/ / Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr bütün bölgələrin potensialından səmərəli istifadə olunmasına imkan yaradıb
Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr bütün bölgələrin potensialından səmərəli istifadə olunmasına imkan yaradıb
16.09.2015 [10:03]
Həyata keçirilən islahatlar nəticəsində respublikanın bölgələrində, o cümlədən şimal-qərb regionunda da tarazlı inkişaf təmin olunub
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, hədəflərin düzgün müəyyənləşdirilməsi Azərbaycanı bütün sahələrdə dinamik inkişaf edən ölkəyə çevirib. Eyni zamanda, qlobal maliyyə-iqtisadi böhranın, dünya birjalarında neftin qiymətinin kəskin aşağı düşməsinin fonunda ayrı-ayrı ölkələrdə ciddi kataklizmlər yaşandığı illərdə də Azərbaycan öz iqtisadi dayanıqlılığını saxlamağa və inkişaf templərini davam etdirməyə nail olur. Bu baxımdan cari ilin birinci yarısı da istisna təşkil etməyib. Bu ilin ilk 6 ayı ərzində respublikamızda ümumi daxili məhsul istehsalında 5,7 faiz artıma nail olunub, sənaye istehsalı 4, kənd təsərrüfatı istehsalı 7 faiz artıb. Ölkə üzrə əhalinin pul gəlirləri 6,2 faiz artdığı halda, inflyasiya cəmi 3,5 faiz səviyyəsində olub. Neft gəlirlərinin azalmasına baxmayaraq, respublikamızda bütün investisiya proqramları uğurla həyata keçirilib. Ümumiyyətlə, 6 ay ərzində bütün mənbələrdən ölkəmizə 12,7 milyard manat həcmində sərmayələr yönəldilib ki, bu da respublikada investisiya cəlbediciliyinin yüksək səviyyədə olmasına dəlalət edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində cari ilin birinci yarısında ölkəmizdə qazanılan nailiyyətləri tarixi uğurlar kimi səciyyələndirib: “Azərbaycan uğurla inkişaf edir. İnkişaf dinamik xarakter daşıyır və deyə bilərəm ki, altı ay ərzində əldə etdiyimiz uğurlar tarixi uğurlardır”.
Əlamətdar haldır ki, Azərbaycanda sürətli sosial-iqtisadi inkişafın coğrafiyası yalnız paytaxt və yaxud iri şəhərlərlə məhdudlaşmır, əksinə respublikanın bütün bölgələrində tarazlı inkişaf təmin olunur, regionlar da iqtisadi güc amilinə çevrilir. Ölkəmizdə regionların sürətli sosial-iqtisadi inkişafını təmin etmək məqsədi ilə 2004-cü ildən etibarən Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən Dövlət proqramları uğurla yerinə yetirilir. İndiyədək regionların sosial-iqtisadi inkişafına dair iki Dövlət Proqramı böyük müvəffəqiyyətlə tamamlanıb və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirlər də uğurla reallaşdırılır. Dövlət proqramları çərçivəsində reallaşdırılan layihələr bütün bölgələrin güclü potensialından səmərəli istifadə olunmasına imkan yaradıb ki, bu da son nəticədə respublikanın ümumi inkişafını təmin edib.
Son illərdə Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı fonunda respublikanın digər bölgələri kimi, şimal-qərb regionu, o cümlədən, Şəki rayonunda bir çox sahələrdə uğurlar əldə edilib. Məlumat üçün bildirək ki, Şəkinin ərazisi 2,43 min kvadratkilometr, əhalisi 180925 nəfərdir. Hazırda rayon üzrə məşğul əhalinin sayı 85000 nəfərə çatır ki, bunların da 47000 nəfəri kənd təsərrüfatında, 2000 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7753 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyət ocaqlarında, 23206 nəfəri isə digər sahələrdə çalışır.
Yeri gəlmişkən, artıq tarixə dönən 2014-cü il rayon üçün bir sıra uğurlu göstəricilərlə əlamətdar olub. Belə ki, ötən il ərzində rayon üzrə adambaşına faktiki qiymətlərlə 1526 manat olmaqla 276113,4 min manatlıq məhsul buraxılıb. O cümlədən sənayedə məhsul buraxılışı 21262, kənd təsərrüfatında 121601,3, tikintidə 39253,4, nəqliyyat və anbar təsərrüfatında 5868,2, informasiya və rabitədə 1621,3, topdan və pərakəndə satış, avtomobillərin, motosikletlərin, məişət əşyalarının satışı və təmiri sahəsində 86507,2 min manat təşkil edib. İl ərzində rayonda pərakəndə əmtəə dövriyyəsi 266176,1 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 67280,4 min manat olub.
Şəki rayonunda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə 2014-cü ildə 5,1, o cümlədən sənaye məhsulunun həcmi 7.3, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 3,5 dəfə artıb. Əsas kapitala yönəldilmiş investisiya 19,6 dəfə artaraq 59216,3 min manat, o cümlədən tikinti-quraşdırma işləri 25,5 dəfə artaraq 39253 min manat təşkil edib.
Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə Şəki rayonu üzrə 395 sahibkarlıq subyektinə 27,5 milyon manat, o cümlədən 47 sahibkara 791,5 min manat dövlətin güzəştli kreditləri verilib. Bu kreditlər hesabına 2500 yeni iş yeri yaradılıb. Ümumiyyətlə, rayonda 2014-cü il ərzində 2090 yeni iş yeri açılıb ki, bunların da hamısı daimi iş yerləridir. Bütövlükdə son 12 il ərzində rayonda 14287 yeni iş yeri açılıb. Yeni yaradılan iş yerlərindən 13797-si və ya 96,6 faizi daimi iş yerləridir. Hazırda rayonda 18 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 12-si kiçik müəssisələrdir.
Şəki rayonunda son illərin uğurlar seriyası cari ilin birinci yarısında da davam etdirilib. Belə ki, 2015-ci ilin birinci yarısında faktiki qiymətlərlə 174 milyon 13 min manatlıq məhsul buraxılıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 119,7 faiz təşkil edir. Adambaşına faktiki qiymətlərlə 958 manatlıq məhsul buraxılıb. Cari ilin birinci yarısında Şəki rayonunda 949 yeni iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir. 2015-ci ilin ilk 6 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 158 milyon 805 min manat təşkil edib. Əvvəlki ilin müvafiq dövrünə nisbətən əmtəə dövriyyəsinin həcmi 5,2 faiz artıb.
Azərbaycan sosial dövlətdir və Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşları dayanır. Respublikamızda sürətli iqtisadi inkişaf nəticəsində əldə olunan gəlirlər davamlı surətdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə yönəldilir. Prezident İlham Əliyev neft gəlirlərinin azalmasına baxmayaraq, bütün sosial proqramların yerinə yetirilməsini ölkədə aparılan siyasətin əlaməti kimi səciyyələndirərək vurğulayıb: “...Bütün sosial proqramlar vaxtında icra edilir və bu da siyasətimizin əlamətidir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və heç bir sosial proqram heç vaxt ixtisar olunmayacaq”.
Məhz bu konteksdə bəhs olunan dövrdə Şəki rayonunda əməkhaqlarının, pensiyaların və ünvanlı sosial yardımların əhaliyə çatdırılması, əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması istiqamətində bir sıra zəruri tədbirlər görülüb.
Məlum olduğu kimi, son illərdə sürətli sosial-iqtisadi inkişaf fonunda Azərbaycanın mənzərəsi həm də ölkənin bütün regionlarında aparılan quruculuq-abadlıq işləri, sosial infrastruktur layihələrinin intensiv şəkildə yerinə yetirilməsi ilə səciyyələnib. Ölkənin bütün regionlarında şəhər və kəndlərin abadlaşdırılması, yeni məktəb binalarının inşası, səhiyyə ocaqlarının yenidən qurulması və onların maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya komplekslərinin, gənclər mərkəzlərinin inşası insanlarda məmnunluq hissi doğurur. 2015-ci ilin ilk 6 ayı ərzində Şəki rayonunda da yenidənqurma, tikinti-quraşdırma-abadlıq işləri davam etdirilib. 2003-2014-cü illər ərzində rayonda 25 yeni məktəb binası tikilib. Baş Göynük kəndində 500, Baş Şabalıd kəndində 180, Göybulaq kəndində 180 və Qoxmuq kəndində 750 şagird yerlik məktəb binalarının tikintisi başa çatmaq üzrədir. 180 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbinin tikintisi də davam etdirilir.
Bundan başqa Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə qarışıq tipli uşaq internat məktəbində əsaslı təmir işləri aparılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki şəhərində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün yeni 5 fərdi yaşayış evinin tikintisi davam etdirilir. Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik ixtisaslaşmış reabilitasiya mərkəzinin və 25 yerlik sığınacağın tikintisi planlaşdırılır. Rayonun Kiş kəndi ərazisində “Marxal” istirahət kompleksinin tikintisi davam etdirilir. Kompleksə 7 mərtəbəli mehmanxana, SPA mərkəzi, restoran və kotteclər daxildir. Tikintinin ümumi sahəsi 27 min 839 kvadratmetrdir. Hazırda kompleksin binalarında daxili tamamlama və 50 hektara yaxın ərazidə abadlıq işləri davam etdirilir. Dünya Bankının dəstəyi və Ədliyyə Nazirliyinin sifarişi ilə tikintisi həyata keçirilən “Məhkəmə Kompleksi”nin 2015-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Son illərdə ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinə də böyük qayğı göstərilir, yeni uşaq bağçaları tikilir, uşaqların hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, Şəki rayonunda da məktəbəqədər təhsil müəssisələri xüsusi diqqət və qayğı ilə əhatə olunub. Rayonda əhalinin daha sıx məskunlaşdığı ərazilərdə hər biri 100 yerlik 2 uşaq bağçasının tikintisi artıq başa çatmaq üzrədir. Ümumiyyətlə, son 3 ildə Şəkidə 10 uşaq bağçası tikilib və yaxud əsaslı təmir edilib. Hazırda 2 yeni bağça binasının tikintisi ilə yanaşı şəhər 19 saylı uşaq bağçası əsaslı təmir edilir, 11 saylı bağçanın təmiri ilə bağlı layihələndirmə işləri isə başa çatmaq üzrədir.
Beləliklə, bütün bu sadalananlar ölkənin şimal-qərb regionunun, o cümlədən Şəki rayonunun əldə etdiyi uğurlar barədə ətraflı təəssürat yaradır. Bu, eyni zamanda, respublikamızda inkişafın davamlı xarakter daşıdığını təsdiqləyir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46
