Regionlarda mədəni həyatın rəngarəngliyi yüksək səviyyədə təmin edilir
10.12.2015 [10:11]
Ayrı-ayrı bölgələrdə keçirilən silsilə tədbirlər regionların ənənələrinin, mədəni irsinin zənginləşməsində və bütün ölkə boyu təbliğində mühüm rol oynayır
Son illərdə Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən regionların sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilməkdədir. Ölkəmizdə 2004-cü ildən etibarən reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları respublikanın bölgələrinin simasını tamam dəyişib. Ölkənin iri şəhərləri ilə bölgələr arasında fərq əhəmiyyətli dərəcədə azalıb, regionlar iqtisadi güc amilinə çevrilib. Hazırda bölgələrin potensialından səmərəli istifadə olunması Azərbaycanın iqtisadi potensialının artmasında mühüm rol oynayır.
Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında qarşıya qoyulan hədəflərdən biri də bölgələrdə mədəni həyatın ölkənin ümumi yüksək inkişafına uyğunlaşdırılması ilə bağlıdır. Bəhs olunan Dövlət proqramları çərçivəsində son illərdə ölkəmizin müxtəlif bölgələrində çoxlu sayda tarixi-mədəni-dini abidələrimiz əsaslı şəkildə bərpa olunub, arxeoloji qazıntılar nəticəsində aşkarlanan qədim yaşayış məskənlərimiz elmi cəhətdən araşdırılaraq öyrənilib. Eyni zamanda, yerlərdə əhali, ələlxüsus da gənclər arasında milli mənlik hissinin gücləndirilməsinə xidmət göstərən müxtəlif mədəni-kütləvi tədbirlər həyata keçirilir, kitabxanaların, tarix-diyarşünaslıq muzeylərinin, teatrların fəaliyyəti genişləndirilir. Bütün bunlar isə son nəticədə bir tərəfdən Azərbaycanın sıx vəhdət təşkil etdiyi qədər də bir-birindən fərqlənən bölgələrinin özünəməxsusluğunun qorunmasına, digər tərəfdən isə insanların öz el-obalarına daha möhkəm bağlanmalarına, böyüməkdə olan nəslin vətənpərvərlik və milli qürur hissinin güclənməsinə səbəb olur.
Region teatrları yeni tamaşalar təqdim edirlər
Son illərdə region teatrları tamaşaçıları ardıcıl olaraq yeni tamaşalarla sevindirirlər. Bu yaxınlarda Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı Tofiq Həsənovun “Şöhrət ardınca” birpərdəli komediyasını tamaşaçılara təqdim edib. Tamaşadan əvvəl Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi İmamqulu Əhmədov çıxış edərək Naxçıvan Şəhər Xalq Teatrının 1973-cü ildən Naxçıvan şəhər 1 nömrəli mədəniyyət evində dram dərnəyi kimi fəaliyyətə başladığını, 1978-ci ildə kollektivə xalq teatrı statusu verildiyini bildirib.
Qeyd edilib ki, teatrın səhnəsində müxtəlif illərdə maraqlı səhnə əsərləri oynanılıb. “Ezop”, “Bəxtsiz cavan”, “Ana”, “Məhəbbət nişanəsi”, “Durna”, “Yollara iz düşür”, “Vaqif” kimi pyeslər xalq teatrının kollektivi tərəfindən uğurla səhnəyə qoyulub. Xalq teatrının səhnəsində vaxtilə çalışmış bir sıra aktyor və aktrisalar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüblər. Onlar bu gün də teatr sənətimizə öz töhfələrini verirlər.
Sonra Tofiq Həsənovun “Şöhrət ardınca” birpərdəli pyesi göstərilib.
Kiçikhəcmli pyesin mövzusu sosializm quruluşu dövründə Azərbaycanın taxılçılıq və heyvandarlıq təsərrüfatından götürülüb. Kolxozun sədri Zəbi Qəniyev vəzifəsindən sui-istifadə edərək təsərrüfatda əliəyriliklə məşğuldur.
Qeyd edək ki, “Şöhrət ardınca” tamaşasının musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov, rəssamı Günel Mustafayevadır.
