Azərbaycanın regionlarında yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
06.10.2015 [10:03]
Son 12 il ərzində ölkə üzrə 1,4 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti bölgələrin payına düşür
Ölkənin regionlarının tarazlı inkişafının təmin edilməsi bütün dünyada maraqla izlənilən inkişafın Azərbaycan modelinin ən səciyyəvi cəhətlərindən biridir. 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafına dair Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən iki Dövlət Proqramı uğurla yerinə yetirilib. Əvvəlki illərdə yaradılan möhkəm baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas olub. Hazırda yeni Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.
Məqsədyönlü siyasət nəticəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib
Haqqında bəhs olunan Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində Azərbaycanın mənzərəsi tamam dəyişib, iqtisadi potensialın yalnız paytaxtda və yaxud bir neçə regionda cəmləşdirilməsinin qarşısı alınaraq bütün ölkəboyu inkişafa nail olunub. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarını səciyyələndirən əsas cəhət onların, Prezident İlham Əliyevin vurğuladığı kimi, konkret xarakter daşıması ilə bağlıdır. Proqramlar hazırlanarkən regionlarda tarixən formalaşan ənənələr, əmək ehtiyatları, yerlərdən gələn təkliflər nəzərə alınıb, maliyyə resursları təşkil edilib.
Qeyd edək ki, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının qəbul edilməsi təşəbbüsünü Prezident İlham Əliyev hələ 2003-cü ildə seçicilərlə görüşlərində irəli sürüb. Praqmatik siyasətçi olan İlham Əliyev xalqın inamını qazanaraq prezident seçildikdən sonra öz vədinə sadiq qaldı. Artıq 2004-cü ildən bəri ölkəmizdə Onun rəhbərliyi altında uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində Azərbaycanın bütün bölgələri iqtisadi güc amilinə çevrilib.
Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına start veriləndən indiyədək Azərbaycanın bölgələrində 64 mindən çox müəssisə fəaliyyətə başlayıb. Bu müddət ərzində regionlarda ümumi məhsul buraxılışı 3,2, sənaye məhsulu 3,1, rabitə xidmətləri 6,1, əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhaliyə göstərilən pullu xidmətlər 6 dəfə artıb. Ən önəmli cəhətlərdən biri odur ki, Dövlət proqramlarının uğurla reallaşdırılması sayəsində bir çox göstəricilər üzrə artım tempi ölkə üzrə müvafiq göstəriciləri üstələyib. Belə ki, regionlardan vergi ödənişləri 14,2 dəfə artıb. Artıq 6 şəhər və rayonda xərclər yerli gəlirlər hesabına maliyyələşdirilir.
Ümumilikdə, proqramların icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev Dövlət proqramlarının icrasını daim şəxsi nəzarətində saxlayır. Dövlət başçısı son 12 il ərzində bölgələrə səfərləri çərçivəsində 1300-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirak edib və dəyərli tövsiyələrini verib. Yerlərdə ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılan məsələlərin həlli məqsədilə əlavə olaraq 737,4 milyon manat vəsaitin ayrılması barədə 240 Sərəncam imzalaması Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi böyük qayğının ifadəsidir. Dövlət başçısı təkcə son bir il ərzində bölgələrə 23 səfər edərək 120-dək müxtəlif təyinatlı infrastruktur obyektlərinin, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərinə qatılıb, həmçinin ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq 270 milyon manat vəsaitin ayrılması barədə 72 Sərəncam imzalayıb.
Ümumiyyətlə, regionlarda inkişaf tempi, quruculuq-abadlıq işləri son bir ildə də intensiv şəkildə davam etdirilib. Ötən il regionların inkişafına bütün mənbələr hesabına 4,5 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında cəmiyyətə mesaj verərək bildirib ki, biz üçüncü proqramı da 2018-ci ilə qədər uğurla icra etməliyik. Məlumdur ki, hazırda dünya miqyasında arzuolunmaz tendensiyalar müşahidə edilməkdədir, yeni qlobal çağırışlar meydana çıxıb. Prezident İlham Əliyev vurğulayıb ki, həyata keçirilən praqmatik siyasət sayəsində ölkəmiz yeni dünya çağırışlarına hazırdır və regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası ilə bağlı heç bir problem olmamalıdır: “Ona görə əminəm ki, üçüncü proqramın icrası ilə də bağlı heç bir problem olmamalıdır. Proqramı icra etmək üçün bütün cəmiyyət səfərbər olmalıdır və əminəm ki, biz buna nail olacağıq”.
