/ / Regionların sosial-iqtisadi inkişafı həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
Regionların sosial-iqtisadi inkişafı həyata keçirilən dövlət siyasətinin əsas prioritetlərindəndir
16.02.2016 [10:10]
Dövlət proqramları çərçivəsində aparılan abadlıq-quruculuq işləri, infrastrukturların yenilənməsi bölgələrdə əhəmiyyətli dəyişikliklərə yol açıb
Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.
Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Öz fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etdi. Və bu hədəfə çatmaq üçün ötən dövrdə regionların sosial-iqtisadi inkişafına dair 2 çoxşaxəli Dövlət Proqramı uğurla həyata keçirilib. Eyni zamanda, hazırda 3-cü Dövlət Proqramı icra olunmaqdadır. Əksər ekspertlərin də vurğuladıqları kimi, 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. O da qeyd edilməlidir ki, məqsədyönlü və səmərəli fəaliyyət nəticəsində 2004-2008-ci illəri əhatə edən ilk Dövlət Proqramında qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca isə 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Və həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsal və emal potensialı gücləndirildi.
Hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Digər tərəfdən, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, yeni infrastrukturun qurulmasına, eləcə də regionlarda abadlıq və quruculuq işlərinin sürətləndirilməsinə zəmin yaradıb. Ötən illər ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi, o cümlədən Sumqayıtda texnologiyalar və tekstil parkları, Naxçıvanda sement, mərmər və avtomobil, Qazaxda sement, Gəncədə alüminium, Goranboyda gips və gips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqlar, Sumqayıtda kağız emalı, bitki yağları, günəş panelləri, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Gədəbəy və Daşkəsəndə qızıl emalı, Oğuzda qarğıdalı emalı və qlükoza, İmişlidə şəkər, bitki yağları və qarışıq yem zavodları, Masallıda mebel fabriki, yüzlərlə tikinti materialı, mebel, emal, çörək zavodu və digər müasir müəssisələr fəaliyyətə başlayıb. Yuxarıda sadalananlardan da bəlli olduğu kimi, istifadəyə verilən obyektlərin böyük əksəriyyəti regionlarda fəaliyyət göstərir. Yəni ötən 12 ildə respublikada açılan yeni iş yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır.
Dövlət Proqramının uğurlu icrası ümumi inkişafımızla yanaşı regionlarda abadlıq-quruculuq işlərinin də davamlı şəkil almasına şərait yaradıb
Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası ilk növbədə sosial məzmunu ilə fərqlənir. Düşünülmüş səmərəli siyasət sayəsində sosialyönümlü layihələrin və proqramların həyata keçirilməsinə, eləcə də infrastrukturların yenilənməsinə geniş imkanlar açılıb. Ölkəmizin ümumi sosial-iqtisadi inkişafını şərtləndirən əsas amillər sırasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret bu proqram və layihələrin rolu əvəzsizdir. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Regionların sosial-iqtisadi inkişafını özündə ehtiva edən birinci və ikinci Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi, xüsusilə də, rayonlardakı mövcud sosial infrastrukturun və kommunal xidmət sektorlarının tam yenidən qurulması artıq qarşıdakı illər üçün başqa hədəflər üzrə tədbirlərə yol açıb, sürətlə inkişaf edən Azərbaycanın qarşısında yeni proqressiv meyillərə uyğun sosial-iqtisadi vəzifələr yaradıb. Yəni regionlarda elektrik enerjisi, qaz, su, kanalizasiya, yol və digər sosial infrastrukturların yaradılması başa çatdırıldıqdan sonra əsas məqsədlər birbaşa rayonların iqtisadi potensialının səfərbər edilərək tam hərəkətə gətirilməsinə yönəldilib.
Qeyd edildiyi kimi, 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramının uğurlu icrası ümumi inkişafımızla yanaşı regionlarda abadlıq-quruculuq işlərinin də davamlı şəkil almasına, yeni infrastrukturların qurulmasına yol açıb. Bu gün bölgələrimizdə tikinti, abadlıq və quruculuq işləri uğurla davam etdirilir. Sosial obyektlər tikilir və əsaslı təmir olunur, infrastruktur layihələri həyata keçirilir, yaşıllıqlar salınır.
