Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Azərbaycanın regionlarında yeni infrastruktur layihələri həyata keçirilir

Azərbaycanın regionlarında yeni infrastruktur layihələri həyata keçirilir

22.06.2016 [10:09]

Təkcə 2016-cı ilin yanvar-may ayları ərzində ayrı-ayrı bölgələrdə 6340 kilometr uzunluğunda yeni qaz xətləri quraşdırılıb, 169 kilometr qaz kəməri əsaslı təmir edilib və 96 yaşayış məntəqəsi qazlaşdırılıb
Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi enerji təminatı məsələsində də özünü büruzə verir. Qeyd edək ki, ölkəmizdə istər qazlaşdırma, istərsə də elektrik enerjisi ilə təminat məsələsi artıq yüksək səviyyədə həyata keçirilməkdədir. Bu istiqamətdə əldə edilən uğurlara keçməzdən öncə qeyd edək ki, son illərdə həyata keçirilən uğurlu enerji siyasəti sayəsində ölkəmiz həm də qaz ixracatçısına çevrilib. Azərbaycanın təşəbbüsü, qonşu ölkələrin fəal iştirakı ilə “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə hesablanan “Cənub” qaz dəhlizi qlobal miqyasda yeganə yeni “mavi yanacaq” mənbəyi kimi respublikamızın önəmini əhəmiyyətli dərəcədə artırıb.
Ümumiyyətlə, son 12 ildə respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. “Azərbaycan Respublikasının yanacaq-energetika kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2014-2018-ci illərdə qaz təsərrüfatının yaxşılaşdırma və qazlaşdırma planı hazırlanıb. “Azəriqaz” İstehsalat Birliyinin (İB) bütün struktur təşkilatları bu sənədlərdə nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün səfərbər edilib və artıq proqram çərçivəsində xeyli iş yerinə yetirilib. Əvvəlki illərdə olduğu kimi, ötən il ərzində də əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası, qaz təchizatı şəbəkəsinin əsaslı təmiri kimi məsələlərə xüsusi diqqət yetirilib. İlk növbədə, qazlaşdırılma və qaz təminatının bərpası işləri genişmiqyaslı xarakter alıb və ölkənin bütün bölgələrini əhatə edib.
Eyni uğurlar elektrik enerjisi təminatında da əldə edilib. Belə ki, 2004-cü ildən etibarən bu sahədə ardıcıl surətdə həyata keçirilən tədbirlər sayəsində paytaxt Bakının və bölgələrin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 25 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Nəticədə 2400 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib.
Ümumiyyətlə, son 12 ildə ölkədə yeni enerji güclərinin yaradılması sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Eyni zamanda, son illərdə enerjinin abonentlərə çatdırılması sahəsində də əhəmiyyətli dönüş yaranıb. Aparılan texniki yenidənqurma və maddi-texniki təchizatın gücləndirilməsi sayəsində artıq Bakı şəhərində abonentləri ən çətin hava şəraitində belə yüksəkkeyfiyyətli enerji ilə təmin etmək mümkün olur. Prezident İlham Əliyev isə qarşıya bölgələrin də enerji təminatını Bakının səviyyəsinə çatdırmaqla bağlı vəzifə qoyub.
Yeri gəlmişkən, həm regionların mavi yanacaqla təminatı, həm də fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Vurğulamaq yerinə düşər ki, bu ilin yanvar-may ayları ərzində 6340 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 169 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-may aylarında 96 yaşayış məntəqəsi qazlaşdırılıb. Yalnız 2016-cı ilin may ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 11423 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2253-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 9170-i isə regionların payına düşür. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 909 513-ə çatıb. Onu da qeyd edək ki, bu ilin ilk altı ayı ərzində əhali sektoru üzrə 130682 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 359 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Yeri gəlmişkən, Şəkinin İnçə kəndinə ilk dəfə təbii qaz verilib. 331 abonenti olan kəndin birpilləli sistem əsasında ilk dəfə qazlaşdırılması zamanı təxminən 22,4 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və metal borulardan istifadə olunub, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bununla yanaşı, İmişli rayonunun da daha bir kəndinə ilk dəfə təbii qaz verilib. Rayonun Sarıxanlı kəndi ilk dəfə təbii qazla təmin edilib. 