Regionlarda aqrar sektorda məhsul istehsalının artımı istiqamətində ardıcıl tədbirlər görülür
30.04.2016 [09:22]
Aran iqtisadi regionuna daxil olan rayonların bu ilin birinci rübündə əldə etdiyi göstəricilər bölgələrdə aqrar sahənin inkişafının bariz sübutudur
Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlər həyata keçirilib və mühüm nəticələr əldə edilib. Belə ki, artıq respublika əhalisinin bir sıra ərzaq məhsullarına olan tələbatı 100 faiz daxili istehsal hesabına ödənilir. Dövlət başçısının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq yaxın perspektivdə ölkənin bütün pozisiyalar üzrə ərzağa olan tələbatının tam yerli istehsal hesabına ödənilməsi hədəf seçilib. Son illərdə respublikanın regionlarında aqrar sektorun inkişafına dövlət başçısı səviyyəsində güclü siyasi iradə nümayiş etdirilməsi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Dünya Bankının məlumatına əsasən, son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz təşkil edib. Azərbaycanda isə bu göstərici 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz bəndi artıq olub. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.
Eləcə də, Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Ötən il ölkə əhalisinin heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkədə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi yüksəkdir. Belə ki, artıq ölkəmizdə mal əti təminatı 92 faiz, qoyun əti 99 faiz, quş əti 98,6 faiz, süd və süd məhsulları 80 faiz, kərə yağı 60 faiz dərəcəsində daxili istehsalla təmin edilir. Əldə olunan nailiyyətlər onu deməyə əsas verir ki, cari ildə də respublikada ərzaq məhsulları ilə özünütəminat səviyyəsində artım baş verəcək. Ümumiyyətlə, bu sahədə qarşıya qoyulan hədəf 2016-cı ildə respublikanın heyvandarlıq məhsullarına olan tələbatının tam yerli istehsal hesabına ödənilməsinə nail olmaqdan ibarətdir.
Vurğulamaq lazımdır ki, ərzaq təhlükəsizliyi məsələsi dövlətin əsas prioritetlərindəndir və bu istiqamətdə atılan addımlar yaxın gələcəkdə ölkəmizin özünü ərzaqla tam şəkildə təmin edəcəyini deməyə əsas verir. Ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş toplantıda bildirib ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır: “Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək”.
Qeyd edək ki, ölkəmizin Aran iqtisadi rayonuna daxil olan bir sıra rayonlarda kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm nəticələr əldə edilib. Məsələn, Aran iqtisadi rayonuna daxil olan Hacıqabul rayonunda 2016-cı ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 44,8 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1762,8 min manat çoxdur. Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 66,8 faiz təşkil edib. Bu ilin 3 ayında kənd təsərrüfatı məhsulunun həcmi 23 227 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 14,2 faiz artım müşahidə edilib.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda aqrar islahatların uğurla həyata keçirilməsi kənd təsərrüfatının çoxsahəli inkişaf etdirilməsinə, bu sahədə qazanılan uğurları ilbəil artırmağa zəmin yaradır. Artıq rayonda bu ilin məhsulu üçün 13 793 hektar taxıl əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 924 hektar çoxdur. Bu sahələrin 7130 hektarını buğda, 6663 hektarını isə arpa əkini təşkil edir. İlin ilk rübündə 368 hektarda tərəvəz, 647 hektarda bostan, 40 hektarda kartof əkilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz əkini 3 hektar, bostan əkini 2 hektar, kartof əkini 2 hektar çox olub.
Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınıb. Hesabat dövründə süd istehsalı 3 ton artaraq 5036 ton, ət istehsalı 36 ton artaraq 2311 tona, yumurta istehsalı 10 236.0 min ədəd artaraq 86 679.0 min ədədə çatıb. İribuynuzlu heyvanların baş sayı 500 baş artaraq 38 012, xırdabuynuzluların sayı isə 854 baş artaraq 135 180 baş olub. “Aqrolizinq” vasitəsilə bu ilin birinci rübündə kənd əməkçilərinə 171,4 ton 70 faiz güzəştlə müxtəlif mineral gübrələrin satışı həyata keçirilib.
“Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının icrası olaraq Muğan, Padar qəsəbələrində və Qarasu kəndində torpaq sahələrinin suvarılmasını təmin etmək məqsədilə 2007-ci ildə tikintisinə başlanılmış 53,95 km uzunluğu və 6 kubmetr/saniyə su tutumu olan Hacıqabul Magistral Kanalının 28,1 km hissəsində və magistral kanaldan Padar qəsəbəsinə ayrılan 12,5 km-lik kanalda tikinti işləri başa çatıb. Bu kanal vasitəsilə Padar-Qarasu ərazisində 2000 hektara yaxın həyətyanı və əkin sahəsi suvarma suyu ilə təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli 64s nömrəli sərəncamına əsasən Hacıqabul rayonunun inzibati ərazisində 1625 hektar sahədə yaradılmış iri özəl taxılçılıq təsərrüfatının suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçirilir. Eyni zamanda, 400 hektara yaxın sahədə əkiləcək pambıq sahələrinin suvarma suyu ilə təminatı da bu kanal vasitəsilə həyata keçiriləcək.
Qeyd etmək lazımdır ki, rayonda kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə 500 hektardan çox sahədə pambıq əkilməsi nəzərdə tutulub. Artıq bu sahələrdə şum işləri yekunlaşdırılır, çiyid səpininə son hazırlıq işləri gedir.
Bundan başqa, İqtisadiyyat Nazirliyi tərəfindən Hacıqabul rayonunun mövcud iqtisadi potensialına uyğun olaraq 500 hektar sahədə intensiv nar bağlarının və 25 hektar sahədə istixana təsərrüfatlarının yaradılması məqsədəuyğun hesab edilib. Bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib. Rayonun Muğan qəsəbəsində sahibkarlar tərəfindən müasir istixana tikilib və tərəvəz məhsulları əkilib. Rayonun Meyniman kəndində də sahibkarlar tərəfindən 3 hektar sahədə müasir istixananın tikintisinə başlanılıb.
Aran iqtisadi rayonunun digər rayonunda - Kürdəmirdə isə taxıl istehsalının artırılması üçün tədbirlər davam etdirilib. Bu ilin məhsulu üçün ötən ilin payızında 13239 hektarda buğda, 26012 hektarda arpa olmaqla cəmi 39251 hektar sahədə taxıl əkilib. Taxıl əkilmiş 12000 hektardan çox sahədə ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb, 32400 hektardan çox sahəyə üzvi və mineral gübrələr verilib. Toxumluq taxıl sahələrinə fərdi qaydada qulluq göstərilməsi təşkil olunub.
Hazırda rayonda taxıl biçininə hazırlıq işləri görülür. Bu məqsədlə biçinə 64 kombayn hazırlanır və onların təmiri işləri aparılır. Rayonda taxıl biçinini vaxtında başa çatdırmaq məqsədi ilə kənardan əlavə 100-dən çox kombayn cəlb edilməsi üçün müqavilələr bağlanılır.
Rayonda artıq yazlıq əkinlərinə başlanıb. İlin birinci rübündə 1400 hektardan çox sahədə yonca səpilib, 1150 hektardan çox sahədə kartof əkini aparılıb, 1000 hektardan çox tərəvəz toxumu səpilib, 900 hektarda bostan bitkiləri əkilib. Yazlıq əkinlərin aparılması mütəşəkkil davam etdirilir.
