Bölgələrdə taxıl biçini yüksək səviyyədə aparılır
16.07.2016 [09:30]
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin ərzaq təhlükəsizliyinin təminatında əsaslı rol oynayır
Müasir dünyada ərzaq təhlükəsizliyinin təminatı məsələsi bütün ölkələr üçün prioritet sayılır. Bu da səbəbsiz deyil. Belə ki, bir sıra beynəlxalq qurumların proqnozlarına əsasən, 2050-ci ildə dünyada ərzağa olan tələbat 2006-cı ildəki ilə müqayisədə 70 faiz artacaq. Buna görə də müasir dövrdə aqrar sektorun inkişaf etdirilməsi, ələlxüsus da ərzaq təhlükəsizliyinin təmini hər bir ölkə və xalq üçün ümummilli, strateji əhəmiyyət kəsb edir. Bu mənada Prezident İlham Əliyevin ölkənin ərzaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlaması və bu məqsədlə davamlı olaraq zəruri tədbirlərin həyata keçirilməsi nikbinlik doğurur. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.
Ölkənin etibarlı ərzaq təminatına nail olunmasında isə taxılçılıq sahəsi strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçün də yem bazası rolunu oynayır. Qeyd edək ki, son illərdə iri fermer təsərrüfatları daha yüksək məhsuldarlığa nail olur və ildən-ilə taxılçılıqda məhsuldarlığın səviyyəsi artır. Bu səbəbdən də respublikamızda taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına start verilib və proses davam etdiriləcək. İlkin mərhələdə taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılması 4 min 800 hektar torpaq sahəsini əhatə edib. Nəzərdə tutulan layihələr hesabına isə 30 min hektar ərazidə taxılçılıq üzrə iri fermer təsərrüfatları fəaliyyət göstərəcək.
Taxılçılıq təsərrüfatlarında məhsuldarlığın artırılmasında həmçinin intensiv metodların tətbiqi, yeni suvarma üsullarından geniş istifadə olunması, aqrotexniki qaydalara əməl edilməsi və bu qəbildən olan digər tədbirlər də mühüm rol oynayır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. Ekspertlərin qənaətinə görə, bu, kifayət qədər yaxşı inkişaf göstəricisidir. Müqayisə üçün bildirək ki, 2015-ci ildə ayrı-ayrı iri fermer təsərrüfatlarında taxıl tədarükü hər hektardan 55 sentnerə çatıb, orta məhsuldarlıq isə 30 sentner səviyyəsində olub.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində bununla bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev bildirmişdi ki, “Dövriyyəyə yeni torpaq sahələri verilməlidir. Dövlət infrastruktur layihələrini icra etməlidir. Biz özümüzü 100 faiz taxılla təmin etməliyik, 100 faiz. Qarşıya belə vəzifə qoyulur”.
Yeri gəlmişkən, taxıl biçimi dövründə hava şəraitinin əlverişli olmamasına baxmayaraq, bu il də rayonlarımızda yüksək göstəricilər əldə edilib. Bölgələrdə taxıl biçini yüksək səviyyədə aparılır. Məsələn, Kürdəmir rayonunda taxıl biçini başa çatıb və zəmilərdən 103 min 440 ton məhsul yığılıb. Bu ilin məhsulu üçün 40 min 198 hektarda taxıl yetişdirilib. Zəmilərin hər hektarından orta məhsuldarlıq 25,5 sentner təşkil edib. Rayonun bir sıra ərazilərində, o cümlədən Ərəbqubalı, Muradxan, Pirli, Şilyan, Qarasu və sair ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
Eləcə də, Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası mütəşəkkil qaydada davam etdirilir. Taxıl əkilmiş 12 min 221 hektar sahənin 10 min 539 hektarında biçin başa çatdırılıb, 31 min 880 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 31,2 sentner məhsul götürülüb. Tədarük olunan taxılın 21 min 718 tonu buğda, 10 min 162 tonu isə arpadır. Hələlik rayonun təsərrüfatlarında 1700 hektara yaxın biçilməmiş taxıl sahəsi var. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər. Taxıl biçininin iyulun 20-dək başa çatdırılacağı gözlənilir.
Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə də taxıl biçini yüksək sürətlə davam edir. Mövsümün əvvəlindən bu günədək rayonun təsərrüfatlarında 57 min 386 hektar sahənin taxılı biçilib, 150 min 429 ton məhsul istehsal olunub. Tədarük olunan taxılın 93 min tonu buğda, 57 min 429 tonu isə arpadır. Hər hektardan orta məhsuldarlıq 27 sentner təşkil edir.
Hələlik rayonun təsərrüfatlarında 10 min hektar biçilməmiş taxıl sahəsi qalıb. Fermerlər qalan məhsulun da sahələrdən itkisiz toplanması üçün bütün qüvvələri səfərbər ediblər. Hazırda sahələrdə 170 ədəd taxılbiçən kombayn işləyir. Havalar əlverişli keçəcəyi təqdirdə, biçin kampaniyasının iyulun 20-dək başa çatdırılması nəzərdə tutulub.