Məsələn, ötən il Salyan şəhərində 5 mərtəbəli biznes mərkəzinin, YAP Salyan rayon təşkilatının, 50 çarpayılıq ağciyər xəstəlikləri xəstəxanasının yeni binaları, Peyk kəndində 220 yerlik yeni məktəb binası istifadəyə verilib. Seydan kəndində 132 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb. Salyan şəhərini Babazanlı yaşayış massivi ilə birləşdirən körpünün inşası başa çatdırılıb, şəhərin 7 küçəsi asfaltlanıb, 8 kommunal binanın, 7 məktəbin dam örtüyü əsaslı təmir olunub. Ərazi kənd təsərrüfatı idarəsi və rayon prokurorluğunun inzibati binalarının tikintisi davam etdirilir.
Abadlıq-quruculuq işləri, infrastrukturların yenilənməsi Göyçay rayonunda da davam etdirilib. YAP Göyçay rayon təşkilatı, gənclər mərkəzi, regional kənd təsərrüfatı idarəsi, bayraq muzeyi və uşaq-musiqi məktəbi, Qızılağac və Alpout kəndlərində həkim məntəqələri üçün yeni inzibati binaların tikintisi, Heydər Əliyev Mərkəzinin qarşısında müasir parkın salınması, “Göyçay-1” SES-in inşası, Göyçay Rayon Mərkəzi Xəstəxanasının, şahmat məktəbinin, Regional Peşə Tədrisi Mərkəzinin əsaslı təmiri işləri yekunlaşıb. Muğanlı-Yevlax magistral avtomobil yolunun Göyçay rayonu ərazisindən keçən hissəsinin tikintisi tamamlanıb, Göyçay-Ucar avtomobil yolu əsaslı təmir edilib, Mallışıxlı-Ərəbşahverdi, Müskürlü-Qəbələ Müskürlü, Qarabaqqal-Hacalıkənd kəndlərarası avtomobil yolları asfaltlanaraq istifadəyə verilib.
Bölgələrimizdə sosial tipli infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülüb
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət ölkəmizdə sosial həyatın yüksəldilməsində əhəmiyyətli rol oynayıb. Sosial müdafiəyə ehtiyacı olan insanların qayğı ilə əhatə edilməsi, eləcə də əlillərin və şəhid ailələrinin ev təminatının yaxşılaşdırılması yönümündə tədbirlər davamlı şəkil alıb. Bundan başqa, bölgələrimizdə sosial tipli infrastrukturun yenilənməsi istiqamətində mühüm işlər görülüb.
Ötən bir ildə regionlarda 39 məktəb, 37 bağça, 55 səhiyyə, 13 gənclər və idman, 33 mədəniyyət obyekti tikilib və ya əsaslı təmir olunub. Məcburi köçkünlər üçün 5 yeni yaşayış kompleksi salınıb, 3 min ailənin və ya 15 min məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verilib,
Yeri gəlmişkən, ötən il Tərtər rayonunun rayon mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının və Qapanlı kəndində tibb məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilib, Gülabatlı kənd körpələr evi-uşaq bağçası əsaslı təmir edilib. Tərtər şəhərində 3 ədəd beşmərtəbəli, 4 ədəd ikimərtəbəli yaşayış binasının dam örtüyü yenidən qurulub.
Eləcə də rayon mərkəzinin Heydər Əliyev prospektində 1300 metr yüksək gərginlikli hava xəttinin SİP kabellə yeraltı çəkilişi başa çatdırılıb. M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilib, M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınıb. F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılıb, ümumi uzunluğu 3,5 kilometr olan istinad divarları 7000 kvadratmetr aqlay və bəzək daşları ilə üzlənib. Rayon ərazisindəki yol kənarlarında və yaşayış məntəqələrində 26 mindən çox müxtəlif növ ağac və gül kolları əkilib, 5000 kvadratmetr yaşıllıq salınıb.
Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 ədəd fərdi evin tikintisi, “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası uğurla davam etdirilir. Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni parkın salınması üçün hazırlıq işləri görülür.
Regionlarda elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib
Vurğulandığı kimi, regionların sosial-iqtisadi inkişafını təmin edən Dövlət proqramları bölgələrdə iqtisadi potensialın artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Sonuncu dövlət proqramının arxada qalan bir illik dövründə regionların inkişafına bütün mənbələr hesabına 3,6 milyard manat vəsait yönəldilib. O cümlədən şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və bir sıra mühüm layihələrin icrası ilə bağlı ölkə Prezidenti tərəfindən imzalanan sərəncamlarla 169 milyon manat vəsait ayrılıb.