Mingəçevir Dövlət Dram Teatrında isə “Təbəssüm” tamaşası səhnələşdirilib. Yazıçı-nasir Əşrəf Əsgərovun əsəri əsasında səhnələşdirilən və Xalq artisti Zülfüqar Abbasovun quruluş verdiyi “Təbəssüm” tamaşası Mingəçevir şəhərinin yaranmasının 67-ci ildönümünə həsr olunub.
Tədbirdə Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tamaşaçıların böyük marağına səbəb olan və alqışlarla qarşılanan səhnə əsəri Mingəçevirin ötən əsrin 80-90-cı illərindəki həyatını əks etdirir.
Qeyd edək ki, son vaxtlarda Mingəçevir Dövlət Dram Teatrında dörd yeni tamaşa səhnələşdirilib. İlqar Fəhminin “Son reportaj”, Xanirə Röyanın “Xalidənin taleyi”, Pərvinin “Dəcəl keçi” əsərlərinə Bəhram Osmanovun quruluşunda eyniadlı tamaşalar hazırlanıb. “Son reportaj” tamaşasında Əməkdar artist Akif Mirabov, Şıxı Yaqubov, Asim Əmirov, Firuz Hacıyev, “Xalidənin taleyi” tamaşasında isə Afət Əliyeva, Qabil İbrahimli, Fəridə Məmmədova, Asim Məmmədov, Ruhəngiz Abdullayeva, Elmira İbrahimova, Ceyhun Əhmədov və Aydın Quliyev rol alıblar. “Dəcəl keçi” tamaşasında əsas rolları aktyorlar Aytən Allahverdiyeva, Leyla Cavadova, Ella Yaqubova (Əməkdar artist), Asim Məmmədov, Firuz Hacıyev, Eyvaz Əliyev və Amil Fərzəliyev ifa edirlər. Həmçinin Cavid Atayın “Pusquda” tamaşasında İlqar Rəhimov, Aydın Quliyev, Hüseyn Mustafayev rol alıblar.
Qusar Dövlət Ləzgi Dram Teatrı yaxın günlərdə tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcək. Dekabrın 15-də teatrın yaradıcı kollektivi Əhməd Orucoğlunun ssenarisi əsasında hazırlanan “Nənənin kələyi” tamaşasının premyerasını keçirəcək. Rejissor Bağır Əhmədovun quruluş verdiyi səhnə əsərində iki gəncin sevgisi və buna qarşı çıxan nənənin münasibəti canlandırılır. Hazırda komediyanın məşqləri davam etdirilir. Əsərin səhnələşdirilməsi üçün xüsusi işıq effektləri və dekorasiyalar qurulur.
Musiqi tərtibatçısı Şaiq Qardaşov, rəssamı İlqar Burzıyev olan tamaşada əsas rolları Tamara Məmmədova, Esmira Paşayeva, Namik Mustafayev və başqa aktyorlar ifa edirlər.
Teatrın direktoru Faiq Qardaşov bildirib ki, Qusar şəhər Mədəniyyət Evində təqdim olunacaq əsər rayonun kəndlərində də nümayiş etdiriləcək.
Bundan başqa, teatrda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarına həsr olunan tamaşa da hazırlanır.
Festivallar regionlarda mədəni həyatın rəngarəngliyinin təmin olunmasında mühüm vasitədir
Son vaxtlar ölkənin regionlarında mədəni həyatın rəngarəngliyinin təmin olunmasında ayrı-ayrı bölgələrdə keçirilən festivalların rolunu xüsusi vurğulamaq lazımdır. Elə bu günlərdə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində “Lənkəran payızı” üçüncü folklor festivalına yekun vurulub. Sentyabr ayında başlayan folklor festivalı dörd mərhələdə və dörd nominasiya üzrə keçirilib.
Rayonda fəaliyyət göstərən 75 klub müəssisəsinin folklor və rəqs kollektivlərinin qatıldığı festivalın birinci mərhələsi klublarda, ikinci mərhələ klub filial birliklərində, üçüncü mərhələ Mədəniyyət Mərkəzinin proqram şurası qarşısında, dördüncü - yekun mərhələsi isə Mədəniyyət Mərkəzinin böyük zalında təşkil olunub.