Ən vacib məsələlərdən biri də bölgələrdə əhalinin məşğulluğunun təmin edilməsidir
Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin ən mühüm məqamlarından biri də əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlıdır. Yuxarıda vurğuladığımız kimi, uğurla reallaşdırılan Dövlət proqramları çərçivəsində respublikanın bölgələrində onlarca sənaye, turizm, xidmət obyektləri fəaliyyətə başlayıb, yeni təsərrüfatlar yaradılıb. Bütün bunlar yerlərdə əhalinin məşğulluğu probleminin həllinə mühüm töhfələr verib. Belə ki, Dövlət proqramlarının icrasına başlanandan indiyədək ölkə üzrə 1,4 milyon yeni iş yeri yaradılıb ki, onların da böyük əksəriyyəti daimidir və bölgələrin payına düşür. 2015-ci ilin birinci yarısında isə ölkəmizdə 60 minə yaxın yeni iş yeri açılmışdır ki, onlardan 48 mini daimi iş yeridir.
Prezident İlham Əliyev ölkədə əhalinin məşğulluğunun təmin edilməsi ilə bağlı qarşıya yeni hədəflər qoyub. Dövlət başçısı diqqəti ona yönəldib ki, uğurlu sosial-iqtisadi siyasət sayəsində Azərbaycanın əhalisi getdikcə artır. Ölkədə əhalinin artım tendensiyası ilə əlaqədar yeni iş yerlərinin yaradılması da daimi prosesə çevrilməlidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bununla bağlı fikirlərini ifadə edərək vurğulayıb: “Azərbaycanda, ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi iş yeridir. Bunun hesabına Azərbaycanda işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində olmuşdur. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirir. Biz və Azərbaycan xalqı bunu gündəlik həyatda görürük. Hesab edirəm ki, iş yerlərinin açılması daimi proses olmalıdır, çünki əhali artır və potensial kifayət qədər böyükdür”.
Əmək yarmarkaları regionlarda əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır
Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidmətinin yerli icra hakimiyyəti orqanları ilə respublikanın müxtəlif şəhər və rayonlarında əmək yarmarkaları təşkil etməsi ənənə halını alıb və bu da bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. Əlamətdar haldır ki, aktiv məşğulluq tədbirləri çərçivəsində yerlərdə təşkil olunan əmək yarmarkalarında işəgötürənlər getdikcə daha fəal iştirak edirlər.
Cari ilin əvvəlindən bəri İsmayıllı rayonunda iki əmək yarmarkası təşkil olunub. Bu yarmarkaların təşkilində əsas məqsəd rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan mövcud boş (vakant) iş yerlərini işaxtaran və işsiz vətəndaşlara təqdim etmək, onların səmərəli məşğulluğuna nail olmaqdır. Rayonda cari ilin iyulunda təşkil olunan son əmək yarmarkasında işsiz və işaxtaran vətəndaşlara İsmayıllı rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət sektoruna aid 100-dən artıq müəssisə üzrə 420-dən çox boş iş yeri təqdim edilib. Onların arasında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün qanunvericiliyə uyğun şəkildə müəyyən olunmuş kvota üzrə iş yerləri də olub. Tədbir zamanı boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, haqqı ödənilən ictimai işlərə cəlb edilmək istəyən şəxslərin qeydiyyatı da aparılıb.
Növbəti əmək yarmarkası cari il sentyabrın 10-da Şəki şəhərində təşkil olunub. Şəki Məşğulluq Mərkəzindən verilən məlumatda bildirilir ki, yarmarkaya rayonda fəaliyyət göstərən 22 müəssisə və təşkilatdan 205 vakant iş yeri çıxarılıb. Mərkəzi xəstəxana, şəhər təhsil şöbəsi, pedaqoji kollec yarmarkaya daha çox iş yeri çıxarıblar. İş yerləri üçün təklif olunan əməkhaqqı 110 manatdan 390 manatadək təşkil edib. Gün ərzində davam edən yarmarkanın yekununda 45 nəfər işə düzəlmək üçün göndəriş alıb.
Cari ilin avqustunda Kürdəmirdə keçirilən əmək yarmarkasına da maraq böyük olub. Rayonun “Kürdəmir” sarayında keçirilən əmək yarmarkasına işəgötürən qismində rayonun 55 dövlət, qeyri-dövlət təşkilatları və fiziki şəxslər qatılıblar. Onlardan 16-sı dövlət, 1-i qeyri-dövlət təşkilatı və 28-i fiziki şəxsdir. Təqdim olunmuş boş iş yerlərinin sayı 270 olmaqla 157-si qulluqçu vəzifəsi, 62-si fəhlə peşələri və 5-i xidmət sahəsinə aiddir. Təqdim olunan iş yerləri üzrə minimum əməkhaqqı 105 manat, maksimum əməkhaqqı isə 270 manat təşkil edir. Əmək yarmarkasında 780 nəfərdən çox rayon sakini iştirak edib ki, onlardan 124 nəfərə işə düzəlmək üçün göndəriş verilib, həmçinin 2 nəfər kvota yerlərinə, 18 nəfər peşə hazırlığına, 20 nəfər isə ictimai işlərə cəlb olunub.
