Azərbaycanın regionlarında heyvandarlığın yeni inkişaf mərhələsi başlayıb
26.11.2015 [10:05]
Heyvandarlıqda intensiv metodların geniş tətbiqi ölkədə ət və ət məhsulları idxalının azalması, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsi ilə nəticələnib
Son illərdə Azərbaycanın regionlarında aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin imzaladığı heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi və hevandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında müvafiq sərəncamlar ölkəmizdə heyvandarlığın inkişafı sahəsində yeni perspektivlər açıb. Haqqında bəhs olunan sərəncamlarda Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması, cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyinin gücləndirilməsi məqsədi ilə maliyyə təminatının artırılması da daxil olmaqla bir sıra vacib tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət başçısının imzaladığı sərəncamların birində ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat vəsait ayrılması nəzərdə tutulub. Digər Sərəncamla isə əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya veriləcək.
Heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması ət və ət məhsulları istehsalında dönüş yaradıb
Son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib.
Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu isə xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub. Heyvandarlıqda əldə olunan bu kimi uğurlar son nəticədə ölkəmizə ət və ət məhsulları idxalının azalmasını, istehlakın tam olaraq yerli istehsal hesabına ödənilməsini təmin edib.
Yeri gəlmişkən, bu günlərdə Göyçayda keçirilən zona müşavirəsində heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları aranıb. Belə ki, tədbirdə heyvandarlıq sahəsində prioritetlərin müəyyənləşdirilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, zona baytarlıq laboratoriyalarının fəaliyyətinin genişləndirilməsi, heyvanların süni mayalandırılmasında istifadə olunan genetik materialın müayinəsi, yem istehsalının təşkili, bölgə üçün xarakterik olan heyvan xəstəliklərinə qarşı mübarizə tədbirlərinin aparılması məsələləri müzakirə edilib.
Müşavirədə Göyçay, Kürdəmir, Ucar, Ağdaş və Zərdab rayonlarından heyvandarlıqla məşğul olan fermerlər, süni mayalama mütəxəssisləri iştirak ediblər.
Zona müşavirəsində Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev çıxış edərək 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı indiyədək görülən işlər, qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədilə mütərəqqi texnologiyalar, bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verib.
Müşavirədə heyvandarlıqda seleksiya-damazlıq işlərinin təşkili, heyvan xəstəlikləri ilə mübarizə tədbirləri, heyvandarlıqda möhkəm yem bazasının yaradılması yolları və süni mayalandırmanın əhəmiyyəti barədə təqdimatlar və çıxışlar olub. Tədbirdə müasir heyvandarlıq komplekslərində və yüksək məhsuldar heyvan saxlayan kiçikhəcmli ailə təsərrüfatlarında qabaqcıl təcrübə nümayiş etdirilib.
Cari ilin əvvəlindən bəri Bərdə rayonunda 2227 baş sağlam cins buzov alınıb
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən respublikanın regionlarında cins heyvandarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan Bərdə rayonu da istisna deyil. Cari ilin əvvəlindən bəri rayon üzrə 3104 baş inək və düyə süni yolla mayalandırılıb, 2227 baş sağlam cins buzov alınıb. Bundan başqa, rayona 2922 baş südlük cins heyvan gətirilib.
Mirzalıbəyli kəndi ərazisində 500 başlıq heyvandarlıq kompleksinin tikintisinin birinci mərhələsi başa çatdırılıb və kompleksə güzəştli hesabla 327 baş cins heyvan alınıb gətirilib. Hazırda yeni doğulmuş balalarla birlikdə kompleksdə 602 baş cins heyvan var.
Aqrar sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayonda mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı artıb. Belə ki, ilin doqquz ayında mal-qaranın baş sayı 1 faiz artaraq 89 min 816 başa, o cümlədən ana inək və camışların sayı 2 faiz artaraq 43 min 400 başa, qoyun və keçilərin baş sayı 1,3 faiz artaraq 138 min 751 başa çatıb. Bu dövrdə diri çəkidə 12 min 065 ton ət, 47501 ton süd, 451 ton yun istehsal edilib. 2014-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 16,3 faiz, süd istehsalı 7,3 faiz, yun istehsalı 2,5 faiz artıb.
