Azərbaycanın regionlarında ixrac tutumlu məhsulların istehsalı genişlənir
09.07.2016 [10:57]
2015-ci ildə ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib
Yeni iqtisadi şəraitdə Azərbaycan neft amilindən asılılığı aradan qaldırmağa, iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına yönələn ardıcıl tədbirlər həyata keçirir. Müəyyənləşdirilən vəzifələr neft gəlirlərinin azaldığı dövrdə də inkişafın ardıcıllığını qoruyub saxlamağa hesablanıb.Yeni iqtisadi şəraitin meydana çıxartdığı mühüm çağırışlardan biri isə ölkənin regionlarının potensialından geniş istifadə edilməsi, respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır.
bölgələrdə ixrac tutumlu məhsulların istehsalı diqqət mərkəzində saxlanılır
İndiki şəraitdə ölkənin aqrar sektorunda ixrac tutumlu məhsulların istehsalının genişləndirilməsi strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev istər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı, istərsə də Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqlərində ölkəmizin neft gəlirlərinin azalmasını aqrar sektorda ixrac tutumlu məhsul istehsalının artırılması, o cümlədən də pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı hesabına kompensasiya etməyin mümkün olduğunu bildirib. Həqiqətən də, Azərbaycanda bitkiçiliyin bu və digər sahələrini geniş inkişaf etdirmək və beləliklə də, xarici istehlak bazarlarında geniş şəkildə təmsil olunmaq, ölkəyə qeyri-neft sektorundan valyuta daxilolmalarını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində indiki şəraitdə ölkəmizə valyuta daxilolmalarının azalmasının kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya edilməsinin zəruriliyini diqqətə çatdırıb: “İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik”.
Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixrac tutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması bu kimi tədbirlər sırasındadır. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin qayğılarının, təklif və istəklərinin, habelə yerlərdə aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə işçi qrupu yaradılıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun rəhbərlik etdiyi işçi qrup indiyədək respublikanın müxtəlif regionlarında müşavirələr keçirib. Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların mütəxəssislərinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin, fermerlərin iştirakı ilə keçirilən müşavirələrdə ölkədə aparılan aqrar islahatlardan, dövlətimizin başçısının tapşırığı ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının, bu sahədə ixracyönümlü məhsul istehsalının genişləndirilməsi perspektivlərindən bəhs olunub.
Azərbaycanın regionlarında aqrar sektorda kifayət qədər yaxşı təcrübə və nəticələr qazanılmış sahələr sırasında pambıqçılığı, tütünçülüyü, baramaçılığı xüsusi qeyd etmək mümkündür. Son illərdə respublikanın bölgələrində yaradılan müasir infrastruktur, həmçinin aqrar sektorun zəruri texnika ilə təminatının gücləndirilməsi, yeni suvarma sistemlərinin yaradılması, genişmiqyaslı meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, toxumçuluğun inkişafına göstərilən diqqət ayrı-ayrı perspektivli sahələrdə məhsuldarlığın artırılmasına geniş imkanlar açır.
Regionlardan meyvə-tərəvəz ixracında ənənələr dirçəldilir
Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik və tərəvəzçilik mühüm rol oynaya bilər. Bəhs olunan istiqamətlərdə respublikamızın zəngin ənənələri var. Xatırlamaq yerinə düşər ki, keçmiş sovet dönəmində Azərbaycan bütün ittifaqın meyvə-tərəvəz bazası hesab olunurdu. Yeni iqtisadi şəraitdə Azərbaycanın meyvə və tərəvəz ixracı sahəsində ənənələrini dirçəltməyin vaxtı çatıb. Bu sahədə Azərbaycana üstünlük qazandıran həm də o amildir ki, ölkəmizi əhatə edən regionun istehlak bazarları əsasən geni dəyişdirilmiş məhsullarla doldurulub. Ölkəmizdə isə müxtəlif növ meyvələr və tərəvəz əsasən təbii şəraitdə yetişdirilir və yüksək keyfiyyəti ilə fərqlənir. Buna görə də Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan meyvə və tərəvəzinin satışı ilə bağlı heç bir problem yoxdur. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq 2015-ci ildə respublikamızdan 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Beləliklə, ölkəmizdən xarici bazarlara meyvə-tərəvəz ixracı əvvəlki illə müqayisədə 7,2 faiz artıb və ixracın həcmi idxalı dəfələrlə üstələyib.