Bu günlərdə Tərtər rayonunda keçirilən əmək yarmarkasında isə 17 idarə, müəssisə və təşkilat tərəfindən 228 boş iş yeri təqdim olunub. Yarmarkada iştirak edən 200-dən artıq işaxtaran vətəndaşdan 52 nəfəri öz istəyinə və ixtisasına uyğun işə göndəriş alıb.
Ümumiyyətlə, 2015-ci ildə də ölkəmizin 55 rayon və şəhərində əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulub. Cari ilin birinci yarısında artıq 11 şəhər və rayonda belə yarmarkalar keçirilib və 650 nəfər münasib işlərilə təmin olunub. Cari ilin 6 ayı ərzində məşğulluq xidməti orqanları tərəfindən münasib işlə təmin olunanların sayı isə ümumilikdə 13,7 min nəfər təşkil edib. Bundan başqa, 1480 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.
Regionlarda əməyin mühafizəsi üzrə görülən tədbirlər də çox aktualdır
Əlamətdar haldır ki, son illərdə regionlarda əhalinin məşğulluğu probleminin həllinə böyük diqqət yetirildiyi kimi, iş yerlərində əməyin mühafizəsi ilə bağlı da ardıcıl tədbirlər reallaşdırılır. Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti cari il sentyabr ayının son günlərində Gəncə şəhərində 13 rayon və şəhərin işəgötürənləri üçün “Açıq qapı” günü - vətəndaş forumu keçirib.
Foruma ƏƏSMN-in 17, 20, 21 və 22 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 13 rayon və şəhərin (Gəncə şəhəri, Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Tovuz, Ağstafa, Qazax) işəgötürənləri qatılıb.
Tədbirdə DƏMX-nin əməkdaşları tərəfindən işəgötürənlərə əməyin mühafizəsi, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar, istehsal qəzası riski yüksək olan müəssisələrdə, habelə avtomobillərə texniki xidmət və avtoyuma məntəqələrində qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər barədə maarifləndirici məlumatlar verilib. Tədbirdə maarifləndimə tədbirlərinin həyata keçirilməsində əsas məqsədin işəgötürənlərdə işçilərin əməyinin mühafizəsi ilə bağlı məsuliyyət hissinin artırılması, hər bir işçinin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin olunması, bu sahədəki, nöqsanların aradan qaldırılması olduğu qeyd edilib. Forum zamanı işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi ilə bağlı sualları da ətraflı cavablandırılıb.
“İstehsalatla əlaqəli bədbəxt hadisələr ilk növbədə işəgötürənlərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, norma və standartlara əməl etməməsindən irəli gəlir. Ona görə də bu məsələlərlə bağlı işəgötürənlərin məsuliyyətinin daha da artırılmasına ehtiyac var. Son dövrlər həm dövlət nəzarətinin gücləndirilməsi, həm də bir sıra institusional tədbirlərin həyata keçirilməsi nəticəsində cari ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalıb. Lakin əsas məqsəd odur ki, ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün iş yerlərində səylər daha da artırılsın”. Bu fikirlər isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin bu günlərdə Sumqayıt şəhərində “Təhlükəsiz iş aylığı” çərçivəsində təşkil etdiyi “Açıq qapı” günü - vətəndaş forumunda vurğulanıb. Tədbirdə ƏƏSMN-in 6, 7 və 12 saylı regionlar üzrə Dövlət Əmək müfəttişliklərinin nümayəndələri və həmin regionları əhatə edən 9 rayon və şəhərin (Binəqədi, Abşeron, Sumqayıt, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba, Qusar) 100-ə yaxın işəgötürəni iştirak edib.
Forumda bildirilib ki, bir sıra işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydalarının yerinə yetirilməməsi, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilməməsi işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur. Tədbirdə vurğulanıb ki, əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələri sırasına daxildir.
Aktiv məşğulluq tədbirlərindən biri də peşə hazırlığına diqqətin artırılmasıdır