Şəkidə doqquz ayda 2958 baş heyvan süni yolla mayalandırılıb
Respublikanın digər bölgələrində olduğu kimi, Şəkidə də heyvanların süni mayalandırılması işinə xüsusi diqqət yetirilir. Cari ilin doqquz ayında rayonun təsərrüfatlarında 2958 baş heyvan süni yolla mayalandırılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 334 baş çoxdur. Həmin dövrdə süni mayalandırılmış heyvanlardan 1381 baş sağlam bala alınıb.
Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədi ilə bu yaxınlarda yerli sahibkar tərəfindən Şəki rayonuna südlük istiqamətdə “Holştin friz” cinsindən olan 20 baş damazlıq düyə gətirilib. Oxud kənd sakini Vaqif Salamov Hollandiya cinsindən olan bu heyvanları “Aqrolizinq” ASC-dən güzəştli qaydada lizinq yolu ilə əldə edib.
Qeyd edək ki, dövlət vəsaiti hesabına respublikamıza xaricdən gətirilən damazlıq heyvanlar fermerlərə 50 faiz güzəştli qiymətlə lizinqə verilir. Damazlıq düyələr gün ərzində yerli cinslərdən 2-3 dəfə çox, yəni 20-25 litr süd verirlər. Bu ilin sonunadək rayona daha 30 baş damazlıq düyənin gətirilməsi nəzərdə tutulub.
“Türyançay” fermer təsərrüfatı mal-qaranın baş sayını artırır
“Türyançay” fermer təsərrüfatı Ağdaş rayonunun Ərəbocağı kəndində fəalyyət göstərən yeni fermer təsərrüfatıdır. Yeni heyvandarlıq kompleksinin yaradılmasında “Türyançay” Fermer Təsərrüfatı MMC-nin öz vəsaiti ilə yanaşı, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən də istifadə olunub. Kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə xarici ölkə şirkətlərinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə, sağım, soyutma sistemləri və digər avadanlıqla təchiz edilib. Hazırda kompleksdə 1275 baş cins heyvan bəslənilir ki, bunun 681 başı cins südlük inək, qalanı isə buzovdur. Gələcəkdə sağmal inəklərin sayının 2500 başa çatdırılması nəzərdə tutulur. Kompleks üçün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisindəki əkin sahələri hesabına yem təsərrüfatı da yaradılıb. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir. Kompleksdə tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə işçilər üçün xüsusi kurslar təşkil olunub. Ümumilikdə, 30 hektar ərazini əhatə edən kompleksdə beş böyük ferma, yem anbarları, işçilər üçün evlər, ikimərtəbəli ofis binası, nasosxana inşa edilib. Ərazidə yardımçı binalar tikilib, ətraf abadlaşdırılıb.
“Aqrolizinq” ASC ilə imzalanan müqaviləyə əsasən, “Türyançay” Fermer Təsərrüfatı MMC Avropa ölkələrindən daha 4 min baş cins inək alacaq. Ümumiyyətlə, heyvandarlıq kompleksinin inkişaf etdirilməsi, gələcəkdə inək və buzovların sayının 6500 başa çatdırılması nəzərdə tutulur. Almaniya, Avstriya və Macarıstandan gətirilən heyvanların hər gün qidalanması üçün silos, yonca, ot, saman, qarğıdalı, arpa və kəpəkdən istifadə olunur.
Ağcabədidə kiçik ailə-fermer təsərrüfatları yaradılır
Ağcabədi rayonunda da heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri və əldə edilən yüksək nəticələr heyvandarlıqla məşğul olan fermerlərin süni mayalama tədbirlərinə marağını artırıb. İlin əvvəlindən rayonda fəaliyyət göstərən 9 süni mayalanma texniki tərəfindən 4766 baş inək və düyə süni yolla mayalandırılıb, 2653 baş sağlam cins buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” cinsindən olan buğaların toxumları istifadə edilir. İlin sonunadək 5 min başdan çox heyvanın süni mayalandırılması nəzərdə tutulub.
Bundan başqa, bu il rayona sahibkarlar tərəfindən lizinq yolu ilə 67 baş südlük istiqamətli cins iribuynuzlu heyvan gətirilib. Rayonun Təzəkənd kəndində isə kiçik ailə-fermer cins heyvandarlıq təsərrüfatlarının yaradılması layihəsi həyata keçirilir. Artıq 25 ailə-fermer təsərrüfatı üçün tövlələr tikilib, yem bazası yaradılıb. Təsərrüfatlara 200 baş cins heyvanın gətirilməsi nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46
