turizmin inkişafını təsdiqləyən əyani faktlardır. Eləcə də Naxçıvan möcüzəsi adlandırılan “Duzdağ” ölkəmizin müalicəvi turizm obyektləri sırasında xüsusi yer tutur.
Hazırda Azərbaycan turizm sektorunun inkişafına görə 140 ölkə arasında 36-cı yerdə qərar tutur. Ölkəmizdə 250-dən çox turizm şirkəti və 570-dən çox yerləşdirmə obyektləri fəaliyyət göstərir. Son illərdə ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb. Bir sözlə, ölkəmizdə turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən və s.) inkişafı üçün geniş imkanlar mövcuddur.
Regionlarda əhalinin işlə təmin olunmasının həlli yollarından biri də turizmin inkişaf etdirilməsidir
Əlbəttə, turizmin inkişafından və perspektivlərindən danışarkən bu sahədə yüksək səviyyəli xidmətin təşkili məsələsinə də toxunmalıyıq. Bu baxımdan, ölkəmizdə turizmin çiçəklənməsi bu sahədə ixtisaslı kadr hazırlığını da aktual məsələyə çevirib.
Digər bir məsələ ilə bağlı qeyd etməliyik ki, Azərbaycan əməktutumlu ölkələrdən biridir. Ölkəmizdə əmək ehtiyatları çoxdur və bu əmək ehtiyatlarının işlə təmin olunması zaman-zaman həll edilməlidir. Bu gün Azərbaycan əhalisi 10 milyon nəfərə yaxındır. Regionlarda əhalinin işlə təmin olunmasının həlli yollarından biri aqrar bölmənin inkişafıdırsa, digər sahə isə turizm və istirahət biznesinin inkişaf etdirilməsidir. Azərbaycanın bütün şəraiti imkan verir ki, ölkəmizdə turizm iqtisadiyyatı inkişaf etsin. Bunun üçün lazımi addımlar atılır. Xüsusi vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının əhəmiyyətini dəfələrlə qeyd edib və bu burada turizmin inkişafını xüsusi vurğulayıb. Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxışında da turizmin inkişafının önəmini vurğulayıb: “Turizmin inkişafı daha sürətlə getməlidir. Xüsusilə, Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilmişdir. Bizim indi dünya səviyyəli kurortlarımız var - Şahdağ kurortu, Naftalan kurortu. Qəbələ beynəlxalq kurort mərkəzinə çevrilibdir və Qalaaltı müalicəvi kurort mərkəzidir. Naxçıvanda Duzdağ kurort mərkəzi yaradılıbdır. Sadəcə daha fəal olmalıyıq ki, turistləri cəlb edək. Burada vizaların sadələşdirilməsi işində əlavə tədbirlər görülüb ki, biz daha da çox turist axınını təmin edək”.
Beləliklə, ölkəmizdə turizm sektorunun inkişafı bütövlükdə ölkəmizin regionlarının sosial-iqtisadi inkişafı kontekstində böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, bu sektor bölgələrimizin inkişafının təmin olunmasında xüsusi önəm daşıyır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