2016-cı ildə pambıq əkini ilə əlaqədar olaraq rayonda 1844 ha sahədə pambığın əkilməsinə başlanılıb. Hazırda rayon ərazisində müvafiq yerlər ayrılıb və pambıq qəbul edəcək zavodla müqavilələr bağlanıb, şum işləri davam etdirilir. Barama istehsalı ilə əlaqədar müvafiq tədbirlər görülür, təkliflər hazırlanır. 1200 ha sahədə tut bağlarının salınması planlaşdırılır.
Qeyd edək ki, rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir. 2016-cı ilin birinci rübündə 4200 tonadək yüksək reproduksiyalı toxum istehsal olunub. Bundan başqa, 3000 hektardan çox plantasiya şəklində nar bağı salınıb, bu bağlardan 500 hektardan çoxunun müasir texnologiya ilə becərilməsi, damcılarla suvarılması təşkil olunub. Eləcə də, tərəvəzin örtülü qruntlarda yetişdirilməsi genişləndirilib, 6 hektarda müasir istixana qurulub, əlavə 7 hektarda xırda istixanalarda tərəvəz yetişdirilir. Üzümçülük və digər bitkiçilik məhsullarının istehsalı və emalının genişləndirilməsi sahəsində ardıcıl işlər aparılır.
Yeri gəlmişkən, “Aqrolizinq” ASC-nin rayonda aqrotexservis mərkəzi fəaliyyət göstərir ki, onun mexaniki dəstələrində 45 traktor, 16 kombayn, otbiçən, taxılsəpən, ümumilikdə 60-dan çox traktor, digər kənd təsərrüfatı maşınları və avadanlıqlarından istifadə olunur. “Aqrolizinq” ASC tərəfindən rayon servisinə əlavə kombaynlar və traktorların verilməsi nəzərdə tutulub. Pambıq istehsalı ilə əlaqədar lazimi texnikaların alınması istiqamətində işlər aparılır. Aqrotexservis Mərkəzi və digər şirkətlər tərəfindən istehsalçılara 1000 tondan çox güzəştli qiymətlərlə mineral gübrələr satılıb. Rayonda 5 özəl aqrotexservis mərkəzi yaradılıb və burada da 120-dən çox traktor, kombayn və digər kənd təsərrüfatı texnikalarından istifadə olunur. Fiziki və hüquqi şəxslər tərəfindən 242 ədəd traktor və digər kənd təsərrüfatı texnikası lizinqə götürülüb. Bunun nəticəsidir ki, rayonda kənd təsərrüfatı işlərinin optimal müddətlərdə görülməsi mümkün olur.
Kürdəmir rayonunda heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülür. Hazırda iribuynuzlu mal-qaranın sayı 64,1 min başı, qoyun-keçilərin sayı 131,8 min başı ötüb, heyvandarlıq məhsulları istehsalının dinamik artımına nail olunub. Bu ilin birinci rübündə 2060 ton ət, 9130 ton süd istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə rayon üzrə ət itehsalı 2,7 faiz, süd istehsalı 3,3 faiz və yumurta istehsalı isə 1,1 faiz artıb. Rayondakı “Kürdəmir Broyler” ATSC-nin fəaliyyəti genişləndirilib, damazlıq ana quşların sayı 16 min başa çatdırılıb, quş əti və yumurta istehsalı artırılıb.
Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində məqsədyönlü işlər görülür. Son hesabat dövründə 405 başadək iribuynuzlu mal süni mayalandırılıb, 121 baş cinsi yaxşılaşdırılmış bala alınıb. Lizinq yolu ilə alınmış 217 baş cins düyə artırılaraq 580 başa çatdırılıb, onların yüksək texnologiya ilə saxlanması təmin edilib.
Aran iqtisadi regionunun bir başqa rayonu olan Zərdabda rayon İcra Hakimiyyəti tərəfindən yaradılan xüsusi komissiyanın yerlərdə apardığı araşdırmalar nəticəsində ayrı-ayrı ərazilərdə istifadə olunmayan min hektarlarla torpaq sahəsi müəyyənləşdirilib. Hazırda bu ərazilərin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində tədbirlərə başlanılıb. İstifadəsiz qalan torpaqların əkin dövriyyəsinə qatılması nəinki kənd təsərrüfatı məhsullarının artımına səbəb olacaq, habelə 100 nəfərə qədər sakinin məşğulluğunu təmin edəcək.
