Azərbaycanın regionlarında heyvandarlıq intensiv metodlarla inkişaf etdirilir
27.07.2016 [09:49]
Bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir
Son illərdə dünyada yaşanan gərginliklər fonunda meydana çıxan qlobal çağırışlardan biri ərzaq təhlükəsizliyi ilə bağlıdır. Getdikcə daha ciddi şəkildə dərk olunur ki, ərzaq təhlükəsizliyi milli dövlətlər üçün strateji önəm daşıyır. Bu baxımdan Prezident İlham Əliyevin siyasi iradəsi əsasında Azərbaycanın regionlarında ərzaq məhsulları istehsalının genişləndirilməsi, ölkə üzrə ərzaq istehlakının bütünlüklə daxili istehsal hesabına təmin edilməsinə nail olunması istiqamətində ardıcıl surətdə həyata keçirilən tədbirlər böyük nikbinlik doğurur.
Son illərdə regionlarda kənd təsərrüfatının inkişafının güclü şəkildə dəstəklənməsi, intensiv metodların və dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin geniş tətbiqi sayəsində aqrar sektorda ərzaq məhsulları istehsalı əhəmiyyətli dərəcədə artıb. Artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib.
Regionlarda heyvandarlığın inkişafında yeni mərhələ başlayıb
Son illərdə respublikanın ərzaq təminatının daxili istehsal hesabına gücləndirilməsi ilə bağlı müəyyənləşdirilən strateji hədəfə uyğun olaraq regionlarda heyvandarlığın inkişaf etdirilməsi, ət və ət məhsulları istehsalının artırılması məqsədilə görülən çoxsaylı tədbirlər sırasında intensiv metodların tətbiqini xüsusi qeyd etmək lazımdır. “Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkədə müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində heyvandarlıqda damazlıq-seleksiya işləri xeyli yaxşılaşıb. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq heyvandarlıqda intensiv metodların tətbiqinə geniş meydan verilir. Ölkəyə yüksək məhsuldar heyvan cinsləri gətirilərək fermerlərə lizinq yolu ilə satılır. Xaricdən yüksək məhsuldar heyvanların alınmasına 2009-cu ildən başlanılıb. Gətirilən cins heyvanın qiymətinin 50 faizi dövlət tərəfindən ödənilir, digər 50 faizinin yarısı əvvəlcədən, qalanı isə 3 il müddətində “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ödənilir. Ümumilikdə, 2009-2015-ci illərdə respublikaya 18 min 252 baş cins heyvan idxal olunub. Bu heyvanların əksəriyyəti - 13 minə yaxını son üç ildə alınaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına paylanılıb. Respublikanın regionlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılması tədbirləri çərçivəsində həmçinin son vaxtlarda respublikaya Fransadan 624 baş şarole cinsindən olan ətlik istiqamətli damazlıq heyvan gətirilib.
Paralel şəkildə son vaxtlar respublikanın regionlarında süni mayalanmanın genişləndirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə silsilə tədbirlər həyata keçirilir. Qeyd edək ki, Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda Süni Mayalama Mərkəzi yaradılıb. Hazırda Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzinin (RSMM) yeni kompleksinin inşası başa çatmaq üzrədir. Mərkəzin layihələndirilməsində Türkiyə, Fransa, Almaniya və Niderlandın təcrübəsindən istifadə edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, RSMM ölkədə qaramalın çoxaldılması üçün damazlıq materialına olan tələbatı tam qarşılayacaq, həmçinin təlim-təkmilləşdirmə mərkəzi kimi də fəaliyyət göstərəcək. Bu məqsədlə mərkəzdə tədris otaqları, nümayiş sahəsi və təlim iştirakçılarının qalması üçün tədris mehmanxanası yaradılacaq. Hazırkı mərhələdə RSMM-in laboratoriyası, karantin izolyatoru və klinikası xüsusi təyinatlı avadanlıqlarla təchiz edilir. Laboratoriya avadanlıqları bu sahədə dünyada lider olan Fransanın “İMV technologies” şirkətinin istehsalıdır. RSMM-in istifadəyə verilməsi ilə maldarlıqda damazlıq işinin inkişaf etdirilməsi baxımından tam yeni yanaşma tətbiq ediləcək.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 iyun tarixli Sərəncamı ilə bu kompleksin tikintisinin tamamlanmasına, avadanlıq və qurğuların alınmasına və quraşdırılmasına 8,4 milyon manat sərf ediləcək. Qeyd edək ki, süni mayalanma nəticəsində alınmış inəklərdən ildə orta hesabla 3500-4000 kiloqram süd sağılır.
Ölkənin regionlarında heyvandarlığın inkişafında intensiv metodların tətbiqinin genişlənməsində və məhsuldarlığın artmasında bu sahədə normativ-hüquqi bazanın davamlı olaraq möhkəmləndirilməsinin böyük rolu var. Prezident İlham Əliyevin ötən il imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb.
