Regionlarda kənd təsərrüfatı məhsullarının istehsalında ciddi artım müşahidə olunur
08.08.2015 [00:07]
Bu nəticənin əldə edilməsində Dövlət proqramlarının uğurla icra olunması da xüsusi rol oynayır
Məlum olduğu kimi, Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı iqtisadi diversifikasiya siyasətinin ön komponenti olmaqla yanaşı, yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformalar, innovativ iqtisadiyyata hazırlıq, kreativ quruculuq və digər sistemli hədəflərin reallaşmasında mühüm bir dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. İstehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb.
Bu proqramların icrası nəticəsində ölkədə kənd təsərrüfatı sahəsində də ciddi artım müşahidə olunur. Çünki proqramların əsas hədəflərindən biri qeyri-neft sektorunda xüsusi yer tutan aqrar sahənin inkişafıdır. Güclü sənaye potensialı olan Azərbaycan, eyni zamanda, kənd təsərrüfatının geniş inkişaf perspektivlərinə malik ölkədir. Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun inkişaf etdirilməsi sosial baxımdan da ciddi önəm kəsb edir. Bütün bu və digər amillər, həmçinin, qlobal miqyasda yaranan yeni çağırışlar ölkəmizdə kənd təsərrüfatının intensiv metodlarla inkişafını mümkün və zəruri edir. Təsadüfi deyil ki, son illərdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətində kənd təsərrüfatında yüksək inkişafa nail olunması istiqaməti mühüm yer tutur. Məhz bunun nəticəsidir ki, bu ilin birinci yarısında kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. İyul ayının 1-nə olan məlumata görə, qarğıdalı da daxil olmaqla 2,1 milyon ton payızlıq və yazlıq dənli və dənli-paxlalı bitkilərdən məhsul toplanıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 320,9 min ton çox məhsul yığılıb. Ötən ilin birinci yarısı ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 14 faiz, heyvandarlıq məhsullarının istehsalı 2,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 7,3 faiz artıb.
Qeyd etdiyimiz kimi, ölkədə kənd təsərrüfatının inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Respublikamızda “Aqrolizinq” ASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə yönəldilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün növ vergi ödənişlərindən azaddırlar. Müasir meliorasiya, irriqasiya sistemləri dövlət investisiyaları hesabına qurulur. Mineral gübrələrin dəyərinin 50 faizdən çoxu, texnikanın dəyərinin 40 faizi dövlət büdcəsinin vəsaitləri hesabına kompensasiya olunur. Mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilib. Ölkəmizdə hər il təqribən 600 min kənd təsərrüfatı məhsulları istehsalçısı dövlət dəstəyindən bəhrələnir. Son bir ildə kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən, taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. O da əlamətdar haldır ki, kənd təsərrüfatı istehsalçılarına verilən texnikanın 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib. Tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına 2014-cü ildə fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə ediblər. Bu da məhsulun maya dəyərinin əhəmiyyətli dərəcədə azalması nəticəsində fermerlərin gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə müsbət təsir göstərib. Bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım göstərilib.
Yeri gəlmişkən xatırladaq ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. Respublika Komissiyası 60 rayon (şəhər) komissiyası üzrə 372234 istehsalçıya 1263947 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63197350 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Təbii ki, dövlətin yüksək diqqət və qayğısı aqrar sahədə məhsuldarlığın əsaslı şəkildə artmasını təmin edib. Bunu cari ilin iqtisadi göstəriciləri də təsdiq edir. Ümumiyyətlə, bölgələrdə məhsul istehsalına dair bəzi faktlara diqqət yetirək. Məsələn, tovuzlu fermerlər cari ildə 1624 hektar sahədə bol tərəvəz yetişdiriblər. Fermerlər artıq tərəvəz yetişdirilən sahələrin 1210 hektarının məhsulunu yığıblar. Sahələrdən 21 min 70 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 174,1 sentner olub. Tədarük olunan məhsul ötən ilin eyni dövrü ilə müqayisədə 1140 ton çoxdur.