Bu ilin ilk 3 ayında rayon iqtisadiyyatının əsas sahələrində 16 milyon 844 min manatlıq məhsul istehsal edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 milyon 69,7 min manat və ya 14 faiz çoxdur. Üç ayda mal-qaranın və davarların baş sayı artıb, heyvandarlıq məhsulları istehsalında proqnoz tapşırıqlar artıqlaması ilə yerinə yetirilib. Ötən ilin payızında əkilən 16 min 987 hektar taxıl sahəsinə aqrotexniki qulluq edilib və hazırda texnika biçinə hazırlanır.
Rayonda aqrar sektorda ənənəvi təsərrüfat sahələrinin, o cümlədən pambıqçılığın, bağçılığın və baramaçılığın inkişafı prioritet məsələrdən sayılır. Rayonda 3 min hektar torpaq sahəsinə malik iri fermer təsərrüfatının yaradılması nəzərdə tutulur ki, burada 2 min hektarda buğda, 1000 hektarda pambıq əkilməsi planlaşdırılır. Baramaçılığın inkişafı məqsədilə mövcud tut bağları bərpa edilərək, yeni bağlar salınacaq. Kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması istiqamətində ciddi tədbirlər həyata keçirilməsi nəzərdə tutulur.
Aran iqtisadi rayonuna daxil olan İmişli rayonunda da 2016-cı ilin birinci rübü ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib. Rayon üzrə mal-qaranın sayı 9322 başa, qoyunların sayı 253132 başa, quşların sayı isə 1515691 başa çatdırılıb. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qarada 1190 baş, qoyunlarda 5864 baş, quşlarda isə 89726 baş artım deməkdir. Ət istehsalı (diri çəkidə) 3075,5 ton, süd istehsalı 12328,1 ton, yumurta istehsalı isə 31900 min ədəd olub. Bu rəqəmlər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalında artım deməkdir.
İlin birinci rübündə 10783 hektar sahədə buğda, 6234 hektar sahədə arpa, 215 hektar sahədə kartof, 61 hektar sahədə bostan, 94 hektar sahədə tərəvəz, 178 hektar sahədə isə şəkər çuğunduru əkilib. Bu sahədə işlər davam etdirilir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün rayon telestudiyasının yaxınlığındakı 10 ha ərazidə yeni istixanaların inşa olunmasına başlanılıb, rayonda taxılçılğın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 4000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub. Həmçinin kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 ha torpaq sahəsi verilib. Bundan əlavə, 7 min hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət olunub.
Aran iqtisadi rayonuna daxil olan Bərdə rayonunda da bu ilin birinci rübündə 5061 hektar sahədə yazlıq bitkilər, o cümlədən 2680 hektar sahədə yazlıq yonca, 149 hektar sahədə kartof, 1538 hektar sahədə tərəvəz, 460 hektar sahədə şəkər çuğunduru, 191 hektar sahədə bostan bitkiləri, 27 hektar sahədə günəbaxan, 16 hektar sahədə dən üçün qarğıdalı əkilib. Ötən ilə nisbətən buğdanın əkin sahəsi 5 faiz, arpanın əkin sahəsi 2,9 faiz artırılıb. Həmçinin 2015-ci ilin payızında əkilmiş 12547 hektar taxıl, o cümlədən 9437 hektar buğda, 3110 hektar arpa sahəsinə aqrotexniki qaydada xidmət göstərilib.