Mütəxəssislərin qənaətinə görə, Azərbaycanın xarici bazarlarda artıq yaxşı tanınan tərəvəzlə və müxtəlif növ meyvələrlə təmsil olunması ölkəmizə valyuta daxilolmalarının artmasına müsbət təsir göstərəcək. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya və Ukraynaya ixrac edilir. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir. Rayonda bir neçə nar qəbulu məntəqələri fəaliyyət göstərir. “AzNar” QSC-nin nar qəbulu məntəqələri də artıq fəaliyyətə başlayıb. Müxtəlif çeşiddə nar, heyva, alma və üzüm şirələri istehsal edən “AzNar” zavodu hər il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya və İsrailə nar şirəsi ixrac edir. Azərbaycan xarici bazarlarda həmçinin Astarada, Lənkaranda yetişdirilən yüksəkkeyfiyyətli sitrus meyvələri, Quba alması və digər məhsullarla təmsil olunur. Respublikamızda tərəvəzçilik də ixrac yönümlü məhsul istehsalının genişləndirilməsi prinsipi əsasında inkişaf etdirilir. Son illərdə Şəmkir rayonunda və digər bölgələrdə fəaliyyətə başlayan aqroparklardan Rusiyanın istehlak bazarlarına getdikcə daha böyük həcmlərdə tərəvəz göndərilir.
Azərbaycanın emal sənayesində buraxılan məhsullara da xarici bazarlarda böyük tələbat var
Son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq aqrar sektora davamlı dəstək verilməsi sayəsində respublikanın müxtəlif bölgələrində çoxlu sayda meyvə-tərəvəz emalı müəssisələri yaradılıb. Bu sırada qabaqcıl müəssisələrdən biri “Gilan” Qəbələ Konserv Zavodudur. 13 hektar sahədə yerləşən Qəbələ Konserv Zavodu Cənubi Qafqazın ən böyük konserv zavodlarından biridir. Bu nadir müəssisə ildə 210000 ton meyvə şirəsi və nektar istehsal edir. Təxminən 70000 ton meyvə emal etmək gücündə olan zavod 100 çeşid məhsul istehsal edir. Müəssisənin istehsal etdiyi əsas məhsullar “Jalə”, “Bağdan”, “Zolotoy Sad”, “Aycan” brendləri altında satılır. Həmin məhsullar təkcə daxili bazarda yox, həm də ABŞ, Yunanıstan, Almaniya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Latviya və Gürcüstan da daxil olmaqla, müxtəlif ölkələrə ixrac olunur. “Lənkəran Konserv Zavodu” MMC Azərbaycanın cənubunda 2 hektarlıq ərazidə yerləşir. Zavod Padovan (İtaliya) şirkətinin öncül texnologiyaları ilə təchiz edilib və saatda 5 000 litr istehsal gücünə malik 2 xətti var. Məhsullar “Bağdan” ticarət nişanı ilə istehsal edilir. “Gilan Zeytun” MMC-də isə həm hazır zeytun, həm də zeytun yağı istehsal edilir. 2005-ci ildə əsası qoyulan şirkətin zeytun istehsalı Abşeron rayonunda 18000 zeytun ağacından ibarət 93,9 hektar sahəni əhatə edir.
Ümumiyyətlə, qısa müddətdə ölkəmizdə meyvə-tərəvəz emalı üzrə çoxlu sayda yeni istehsalatlar yaradılıb. Əlamətdar haldır ki, son illərdə respublikanın müxtəlif bölgələrində həm geniş plantasiyaları, həm də müasir emal müəssisələrini özündə birləşdirən təsərrüfatlar fəaliyyətə başlayıb. Məsələn, “Tovuz-Baltiya” şirkəti müasir avadanlıqlarla təchiz edilən emal müəssisələrində əsasən öz istehsalı olan meyvə-tərəvəzdən istifadə edir. Hazırda müəssisənin buraxdığı məhsullar daxili və xarici bazarlarda yüksək səviyyədə təmsil olunur. Eyni sözləri “Azərsun” şirkətinə də şamil etmək mümkündür. Bu şirkətin emal müəssisələrində buraxılan məhsulları - müxtəlif meyvə mürəbbələri, cemlər, zeytun yağları və tutmaları yüksək səviyyəli brend imici qazanıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
