Milli dəyərlərimizin təbliği...
30.05.2025 [09:13]
Keçmişə sədaqət, gələcəyin möhkəm bünövrəsidir
Zamanın sürətlə dəyişdiyi, qloballaşmanın sərhəd tanımadığı bir dövrdə milli dəyərlərimizin qorunması və təbliği mədəni - mənəvi məsələ olmaqla yanaşı, həm də strateji zərurətə çevrilib. Aksiomadır ki, milli dəyərlərindən uzaq düşın cəmiyyətlər zamanla aşınmaya məruz qalır, xarici təsirlərin asan hədəfinə çevrilir. Bu baxımdan milli dəyərlərin təbliği bütövlükdə cəmiyyətin, o cümlədən media, ailə, gənclər təşkilatları, ictimai institutlar və hər bir vətəndaşın üzərinə düşən məsuliyyətli bir vəzifə sayılır.
Günümüzün ən mühüm prioritetlərindən biri məhz milli-mənəvi dəyərlərimizin müasir formada yaşadılması və gələcək nəsillərə ötürülməsidir. Buna nail olmaq üçün isə milli həmrəylik, birlik ən mühüm amillərdəndir - milli dəyərlərin təbliği xalqın mənəvi immunitetini gücləndirir, gənclərin milli ruhda tərbiyəsinə töhfə verir və cəmiyyətin mənəvi birliyini qoruyur. Çünki Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və yüzillər boyunca cilalanmış milli dəyərləri bu gün bizim həm kimliyimiz, həm də güc mənbəyimizdir.
Azərbaycan xalqı hər zaman öz ənənələrinin keşiyindədir
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Ülviyyə Həmzəyeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, milli dəyərlər hər bir xalqın kimliyini, ruhunu və mənəviyyatını yaşadan əsas sütunlardandır. Tarixə, ədəbiyyata, mədəniyyətə, adət-ənənələrə söykənən bu dəyərlər nəsillər arasında körpü rolunu oynayır. Zaman dəyişə, texnologiya inkişaf edə bilər, lakin milli dəyərlərin qorunması və təbliği daim prioritet olmalıdır. Bu baxımdan, Azərbaycan cəmiyyətində bu məsələyə yanaşma təkcə bir ictimai məsuliyyət deyil, həm də strateji və milli təhlükəsizlik məsələdir. Milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus olan dövlətçilik tarixinin, adət-ənənələrimizin dərindən öyrənilməsi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət siyasətinin ən mühüm prioritetlərindən biri kimi önə çıxır: “Bu istiqamətdə aparılan maarifləndirmə və təbliğat isə hər zaman özünü müsbət tərəfdən göstərməkdədir. Tarixi yaddaş olduqca vacib amildir. 44 günlük müharibə günlərində bir daha şahidi olduq ki, qələbələr əldə etmək, zəfər qazanmaq üçün məhz milli kimlik, milli yaddaş amili mühüm əhəmiyyət daşıyır. Zəfərin qazanılmasında rolu olan amillər sırasında milli dəyərlərin təbliğinin rolu danılmazdır. Vətənə sevgi, torpağa bağlılıq, şəhidlik anlayışına yüksək münasibət, birliyi və həmrəyliyi təşviq edən milli düşüncə əsgərlərimizə güc verdi. Gənc nəsil yalnız texniki hazırlıqla deyil, həm də mənəvi-ideoloji baxımdan yetişdirildi. Əsgərlərimiz döyüş meydanına cənab Prezidentimizin müəllifi olduğu “Qarabağ Azərbaycandır!” şüarı ilə atılır, şəhid olmağı Vətən üçün ən uca zirvə kimi qəbul edirdilər. Bu isə məhz illərlə formalaşdırılan milli dəyərlərin, vətənpərvərlik ruhunun nəticəsi idi. Yəni bu müharibə yalnız silahlarla deyil, ruhla, milli kimliklə qazanıldı. Məhz milli dəyərlərimiz bizi qələbəyə aparan yolda birləşdirən ideoloji əsas oldu”.
Millət vəkili qeyd edib ki, milli dəyərlərin təbliği dövlətin strateji fəaliyyət sahəlırindən biridir. Dövlət siyasətində milli dəyərlərin təbliği xüsusi yer tutur. Azərbaycan dövləti bu istiqamətdə kompleks addımlar atır: “Təhsil proqramlarında milli-mənəvi dəyərlərin təbliği, milli bayramların, tarixi günlərin təntənəli şəkildə qeyd olunması, dövlət dəstəyi ilə film, kitab və sənədli layihələrin hazırlanması bunun nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə milli ideologiyanın vacibliyini vurğulayıb, “Biz milli köklərə əsaslanaraq müasir cəmiyyət qururuq” fikri ilə bu istiqamətdə konseptual yanaşma sərgiləyib. Dövlətin mədəniyyət, təhsil və informasiya siyasətində milli dəyərlərin mərkəzi yer tutması təkcə daxili siyasətin deyil, həm də xarici mədəni diplomatiyanın ayrılmaz hissəsinə çevrilib”.
Ü.Həmzəyeva onu da bildirib ki, bu gün Azərbaycan cəmiyyətində milli dəyərlərin təbliği sistemli və yüksək səviyyədə həyata keçirilir. “Eyni zamanda, işğaldan azad olunmuş bölgələrdə milli irsin canlandırılması istiqamətində görülən işlər bu siyasətin davamlılığını göstərir. Gənc nəslin bu istiqamətdə maarifləndirilməsi, milli qəhrəmanların tanıdılması, folklorun və xalq sənətinin təşviqi ölkənin mənəvi təhlükəsizliyinin əsas dayağıdır. Nəticə etibarı ilə, milli dəyərlərin təbliği yalnız keçmişə sədaqət deyil, həm də gələcəyin möhkəm bünövrəsidir. Qələbə ruhunu yaşadan, milli kimliyimizi qoruyan, gənc nəslə vətən sevgisini aşılayan bu dəyərlər hər birimizin gündəlik fəaliyyətində öz əksini tapmalıdır. Dövlət və cəmiyyət olaraq bu amilə xüsusi önəm vermək, gələcək nəsilləri bu ruhda yetişdirmək bizim tarix və şəhidlərimiz qarşısında borcumuzdur”, deyə Milli Məclisin üzvü əlavə edib.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