İsmayıllı rayonunda da taxıl əkən fermerlər bütün qüvvələrini mühüm strateji məhsulun yığımının tez və itkisiz başa çatdırılmasına səfərbər ediblər. Qeyd edək ki, bu il rayonda 29 min 300 hektarda taxıl yetişdirilib. Artıq 11 min 500 hektar zəmi biçilib. Hər hektardan orta məhsuldarlıq hələlik 31,5 sentnerdir. Lakin məhsuldarlığın artacağı gözlənilir. Mütəxəssislər bu il rayonda 100 min tondan çox taxıl istehsal olunacağı qənaətindədirlər. Əksər ərazilərdə, o cümlədən Qubaxəlilli, Kəlbənd, Mollaisaqlı ərazi vahidlərində, Nikitin adına kolxozda taxılçılar daha yüksək məhsul əldə edirlər. Hazırda hər gün zəmilərə 100-dən çox kombayn çıxarılır. Biçin kampaniyasının yaxın günlərdə yekunlaşdırılması üçün tədbirlər gücləndirilir.
Ucar rayonunda isə taxıl biçini uğurla başa çatıb və zəmilərdən 29 min 249 ton məhsul götürülüb. Vurğulayaq ki, cari mövsümdə 11 min 701 hektar ərazidə taxıl əkilib. Zəmilərin 6713 hektarını buğda, 4988 hektarını isə arpa təşkil edib. Taxıl istehsalı ötən ildəkindən 73 ton çox olub. Hər hektardan orta məhsuldarlıq isə 25 sentner təşkil edib. Taxıl biçininə 40 kombayn cəlb edilib. Rayonun daha çox taxıl əkilən Qaziyan, Qazqumlaq, Alpout, Yuxarı Şilyan və bir sıra digər ərazi vahidlərində biçin kampaniyası daha mütəşəkkil aparılıb və bu yerlərdə fermerlər, eləcə də torpaq mülkiyyətçiləri daha yüksək məhsuldarlığa nail olublar.
Qazax rayonunda da taxıl biçini uğurla davam etdirilir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 5132 hektar sahədə biçin işlərini yekunlaşdırıblar. Zəmilərin 2891 hektarını buğda, 2241 hektarını isə arpa təşkil edib. Buğdanın hər hektarında orta məhsuldarlıq 27 sentner, arpada isə 23,5 sentnerdir. Qeyd edək ki, qazaxlı fermerlər 7 min 820 hektar sahədə taxıl yetişdiriblər. Taxıl əkilən sahələrin 5559 hektarını buğda, 2261 hektarını isə arpa zəmiləri təşkil edir.
Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də taxıl biçinini başa çatdırıblar. 13 min 676 hektar taxıl sahəsindən 51 min 407 ton məhsul əldə edilib. Məhsulun 40 min 887 tonu buğda, 10 min 520 tonu arpadır. Hər hektarın məhsuldarlığı buğda sahələrində orta hesabla 39,3 sentner, arpa sahələrində isə 32,2 sentner olub. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Zərdab rayonunda da taxıl biçini kampaniyası itkisiz başa çatıb. Bu il rayonda 17 min 7 hektarda taxıl yetişdirilmişdi. Zəmilərin 10 min 665 hektarını buğda, qalanını isə arpa təşkil edirdi. Biçin kampaniyasına 30-dan çox kombayn cəlb olunub. Zəmilərdən 52,1 min ton məhsul götürülüb. Bu göstərici ötən ildəkindən 2251 ton çoxdur. Hər hektardan orta məhsuldarlıq da ötən mövsümdəkindən çox - 30,6 sentner olub. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Bıçaqçı, Körpükənd, Əlibəyli ərazi vahidlərində, Bəyimli qəsəbəsində daha yüksək məhsuldarlıq əldə edilib.
Yevlax rayonunun fermerləri və torpaq mülkiyyətçiləri də taxıl biçinini başa çatdırıblar. Zəmilərdən 30 min 933 ton məhsul əldə edilib. Məhsulun 18 min 95 tonu buğda, 12 min 838 tonu arpadır. Buğda sahələrində hər hektarın məhsuldarlığı orta hesabla 35 sentner, arpa sahələrində isə 26,2 sentner olub. Qeyd edək ki, bu mövsümdə rayonda 10 min 070 hektar taxıl becərilib. Bunun 5170 hektarı buğda, 4900 hektarı arpa əkinləridir.
Ağstafa rayonunda da taxıl biçini kampaniyası uğurla davam edir. Taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələrini səfərbər ediblər. Artıq fermerlər 1980 hektar sahədə taxıl biçinini yekunlaşdırıblar. Biçilən sahələrin 480 hektarını buğda, 1500 hektarını isə arpa sahələri təşkil edir. Buğda sahələrində orta məhsuldarlıq 31, arpa sahələrində isə 25,5 sentnerdir. Ağstafalı fermerlər 10 min 519 hektar sahədə taxıl əkiblər. Taxıl əkilən sahələrin 8686 hektarını buğda, 1833 hektarını isə arpa zəmiləri təşkil edir.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlər taxıl biçinini başa çatdırıblar. Zəmilərdən 4183 ton məhsul əldə edilib. Hər hektarda məhsuldarlıq orta hesabla 28 sentnerdir. Qeyd edək ki, laçınlı kənd təsərrüfatı istehsalçıları tərəfindən cari ilin məhsulu üçün Taxtakörpü ərazisində 212 hektar buğda, 1306 hektar isə arpa olmaqla, 1518 hektarda taxıl əkilib.
Pərviz SADAYOĞLU
Bölgələrdə taxıl biçini yüksək səviyyədə aparılır
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