Dövlət proqramının son bir illik dövründə regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri davam etdirilib. İl ərzində 400 kilometrdən artıq ölkə və yerli əhəmiyyətli avtomobil yolu, 12 yeni körpü və yolötürücüsü tikilib və ya təmir olunub. Kənd yollarının tikintisi davam etdirilib, əhalisi 351 min nəfər olan 245 yaşayış məntəqəsini birləşdirən 590 kilometrdən artıq kənd yolu çəkilib.
Bundan başqa, regionlarda 2 elektrik stansiyası istifadəyə verilib, 1289 transformator və 20 yarımstansiya quraşdırılıb və ya təmir olunub, 8200 kilometrdən artıq elektrik və 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, qazlaşdırma səviyyəsi 90 faizə, o cümlədən regionlar üzrə 80 faizə çatıb.
Eyni zamanda, su təchizatının yaxşılaşdırılması işləri davam etdirilib, əhalisi 175 min nəfər olan 4 şəhərdə su təchizatı layihəsi başa çatıb, regionlarda 750 kilometr su, 391 kilometr kanalizasiya xətti çəkilib, 125 minə yaxın əhalisi olan 58 yaşayış məntəqəsində modul tipli təmizləyici qurğular quraşdırılıb, əhalisi 630 min nəfərə yaxın olan 34 şəhər və rayonun 241 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılıb.
Yeri gəlmişkən, Xaçmaz rayonunda da yaşayış məntəqələrinin sel sularından mühafizəsi məqsədilə çayların kənarında mühafizə bəndlərinin inşası davam etdirilir. Hazırda rayon suvarma sistemləri idarəsi tərəfindən Qudyalçayın Mollaburhan kəndi yaxınlığından keçən hissəsində bəndvurma işləri görülür. Bu ərazidə çayın məcrası genişlənərək yaxınlıqdakı təsərrüfat sahələri üçün təhlükə yaradıb. Burada inşa edilməkdə olan dəmir-beton mühafizə bəndinin uzunluğu 200, hündürlüyü isə 7 metr olacaq. Bənd tikildikdən sonra çayın ətrafındakı ərazilər daşqın və sel sularından tamamilə qorunacaq. Bənd-sahilbərkitmə işləri mart ayında yekunlaşacaq.
Daşkəsən rayonunda isə şəhərin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi, çirkab sutəmizləyici qurğunun layihələndirilməsi işlərinin icrasına başlanılıb. İşlərin icrası iki mərhələyə bölünüb və ilkin mərhələdə su mənbəyindən şəhərə qədər olan magistral boru, xəttin üzərində yerləşən qurğular və şəhər şəbəkəsinin bir hissəsinin tikilməsi, sonrakı mərhələdə isə çirkab sutəmizləyici qurğular kompleksinin və şəhər şəbəkəsinin digər hissəsinin inşası planlaşdırılıb.
Layihədə içməli su ehtiyatının 18-20 kilometr uzaqlıqda olan “Qarainək” və “Gurbulaq” su qaynaqlarından götürülərək magistral boru xətləri vasitəsilə şəhərə verilməsi nəzərdə tutulub. Çatdırılan su gələcəkdə tikilməsi planlaşdırılan dörd su anbarı vasitəsilə şəhərə paylanacaq. Artıq magistral xətt üzrə işlərin çox hissəsi yekunlaşıb, kanalizasiya şəbəkəsində isə 13500 metr xəttin tikintisi başa çatdırılıb.
Ötən il Göyçay şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsində işlər başa çatdırılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonun Yeniarx, Bığır, Mirzəhüseynli, Türkmən və Alpout kəndlərində modul tipli sutəmizləyici qurğuların inşası yekunlaşıb. Hazırda isə Qəbələ-Müskürlü, Mallışıxlı, Veysəlli, Şıxəmir, Kürdşaban və Qaraman kəndlərində sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır. Şəhərin Heydər Əliyev prospekti, Natəvan, Ə.Kərim, M.Hüseynzadə, Nizami, M.Ə.Rəsulzadə küçələri əsaslı şəkildə yenidən qurulub.