Regionlarda, həmçinin işaxtaran və işsiz vətəndaşların əmək qabiliyyətlərinin əmək bazarının tələblərinə uyğunlaşdırılması yönündə də davamlı tədbirlər həyata keçirilir. Son illərdə regionlarda aktiv məşğulluq tədbirləri çərçivəsində işaxtaranların, ələlxüsus da gənclərin peşə hazırlığına diqqətin artırılması təqdirəlayiq haldır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayrı-ayrı işəgötürən təşkilatlarla peşə hazırlığına dair müxtəlif tədbirlər reallaşdırır ki, bu da işaxtaranların gələcək peşə karyeralarını düzgün qurmalarında böyük rol oynayır. Qeyd edək ki, son 6 ayda 1800 nəfər şəxs Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Bu baxımdan, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycanın ən böyük işəgötürən təşkilatı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında yaranan əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır.
Cari il sentyabrın 23-də SOCAR-ın Baş ofisində regionlarda gənclərin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə hazırlanması və işə qəbul müsabiqəsinin elan edilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib. Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlib, bu məqsədlə genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilib. Regionlarda qaz abonentlərinin sayı iki dəfə yarımdan çox artıb. Lakin istismar üzrə işçilərin sayı əvvəlki səviyyədə qalmaqdadır. Qazlaşdırma prosesləri bu gün də uğurla davam etdirilir, qazlaşdırmanın səviyyəsi daha da yüksəlir. Yeni çəkilən kəmərlərin, quraşdırılan avadanlıqların istismarı, yararsız boru xətlərinin yenilənməsi, fərdi həyətlərdən keçən qaz xətlərinin, quraşdırılmış sayğacların küçəyə çıxarılması, köhnə sayğacların əvəzlənməsi və digər işlərin həyata keçirilməsi üzrə yaranan əlavə iş həcmlərinə uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyində 1000 (min) nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb. Bununla əlaqədar SOCAR tərəfindən birliyin regionlarda fəaliyyət göstərən xidmət sahələrinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə təlim keçməklə işə qəbul müsabiqəsi keçirilir. Müsabiqə Azərbaycan Respublikasının neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında Memorandum çərçivəsində gənclərin məğulluğunun təmin olunmasına köməkliyin edilməsi istiqaməti üzrə həyata keçirilir. Boş (vakant) iş yeri barədə məlumatlar SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə təqdim olunub. Müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsilli, fiziki cəhətdən sağlam olan, ilk növbədə regionlarda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər. Müsabiqə vakansiyaların elan olunduğu yerlərdə SOCAR-ın İnsan Resursları Departamenti, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, rayon icra hakimiyyətlərinin yerli icra nümayəndələri cəlb olunmaqla həyata keçiriləcəkdir.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev mətbuat konfransında Azərbaycan Respublikasının dövlət məşğulluq siyasətinin gücləndirilməsindən danışıb. O qeyd edib ki, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Son illərdə ölkədə regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət proqramlarının, həmçinin Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət proqramlarının icrası olaraq əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl surətdə müvafiq tədbirlər həyata keçirilib. Çoxsaylı iş yerlərinin 80 faizinin regionları əhatə etməsi də respublikanın bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin və məşğulluq üzrə təmərküzləşmə meyillərinin aradan qaldırılmasına imkan verib.
Bəhs olunan müsabiqə mərhələlər üzrə keçiriləcək. Əvvəlcə iddiaçıların sənədləri elektron (www.socar.az veb səhifəsinin “karyera” bölməsi vasitəsi ilə) qaydada və ya rayon məşğulluq mərkəzləri vasitəsi ilə qəbul ediləcək, onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaq. Testdən müvəffəqiyyətlə keçmiş namizədlər üçün SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi təlim kursu keçiriləcək. Təlim iştirakçıları kursun sonunda buraxılış imtahanı verəcəklər. İmtahanda müvəffəqiyyət qazanan namizədlərə müvafiq sertifikatlar təqdim olunacaq. Daha yüksək nəticə göstərmiş 1000 nəfər seçiləcək, onların 410 nəfəri mövcud vakansiyalar üzrə dərhal işə qəbul ediləcək, qalanları isə 1 il müddətində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcəklər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına bax
Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00

YAP xəbərləri
19 Sentyabr 12:58

Dünya
19 Sentyabr 12:27

Gündəm
19 Sentyabr 12:25

Gündəm
19 Sentyabr 12:23

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:17

YAP xəbərləri
19 Sentyabr 12:10

Dünya
19 Sentyabr 12:08