Hazırda rayonda teniki bitkilərin, o cümlədən pambığın əkini üçün tədbirlər görülməkdədir. Cari ildə 4 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Artıq pambıq əkiləcək sahələr müəyyənləşdirilib, pambığın vegetasiya suvarılmasının vaxtında aparılması üçün tədbirlər həyata keçirilir. Qeyd edilməlidir ki, pambığın alış qiymətinin artırılması bu sahəyə meylin artmasına səbəb olub.
Bu ilin birinci rübündə rayona 71 baş ətlik-südlük və 19 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib. Heyvandarlığı inkişaf etdirmək üçün Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir. Rüb ərzində 2328 baş iribuynuzlu heyvan süni mayalandırılıb, süni mayalandırılmış heyvanlardan 599 baş bala alınıb. Eləcə də son hesabat dövründə qaramalın baş sayı 5,8 faiz, o cümlədən inək və camışların sayı 5,1 faiz, qoyun və keçilərin sayı 1,8 faiz artıb. Belə ki, rayonda mal-qaranın sayı 94,1 min başa, o cümlədən ana inək və camışların sayı 44,0 min başa, qoyun və keçilərin sayı 141,2 min başa çatdırılıb. Sürüdə mal-qaranın 47 faizini ana inək və camışlar təşkil edir.
Hesabat dövründə diri çəkidə 3584 ton ət, 16928 ton süd, 4,6 milyon ədəd yumurta istehsal edilib. 2015-ci ilin birinci rübünə nisbətən ət istehsalı 9,7 faiz, süd istehsalı 38,9 faiz, yumurta istehsalı 4,5 faiz artıb. Rüb ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 295,6 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilib.
Aran iqtisadi rayonunun bir başqa regionunda - Neftçala rayonunda da 2016-cı ilin birinci rübündə aqrar sahədə müsbət irəliləyişlər müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin birinci rübündə rayonda kənd təsərrüfatının ümumi məhsulu 5,6 faiz artaraq 11,9 milyon manat olub. Göstərilən dövrdə diri çəkidə 2697 ton ət, 5056 ton süd, 1 milyon 270 min ədəd yumurta istehsal olunub. 2016-cı ilin məhsulu üçün 46222 hektar sahəyə taxıl əkilib. 1500 hektar sahədə pambıq əkini nəzərdə tutulub.
Bitkiçilik sahəsindən yüksək məhsul götürmək məqsədi ilə meliorativ tədbirlərin həyata keçirilməsində müəyyən işlər görülüb. Bu ilin birinci rübündə rayon su və meliorasiya təşkilatları tərəfindən 223 km suvarma kanalları, 76,3 km kollektor-dren sistemi lildən təmizlənib, suvarma kanallarında 20 ədəd, kollektor-drenlərdə 49 ədəd hidrotexniki qurğular və nasos aqreqatları əsaslı və cari təmir edilib.
Heyvandarlığın inkişafı sahəsində müsbət irəliləyişlərə nail olmaqla 2016-cı ilin birinci rübündə iribuynuzlu mal-qaranın baş sayı 43 min başa, qoyun və keçilərin baş sayı 139 min başa çatdırılaraq ötən illə müqayisədə müvafiq olaraq 349 və 646 baş artıb.
Göründüyü kimi, milli təhlükəsizlik strategiyası kontekstində müəyyən olunmuş prioritetlərdən olan ərzaq təhlükəsizliyinin təmin olunması məsələsi ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birinə çevrilib. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verdiyi üçün bu məsələ hər zaman diqqətdə saxlanılmağa ehtiyac duyur. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür və mühüm nəticələr əldə edilməkdədir. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal və satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı özünəməxsus, müstəsna əhəmiyyət kəsb edir və ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur. Kənd təsərrüfatının istər ənənəvi, istərsə də yeni sahələri bölgələrdə maraqla qarşılanır. Yerli sahibkarlara yaradılan şərait isə bir daha dövlətin vətəndaşların sosial rifahının yüksəldilməsinə göstərdiyi qayğının bariz sübutuna çevrilir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