Özəl sektorun inkişafı istiqamətində mühüm addımlar atılıb, sahibkarlara güzəştli kreditlər verilib
Arxada qoyduğumuz 2015-ci ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye parklarının və məhəllələrinin təşkili işləri davam etdirilib, 270-dək sənaye müəssisəsi, o cümlədən texniki avadanlıqlar, iriqabaritli transformatorlar, metal konstruksiyalar, beton məmulatları zavodları, tekstil fabriki və digər müəssisələr açılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanılıb, ötən il sənaye məhsulu 2,4 faiz, o cümlədən qeyri-neft sənayesi 8,4 faiz artıb.
Son illərdə sənayenin inkişaf etdirilməsi tədbirləri və müasir sənaye müəssisələrinin yaradılması nəticəsində xüsusilə bir sıra tikinti materiallarına olan tələbat yerli istehsal hesabına ödənilməklə bərabər, həmin məhsulların istehsalı prosesində xarici xammaldan istifadə səviyyəsi azalmağa başlayıb.
Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub, ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsi artmaqda davam edib. Bununla yanaşı, özəl sektorun inkişafı istiqamətində mühüm addımlar atılıb, sahibkarlara güzəştli kreditlər verilib.
Məsələn, ötən il Göyçay rayonunda fəaliyyətdə olan obyektlərin genişləndirilməsi və yenidən qurulması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və görülmüş digər tədbirlər nəticəsində 633 yeni daimi iş yeri açılıb. Bütövlükdə isə 2003-2015-ci illərdə rayonda 11482 yeni iş yeri açılıb ki, bunun da 9438-i və ya 82,2 faizi daimi iş yerləridir. Bundan əlavə, ötən il “AzNar” ASC-nin konserv zavoduna, “Göyçay-Süd” ASC-nin süd zavoduna, “Kərpic-SAN” LTD-nin kərpic istehsalı zavoduna, broyler quşçuluq fabrikinə yüz minlərlə manat investisiya qoyulub. Keçən il rayonda Sahibkarlığa Kömək Milli Fondundan kredit almaq istəyən sahibkarların sayı xeyli artıb, 2015-ci ildə 33 sahibkarlıq subyektinə fondun vəsaiti hesabına 1184,8 min manat güzəştli kredit verilib, ayrılan kredit hesabına 70 yeni iş yeri yaradılıb. 2015-ci ildə sahibkarların vəsaiti hesabına bir sıra istehsal, ticarət və xidmət obyektləri inşa edilib.
Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağı salınması nəzərdə tutulur
2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, bu çərçivədə fermerlərə satılan gübrəyə, yanacaq və motor yağlarına görə subsidiyaların artırılması, “Aqrolizinq” xətti ilə gətirilən texnikaya yeni güzəştlərin tətbiqi və digər tədbirlər aqrar sahənin inkişafına mühüm töhfəsini verir. Ötən il həmçinin aqrar sahədə 5100 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 213 milyon manata yaxın güzəştli kredit verilib.
Qeyd edildiyi kimi, kənd təsərrüfatının inkişafı da hər zaman diqqət mərkəzindədir. Aqrar sahə ilə bağlı infrastrukturların yenilənməsi prosesi bu sahədə əhəmiyyətli yüksəliş vəd edir. Belə ki, yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağı salınması nəzərdə tutulur. Quba-Xaçmaz iqtisadi regionu üzrə “Müasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, burada əkilən ağaclardan bir ildən sonra 8 faiz, üçüncü il 40 faiz, dördüncü il isə 100 faiz məhsul əldə olunacaq.
Təbii ki, həyata keçirilən Dövlət proqramlarının uğurlu nəticələrini bu gün ölkəmizin hər bir şəhər və rayonunda aydın şəkildə müşahidə etmək mümkündür. Geniş infrastruktur layihələrinin icrası, vətəndaşların həyat səviyyəsinin yüksəlməsi Azərbaycan regionlarının inkarolunmaz gerçəkliyidir. Bəli, bu gün hər bir azərbaycanlı doğma Vətənini abad, müasir, inkişaf etmiş görmək istəyir və bunu milli ideyanın əsas prioritetləri kimi qəbul edir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08

Dünya
19 Sentyabr 11:53

YAP xəbərləri
19 Sentyabr 11:37

YAP xəbərləri
19 Sentyabr 11:17

YAP xəbərləri
19 Sentyabr 11:06

YAP xəbərləri
19 Sentyabr 11:00
YAP xəbərləri
19 Sentyabr 10:58

Gündəm
19 Sentyabr 10:58