İntensiv metodların tətbiqi sayəsində regionlarda mal-qaranın baş sayı və məhsuldarlıq artıb
Son illərdə ölkənin müxtəlif regionlarında yaradılan heyvandarlıq təsərrüfatlarında intensiv metodların tətbiqi sayəsində respublika miqyasında mal-qaranın baş sayı və məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Cari il iyulun 1-i vəziyyətinə ölkə üzrə 2 milyon 724,9 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 303,6 min baş inək və camış, 8 milyon 823,2 min baş qoyun və keçi mövcud olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin iyulun 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 16,7 min baş, o cümlədən inək və camışların sayı 2,3 min baş, qoyun və keçilərin sayı 15,8 min baş artıb. Hesabat dövründə diri çəkidə ət istehsalı 2,6 faiz artaraq 231,1 min ton, süd istehsalı 4,9 faiz artaraq 1010,7 min ton, yumurta istehsalı 5,4 faiz artaraq 821,9 milyon ədəd, yun istehsalı isə 3,4 faiz artaraq 15,9 min ton təşkil edib.
Ayrı-ayrı regionlar üzrə göstəricilər də nikbinlik doğurur. Son illərdə Tovuz rayonunda da mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Belə ki, rayonda 255 baş yüksək məhsuldarlıqlı cins inək və düyə bəslənilib, 189 baş heyvanda süni mayalanma aparılıb və 102 baş bala alınıb. Vaxtilə xaricdən lizinq yolu ilə alınmış damazlıq inəklərin rayonda artıq 3-cü nəsli yaranıb və onlar yerli şəraitə tam uyğunlaşmaqla öz məhsuldarlıqları ilə seçilir.
Rayon İcra Hakimiyyətindən bildiriblər ki, cari ildə də xaricdən 23 baş mal-qara alınıb gətirilərək ayrı-ayrı sahibkarlara verilib. Bundan əlavə, süni mayalanma işini zootexniki qaydalar əsasında təşkil etmək istiqamətində tədbirlər görülür. Yeni doğulan hər baş cins buzova görə 100 manat məbləğində subsidiyanın müəyyənləşdirilməsi də heyvandarlıqla məşğul olan fermerlərin bu sahəyə olan marağını artırıb.
Göygöl rayonunda isə heyvanların cins tərkibinin yaxşılaşdırılması və bu sahədə yüksək göstəricilərə nail olmaq məqsədi ilə heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə dəyərinin 50 faizini ödəmək şərti ilə 96 baş cins mal-qara satılıb.
İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görülən tədbirlər nəticəsində rayon üzrə cins mal-qaranın sayı 236 başa çatdırılıb. Həmçinin 189 baş mal-qara süni yolla mayalandırılaraq 170 baş cins bala alınıb. Hazırda Göygöl rayonunda iribuynuzlu mal-qaranın sayı 20 min 18 baş, xırdabuynuzlu mal-qaranın sayı isə 167 min 871 baş təşkil edir. Rayonda ötən ilin müvafiq dövrü ilə müqayisədə süd istehsalı 100,6 ton artaraq 12 min 940,8 tona, ət istehsalı isə 17,9 ton artaraq 2 min 257,3 tona çatıb.
Ağsu rayonunda cari ilin altı ayında ət istehsalı (diri çəkidə) ötən ilin müvafiq dövrünə nisbətən 14 ton artaraq 2450 tona, süd istehsalı 124 ton artaraq 57214 tona çatıb. Rayonda kənd təsərrüfatında aparıcı sahələrdən olan heyvandarlıqda mal-qaranın və davarların baş sayı da artıb. Hazırda bölgədə 40747 baş iribuynuzlu mal-qara, 164429 baş qoyun-keçi var.
Respublikada heyvandarlıq məhsulları ilə özünütəminat 100 faiz səviyyəsinə yaxınlaşıb
Statistikaya nəzər saldıqda görürük ki, bölgələrdə aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıq sahəsində daha yüksək olub. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda respublikada heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi belədir: mal əti - 92 faiz, qoyun əti - 99 faiz, quş əti - 98,6 faiz, süd və süd məhsulları - 80 faiz, kərə yağı - 60 faiz. 2015-ci ildə respublikada mal əti ilə özünütəminat səviyyəsi 2014-cü illə müqayisədə 5 faiz, qoyun əti üzrə 2 faiz, quş əti üzrə 0,6 faiz, süd və süd məhsulları üzrə 4 faiz və kərə yağı üzrə 8 faiz artıb. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, bundan sonra respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində daha yüksək artım baş verəcək. Yeri gəlmişkən qeyd edək ki, yerli istehsalın artması cari ilin birinci yarısında heyvandarlıq məhsullarının əksəriyyəti üzrə idxalın həcminin kəskin şəkildə azalması ilə nəticələnib. Kənd təsərrüfatı naziri Heydər Əsədovun verdiyi məlumata əsasən, idxalın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə ət və ət məhsulları üzrə 2,8 faiz, süd və süd məhsulları üzrə 15,7 faiz, iribuynuzlu heyvanların baş sayı üzrə 74,5 faiz, xırdabuynuzlu heyvanlar üzrə 94,2 faiz, damazlıq cücə üzrə 51,6 faiz azalıb. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ilin sonunda ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir. Mütəxəssislərin qənaətinə görə, respublikanın bölgələrində heyvandarlıqda intensiv metodların tətbiqi sayəsində məhsuldarlığı 5-6 dəfə artırmaqla hədəflənən nəticələrin əldə olunması tam realdır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
