Kəndlərin qazlaşdırılması prosesi uğurla davam etdirilir
22.12.2015 [09:34]
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası bölgələrin enerji təchizatının yüksək səviyyədə təmin edilməsinə şərait yaradır
Son illərdə aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionlarının tarazlı inkişafı yüksək səviyyədə təmin olunub. Bu inkişafı təmin edən əsas komponentlərdən biri də bölgələrdə yüksək səviyyədə reallaşdırılan infrastruktur layihələridir. İndiyədək Azərbaycanın bütün bölgələrində güclü, müasir infrastrukturun qurulması istiqamətində böyük həcmdə işlər həyata keçirilib ki, bu da hazırda bir sıra layihələrin uğurla davamını şərtləndirib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, müstəqilliyimizin ilk dövrlərində Azərbaycanın qarşılaşdığı əsas çətinliklərdən biri ölkədə enerji çatışmazlığı ilə bağlı idi. Bu, təsərrüfatda böyük qüsurlara gətirib çıxarırdı. Bu mənada bölgələrdə vəziyyət daha acınacaqlı idi. Əhalinin enerji, təbii qazla təchizatı fasilələrlə həyata keçirilirdi. Təbii ki, belə şəraitdə iri şəhərlərdə və regionlarda yeni sənaye güclərinin, istehsal, emal müəssisələrinin yaradılması da iş adamları üçün perspektivsiz görünürdü. Lakin Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsindən sonra bu problem aradan qaldırıldı. Daha doğrusu, ölkədə etibarlı enerji təchizatı sisteminin yaradılması əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən inkişaf siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.
Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində respublikanın bölgələrinin elektrik enerjisi ilə təchizatında, sözün əsl mənasında, dönüş yaranıb. Belə ki, ötən müddətdə Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara buraxılıb, 10 min kilometrdən çox yeni elektrik xətləri çəkilib, 1500-dən çox yarımstansiya inşa edilib və yaxud yenidən qurulub. Ölkəmizdə 2006-cı ildən başlayaraq hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib. Respublika üzrə əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşıb, enerjitutumlu müəssisələrin təchizatını təmin etmək mümkün olub, eyni zamanda, yeni ixrac imkanları yaranıb.
Yeni elektrik stansiyalarının inşası, demək olar ki, respublikanın bütün bölgələrini əhatə edib. O cümlədən 2006-cı ildə Astarada, Şəkidə, Xaçmazda və Naxçıvanda hər birinin gücü 87 mvt, 2007-ci ildə Bakıda 105 mvt, 2008-ci ildə Səngəçalda 300 mvt, 2009-cu ildə Şahdağda 105 mvt, Sumqayıt şəhərində 525 mvt, 2013-cü ildə Şirvanda 780 mvt gücündə istilik-elektrik stansiyaları işə salınıb. Bundan başqa, Lerik və Yardımlı rayonlarının coğrafi mövqeyinin mürəkkəbliyi nəzərə alınaraq, həmin rayonların elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə Lerikdə inşa edilən 17 meqavat gücündə elektrik stansiyasında işlər başa çatdırılıb. Layihə çərçivəsində Yardımlı və Lerik rayonlarının ərazisində 35 kilovoltluq yeni yarımstansiyalar və elektrik xətləri inşa edilib. Həmin rayonların paylayıcı şəbəkələrinin də tamamilə yenidən qurulması qarşıda duran vəzifələrdən biridir.
Elektrik enerjisi ilə yanaşı, qazlaşdırma istiqamətində də bir sıra uğurlara imza atılıb. Bölgələrdə kəndlərin qazlaşdırılması prosesi yüksək səviyyədə davam etdirilməkdədir. Hətta bir sıra indiyə qədər təbii qazla təmin edilməmiş kəndlər belə “mavi yanacaq”la təmin olunurlar.
Məsələn, bu günlərdə İmişlinin altı yaşayış məntəqəsinə ilk dəfə olaraq təbii qaz verilib. İndiyədək rayonun 49 yaşayış məntəqəsindən 13-ü qazlaşdırılıb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Qaz verilmiş kənd və qəsəbələrin sırasına ümumilikdə 1208 abonenti olan daha altı yaşayış məntəqəsi - Otuziki, Yuxarı Qaralar, Xoşçobanlı, Muradalılı, Murğuzalılı və Mürsəlli kəndləri də əlavə olunub.