2015-ci ilin birinci yarım ili ərzində Ağstafa rayonu üzrə ümumi məhsul istehsalının həcmi 48,2 milyon manat olub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çoxdur. Cari ilin ötən dövrü ərzində kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artıb. 2015-ci ilin birinci yarım ili ərzində yerli gəlirlər üzrə proqnoz 106,2 faiz yerinə yetirilib. Məlum olduğu kimi, Ağstafa rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2015-ci ilin taxıl mövsümündə 7714 hektar sahədən 22441 ton məhsul istehsal edilib, hər hektardan məhsuldarlıq 29,1 sentner olub. Payızlıq və yazlıq bitkilərin əkilib-səpilməsində “Ağstafa Aqroservis” MMC-nin 59 ədəd və “Aqrolizinq” ASC-nin Ağstafa Aqroservis xidmətinin 72 ədəd müasir kənd təsərrüfatı texnikasından istifadə olunub. Bu da rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradır. Onu da qeyd edək ki, ağstafalı fermerlər 608 hektar kartof sahəsindən 9 min 800 ton məhsul əldə ediblər. Kartof sahələri əvvəlki illə müqayisədə 148 hektar artırılıb. Eyni zamanda, ötən ilə nisbətən bu il 5 min 39 ton daha çox məhsul istehsal olunub. Hər hektardan orta hesabla 161,29 sentner məhsul tədarük olunub ki, bu da keçən illə müqayisədə 57,7 sentner çoxdur.
Kənd təsərrüfatı İsmayıllı rayonunda da iqtisadiyyatın aparıcı sahəsidir. Potensial imkanların araşdırılması və onlardan səmərəli istifadə “Kənd təsərrüfatı ili” olan 2015-ci ildə ismayıllılara uğurlu nəticələr qazandırır. Cari ildə istifadə olunmayan torpaqların əkin dövriyyəsinə qatılması, aqrar sektorun ayrı-ayrı sahələrində müasir texnologiyalardan istifadə, fermerlər, həmçinin, kənd təsərrüfatı sahələrində çalışanlar arasında aparılan maarifləndirici tədbirlər, mütəxəssislərin qüvvələrindən səmərəli istifadə və s. “Kənd təsərrüfatı ili”ndə diqqətəlayiq nəticələrin qazanılmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, ilin birinci yarısında bu sahədə ümumi məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 521 min manat artıb. Rayon tarixində rekord miqdarda - 102 min ton taxıl istehsal olunub, dəmyə şəraitində hər hektardan məhsuldarlıq 36,7 sentnerə çatıb. Yazlıq bitkilərin, o cümlədən meyvə-tərəvəz, bostan məhsullarının istehsalı artıb, iqtisadiyyatın gəlirli sahəsi olan meyvəçiliyin, üzümçülüyün inkişafı istiqamətində xeyli işlər görülüb. Həyata keçirilən tədbirlər 2015-ci ilin bütün göstəricilər üzrə uğurla başa çatmasına imkan verəcək.
Ağcabədi rayonunda da 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişaf göstəriciləri uğurludur. Belə ki, ilin altı ayında rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 137.968,1 min manat olub. Bu, əvvəlki illə müqayisədə 18,2 faiz çoxdur. Bu dövrdə 6421 min manatlıq sənaye, 79314,6 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 16.592 min manat investisiya yönəldilib. 2014-cü ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 2,7 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 20,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 3,6 faiz artıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlara Kömək Milli Fondunun xətti ilə 138 sahibkara kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.752.900 manat güzəştli kreditlər verilib ki, nəticədə 339 yeni iş yeri yaradılıb.
Göründüyü kimi, regionların sosial-iqtisadi inkişafında ciddi nəticələr əldə olunur. Bu nəticələrin əldə olunmasında, təbii ki, müvafiq dövlət proqramlarının xüsusi rolu var.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
