Güclü cəmiyyətin təsisçiləri!
08.10.2025 [08:25]
Vətəndaş cəmiyyəti və hüquqi dövlətin əməkdaşlığı...
Hüquqi dövlət yalnız formal prinsip deyil, cəmiyyətdə qanunların hər bir fərdə qarşı bərabər şəkildə tətbiq olunmasını təmin edən, həyatın hər sahəsinə nüfuz edən bir sistemdir. Adətən dövlətlərin konstitusiyalarında insan hüquq və azadlıqlarına geniş yer verilir. Bu cür deklarativ xarakterli hüquqi sənədlərin mövcudluğu hələ hüquqi dövlətin qurulduğu demək deyil. Hüquqi dövlət olmaq üçün ilk növbədə insan haqlarının qorunması lazımdır. Məsələn, Azərbaycan Konstitusiyasının 12-ci maddəsində yazılır ki, insan və vətəndaş hüquqlarının təmin edilməsi dövlətin ali məqsədidir.
Ekspertlər də vurğulayır ki, hüquqi dövlətin vacib aspektlərindən biri hüquqların müdafiəsidir. Müstəqil məhkəmələrin demokratik təfəkkürün inkişafında əhəmiyyətli bir funksiyası var. Çünki yalnız müstəqil məhkəmələr dövlətin gücünü balanslaşdırmağa və hüquqların qorunmasına imkan verir. Hüquqi dövlətin inkişafı isə öz növbəsində vətəndaşların dövlətə və onun qərarlarına olan inamını artırır.
Birgə inkişafın zəruriliyi
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, vətəndaş cəmiyyəti və hüquqi dövlətin birgə inkişafı qarşılıqlı əlaqədə olan və bir-birini dəstəkləyən iki mühüm faktordur. Hüquqi dövlət cəmiyyətin qanunlara uyğun işləməsini təmin etsə də, bu qanunların düzgün tətbiq olunması üçün vətəndaş cəmiyyəti və təşkilatlarının fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Hüquq və qanunların düzgün işləməsi, yalnız dövlətin fəaliyyəti ilə deyil, həm də cəmiyyətin aktiv iştirakını tələb edir.
Bu iki prinsipi bir araya gətirən cəmiyyətlər daha ədalətli, daha inklüziv və daha dinamik olur. Bir tərəfdən güclü vətəndaş cəmiyyəti qanunların təkmilləşdirilməsi üçün təkliflər irəli sürür və dövlətin fəaliyyətini izləyir, digər tərəfdən isə hüquqi dövlətin möhkəmləndirilməsi vətəndaşların hüquqlarını qorumağa imkan verir. Nəticədə, həm cəmiyyət, həm də dövlət daha şəffaf və güvənli olur”.
Vətəndaşların hüquqları təmin edilmədən...
B.Məhərrəmov bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır: “Nəzərə almaq lazımdır ki, vətəndaşların hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyətindən, nə də hüquqi dövlətdən danışmaq olmaz. Elə buna görə də dövlətimiz vətəndaş hüquqlarının və azadlıqlarının keşiyindədir”.
Cəmiyyətin həyati sütunlarından biri...
Deputatın sözlərinə görə, hüquqi dövlətin möhkəmlənməsi və vətəndaş cəmiyyətinin inkişafı, yalnız ölkənin sosial-iqtisadi sahələrinə deyil, həm də müasir dünyadakı siyasi sabitliyə və güvənə də böyük təsir göstərir: “Bu yolda hər bir fərdin vətəndaşlıq məsuliyyəti də önəmlidir. Vətəndaş cəmiyyəti təşkilatları innovativ ideyaların və mürəkkəb sosial problemlərin həllinin təkanverici qüvvələridir. Vətəndaş cəmiyyətinin səciyyəvi xüsusiyyəti olan könüllülük insanlarda ortaq məsuliyyəti inkişaf etdirməklə yanaşı, həvəsli olduqları işləri dəstəkləməyə imkan verir. Bu fəal iştirak sosial əlaqələri gücləndirir və ictimai rifahı artırır. Xüsusilə gənclərin prosesə cəlb edilməsi vətəndaş cəmiyyətinin inkişafı üçün mühüm aspektdir. QHT-lər gəncləri inkişaf təşəbbüslərinə cəlb etməklə gələcək liderlər nəslini yetişdirirlər. Təhsilə, liderlik təliminə və bacarıqların artırılmasına yönəlmiş proqramlar gəncləri icmalarında müsbət dəyişikliklərə səbəb olmaq üçün lazım olan vasitələrlə təchiz edir.
İnkişaf etmək üçün vətəndaş cəmiyyəti dəyişən qlobal dinamikaya uyğunlaşmalıdır. Rəqəmsal alətlər və texnologiyaların tətbiqi əhatə dairəsini və əməliyyat səmərəliliyini artıra bilər. Daha güclü koalisiyaların qurulması və sektorlararası tərəfdaşlıqların təşviqi onların təsirini gücləndirir və davamlılığı təmin edir. Beləliklə, vətəndaş cəmiyyəti fərdlər, icmalar və institutlar arasında uçurumları aradan qaldıran, fəaliyyət göstərən cəmiyyətin həyati sütunudur. Onun demokratiyaya, sosial ədalətə, cəmiyyətin dayanıqlığına və innovasiyaya verdiyi töhfələr əvəzolunmazdır”.
Ölkəmiz böyük nailiyyətlərin müəllifidir
B.Məhərrəmov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılan addımlar ardıcıl və məqsədyönlü olması ilə xarakterizə olunur: “İctimai təsisatların, qeyri-hökumət təşkilatlarının, medianın fəaliyyəti üçün hüquqi zəmin, qanunvericilik bazası və praktik müstəvi yaradılıb. Nəticə etibarı ilə Azərbaycan vətəndaş cəmiyyətinin tərəqqisində daha böyük nailiyyətlərin müəllifinə çevrilir”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