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına isə Qaradağlı və Köçərli kəndləri də əlavə olunub. 850 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 55122 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Bundan başqa, Xaçmaz rayonunda da daha 3 kəndin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə “mavi yanacağ”ın verilməsinə başlanılıb. Qazlaşdırma işləri başa çatan Sayad, Ərəb, Çılğır kəndlərində, ümumilikdə, 442 abonent ilk dəfə təbii qazdan istifadə edəcək. Vurğulamaq lazımdır ki, cari ildə Xaçmaz rayonunda 25 kəndin qazlaşdırılması nəzərdə tutulub. Bu yaşayış məntəqələrindən 23-də artıq işlər yekunlaşıb və abonentlər “mavi yanacaq”la təmin ediliblər. İki kənddə isə qazlaşdırma işləri aparılır. 3 kəndin qazlaşdırılması üçün ümumilikdə 9 min 110 metr polietilen və 30 min 600 metr müxtəlif diametrli dəmir borularla qaz xətləri çəkilib. Bütün mənzillərə qaz sayğacı və fərdi tənzimləyicilər quraşdırılıb.
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Cəlilabad rayonunun Ətcələr kəndinə də ilk dəfə təbii qaz verilib. 86 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 7696 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Lənkəran rayonunun isə daha iki yaşayış məntəqəsi - Tükəvilə və Talışlı kəndləri ilk dəfə “mavi yanacaq”la təchiz edilib. 489 abonenti olan Tükəvilə və Talışlı kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 25 min 628 metr uzunluğunda metal və polietilen boru xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Qeyd edək ki, Talışlı kəndi Lənkəranın qazlaşdırılan sayca 64-cü kəndidir. Bununla da rayonda ümumi abonentlərin 43 min 547 nəfəri (92,7 faizi) təbii qazdan istifadə edəcək.
Zaqatala rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər uğurla davam etdirilir. Rayonun dağlıq ərazisində yerləşən Car, Zilban və Axaxdərə kəndlərinə, həmçinin Abaəli yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib. 799 abonenti olan Car və ətraf kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 67 min metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 27 abonenti olan Abaəli kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 2 min 500 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Ümumiyyətlə, cari ildə bu kəndlər də daxil olmaqla, Zaqatala rayonunun 13 yaşayış məntəqəsinə “mavi yanacaq” verilib. Hazırda rayonun 29 yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir.
Eləcə də yeni yaranan “Azərişıq” ASC tərəfindən bu il 18 rayonda yeni ofislərin tikintisinə başlanılıb. Artıq onlardan yarısının inşası başa çatdırılmaq üzrədir. Gəncə, Ağsu, Ucar, Goranboy, Sabirabad, Cəlilabad elektrik şəbəkələri üçün tikilmiş ofis binaları istifadəyə verilib. İkimərtəbəli ofis binaları “Azərişıq” ASC tərəfindən bütün rayonlar üçün nəzərdə tutulmuş ümumi standarta uyğun tikilərək başa çatdırılıb. Ofis binalarında hər cür iş şəraiti yaradılıb, ərazinin nəzarətdə saxlanılması üçün bütün texnoloji nailiyyətlər tətbiq edilib. Səmərəli fəaliyyət üçün bütün texniki şəraiti olan tikilinin iş otaqları energetika sahəsinin avadanlığı ilə bərabər kompüter texnikası və internetlə təmin olunub. Ayrı-ayrı fəaliyyət sahələrini nəzərə alaraq burada abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq məsələləri üçün məxsusi otaqlar yaradılıb və ən uyğun şəkildə bölüşdürülüb.
Tezliklə daha 8 rayonda “Azərişıq” ASC tərəfindən modern üslubda standart ofis binaları tikilib başa çatdırılacaq. Qarşıdakı illərdə isə bütün rayonlarda bu cür yeni tipli ofislər tikilərək əməkdaşların ixtiyarına veriləcək. Bu ofislər əsasən eynitipli olsa da, bəzi regionlarda yerli memarlıq xüsusiyyəti də nəzərə alınıb.
Bəli, son 12 ildə tarixi əhəmiyyət daşıyan Dövlət proqramlarının uğurla reallaşdırılması Azərbaycanın bölgələrinin tarazlı inkişafını təmin edib, regionları da iqtisadi güc amilinə çevirib. Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətdə saxlayır. Dövlət başçısı son 12 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir. Dövlət başçısı təkcə son bir il ərzində bölgələrə 20-dən çox səfər edərək 120-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb, həmçinin ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 Sərəncam imzalayıb.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlara əlavə xarakteri daşıyan tədbirlər planları da yeni dövrün tələblərindən meydana çıxır, innovasiyaların tətbiqi zərurətindən yaranır. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən etibarən Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə bölgələrdə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