Qalib gələn kollektivlər final mərhələsinə vəsiqə qazanıb. Fərqlənmiş klub bədii özfəaliyyət kollektivləri musiqi, rəqs, oyunlar və bədii qiraət nominasiyası üzrə çıxış ediblər.
Final mərhələsində fərqlənmiş folklor kollektivləri və ifaçılar Lənkəran şəhər bələdiyyəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.
Zaqatalada isə folklor kollektivlərinin repertuarından ibarət layihənin təqdimatı keçirilib. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin 2015-ci il üçün nəzərdə tutulan iş planına uyğun olaraq, Zaqatala rayonunda Suvagil kənd mədəniyyət evinin “Ceyranım”, Dağlı kənd mədəniyyət evinin “Lilay”, Makov kənd mədəniyyət evinin “Hudulki” folklor rəqs kollektivlərinin və Zaqatala rayon mədəniyyət evinin “Kəndirbazlar” qrupunun repertuarından DVD diskinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Zaqatala rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva açıb. Daha sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologiyalar şöbəsinin müdiri Cabbar Süleymanov Zaqatala folklor kollektivlərinin repertuarından ibarət bu layihə haqqında söz açıb.
Mərkəzin metodisti Səbuhi Hüseynov “Gənclərin kreativ qrupu”nun yaranması və fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra, AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Şimal-Qərb bölgəsində mahnı və rəqslərin ritual (mərasim) qaynaqları” mövzusunda və Dağlı kənd Mədəniyyət evinin direktoru Elmira İsmayılova digər mövzuda məruzələrlə çıxış ediblər. Daha sonra Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan Metodiki tövsiyələr Zaqatala Mədəniyyət və Turizm şöbəsinə təqdim olunub.
“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində regionların ənənələri, mədəni müxtəlifliyi geniş təbliğ olunur
Mədəniyyət və Turizm Nazirliyinin cari ilin əvvəlindən start verdiyi “Bölgələrdən paytaxta” layihəsi Bakı sakinlərini regionların sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri ilə tanış edir. İl ərzində layihə çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir və Xaçmaz rayonlarının təqdimatları keçirilib. Noyabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında reallaşan növbəti təqdimat Zaqatala rayonuna həsr olunub. Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində qurulmuş stendlərdə bölgənin tarixini, mədəniyyətini, sosial-iqtisadi nailiyyətlərini, folklorunu, turizm imkanlarını əks etdirən sərgi ilə tanış olublar. Stendlərdə rayonda istehsal olunan ərzaq məhsulları, dekorativ-tətbiqi sənət ustalarının əl işləri, yerli mətbəx nümunələri də yer alıb.
Sərgilərlə tanışlıqdan sonra teatrın zalında təqdimat mərasimi keçirilib.
“Bölgələrdən paytaxta” adlı layihənin növbəti ünvanı isə Gəncə şəhəri olacaq. Zəngin mədəniyyəti, bənzərsiz adət-ənənələri ilə fərqlənən qədim şəhərin paytaxta təqdimatı dekabrın 14-də baş tutacaq.
Gəncəni Bakıda təmsil edəcək kollektivlər məşqlərə ötən aydan başlayıb. Hazırlanan proqrama görə, Gəncənin tanınmış incəsənət ustalarının çıxışları ilə yanaşı, şəhərin zəngin mədəniyyəti və adət-ənənəsi də nümayiş olunacaq.
Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Bəxtiyar Muradov bildirib ki, Akademik Milli Dram Teatrının qarşısında, foyedə rəsm sərgisi, dekorativ tətbiqi sənət sərgisi, Gəncə mətbəxi nümunələri sərgilənəcək, şəhərdə fəaliyyət göstərən sənətkarların əl işləri orada nümayiş etdiriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
İqtisadiyyat
31 Oktyabr 10:53
İqtisadiyyat
31 Oktyabr 10:52
İqtisadiyyat
31 Oktyabr 10:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