1212 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 78162 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Zərdabın Şəftəhal kəndinə də ilk dəfə təbii qaz verilib. 169 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 22540 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq bu il iyunun 16-da Cəlilabad rayonunun Əliabad kəndinə ilk dəfə təbii qaz verilib. Vurğulamaq lazımdır ki, Cəlilabadda da geniş quruculuq-abadlıq işləri, sosial layihələr həyata keçirilir. Hazırda Azərbaycan Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına 20 min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən 20 kilometrlik Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunda asfaltlaşdırma işləri sürətlə davam etdirilir, Cəlilabad şəhərinə içməli su xətti çəkilir, kanalizasiya şəbəkəsi yenidən qurulur. Həmçinin rayonda yeni məktəblər, səhiyyə ocaqları tikilib istifadəyə verilir, yaşayış məntəqələri qazlaşdırılır.
Analoji inkişaf elektrik enerjisinin təminatı sahəsində də əldə olunub. Belə ki, bu ilin may ayında “Füzuli” Su Elektrik Stansiyasında (SES) 4,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. 2016-cı ilin ilk beş ayında isə stansiyada elektrik enerjisi istehsalı 17,4 milyon kilovat-saatdan artıq olub. Ötən illərdə olduğu kimi, bu ildə də avadanlığın iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Stansiya dispetçer qrafikinə uyğun istismar edilir. İstehsal edilən elektrik enerjisi 110 kilovoltluq “Haramı” yarımstansiyası vasitəsilə respublikanın enerji sisteminə ötürülür. Burada da yay mövsümünə hazırlıqla əlaqədar yanğına qarşı təhlükəsizlik tədbirləri gücləndirilib.
Eləcə də “Şimal” RETSİ-də yenidənqurma işləri davam etdirilir. Belə ki, Şəbəkənin balansında olan 110/35/10/6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların böyük əksəriyyətinin kommutasiya dövrələri sazlanaraq mühafizələri yüksək həddə çatdırılıb. Hazırda Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazilərinə daxil olan Sumqayıt, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, Xızı Elektrik şəbəkələrində genişmiqyaslı yenidənqurma işləri aparılır. Elektrik şəbəkələrində 8 ədəd 35/10-6 kV-luq yarımstansiya inşa edilib. 58,15 km 2 və 1 dövrəli hava xətti çəkilib, 81 ədəd transformator təmir olunub, 165 ədəd 10/6-0,4 kV-luq KTM quraşdırılıb, 17 926 ədəd dəmir-beton dayaq basdırılıb. 646, 435 km uzunluğunda müxtəlif tipli elektrik xətləri çəkilib. Regionda 9055 ədəd yeni tipli sayğac da quraşdırılaraq istifadəyə verilib. 8641 ədəd dəmir-beton dayaq rənglənərək normal hala gətirilib. Görülən işlər istehlakçıların davamlı, etibarlı və təhlükəsiz elektrik enerjisi ilə təminatında böyük dönüş yaradıb.
Bundan başqa, yerlərdə tikilmiş yeni inzibati binalar da xüsusi əhəmiyyət daşıyır. Yeni ofislərdə abonentlərə xidmət ən yüksək həddə qurulub. “Şimal” RETSİ üzrə Siyəzən və Xızı rayonlarında yeni ofis binaları artıq tikilərək istifadəyə verilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan binalar energetika sahəsinin avadanlıqları ilə bərabər kompüter texnikası və internetlə təmin edilib. Burada elektrik şəbəkəsinin əməkdaşlarının asudə vaxtlarını rahat keçirmələri üçün hər cür iş şəraiti yaradılıb. İnzibati binaların ətrafında abadlıq işləri aparılıb və yaşıllıq zolağı salınaraq dekorativ ağaclar əkilib.
Qeyd edək ki, bu il ərzində “Şimal” RETSİ üzrə görüləcək işlər sırasında Siyəzən şəhərində 35/10 kV-luq 2x10 MVA gücündə yeni “Siyəzən “ YS-nın tikilməsi, 110 kV-luq “Siyəzən” YS-dan 3,5 km uzunluğunda 2 dövrəli 35 kV hava xəttinin çəkilməsi nəzərdə tutulub. Abşeron rayon, Saray qəsəbəsi YPX-nin yanında, 35x10 kV-luq 2x10 MVA gücündə “Saray” YS-nın, Şabran rayonu, Əmirxanlı kəndində 35/10 kV-luq 1x2,5 MVA gücündə “Əmirxanlı” YS-nın, Quba rayonu Afurca kəndində 35x10 kV-luq 1,8 MVA gücündə “Afurca” YS-nın tikintisi planlaşdırılıb. 35 kV-luq Siyəzən-Altıağac EVX-də yenidənqurma işlərinin aparılması nəzərdə tutulub. Qarşıdakı aylarda “Şimal “ RETSİ üzrə 144 ədəd 10/6-0,4 kV-luq KTM-lər quraşdırılacaq, 29 ədəd 6-10 kV-luq EVX-lərdə də yenidənqurma işləri aparılacaq.
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 1025 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30