Ətraf mühitin mühafizəsi uğrunda...
21.11.2024 [08:56]
Mühüm müzakirələr davam edir
Noyabr ayının 11-dən etibarən bütün dünyanın nəzəri Azərbaycana yönəlib. Məlumdur ki, ölkəmiz BMT-in ən böyük tədbirlərindən biri olan COP29-a ev sahibliyi edir. Artıq konfrans çərçivəsində bir sıra mühüm tədbirlər, o cümlədən də Liderlər Sammiti böyük uğurla baş tutub.
Paytaxtımızda dünyada aktual olan iqlim dəyişmələri ilə bağlı müzakirələr aparılır və önəmli qərarlar qəbul olunur. Qlobal istiləşmə və güclü sənaye inkişafı fonunda iqlim dəyişmələrindən bütün ölkələr təsirlənir. Bundan başqa, 21-ci əsrdə ekoloji tarazlığı qoruyub saxlamaq, təbii ehtiyatlardan səmərəli istifadə, su, torpaq və atmosferi çirklənməkdən mühafizə etmək ümumbəşəri problemə çevrilib. Bir tərəfdən dünya demoqrafik artımla “qol-boyun”dur, digər tərəfdən də qlobal istiləşmə, ozon qatının deşilməsi, təbii ehtiyatların tükənməsi kimi məsələlər ciddi narahatlıq doğurur.
Statistik rəqəmlərə əsaslanaraq söyləmək olar ki, dünyada hər il minlərlə hektar meşə və çəmənlik, bitki örtüyü ilə zəngin yaşıllıqlar məhv edilir. Meşələrin məhv olması Yer kürəsinin münbit qatı hesab olunan torpağın şoranlaşmasına, eroziyaya uğramasına, sürüşmələrin baş verməsinə səbəb olur ki, bu da böyük dağıntılar və fəlakətlərlə nəticələnir.
Su resurslarımz 20-30 faiz azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su, enerji ərzaq və ekosistemlər üzrə regional əməkdaşlıq vasitəsi ilə iqlim fəaliyyətinin sürətlənməsi” mövzusundakı Dəyirmi Masada çıxış edib. Onun sözlərinə görə, iqlim dəyişikliyi nəticəsində Azərbaycanın su resursları 20-30 faiz azalıb: “Biz Qanıx çayı hövzəsində Gürcüstanla birlikdə adaptasiya planları hazırlamaq istəyirik. Hər iki ölkə bu sahədə qətiyyətlidir. Beynəlxalq qurumların da bu sahədə dəstəyi önəmlidir. Biz Gürcüstanla əməkdaşlığı genişləndirmək istəyirik”.
Son 25 ildə Bakıda istilik dalğaları 14 dəfə artıb
“Şəhərlərdə təbiət, sağlamlıq və dayanıqlılıq” mövzusunda yüksək səviyyəli dəyirmi masada iştirak edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, 2050-ci ilə qədər şəhərlərin əhalisi 2.5 milyard artacaq və qlobal əhalinin 68%-i şəhərlərdə yaşayacaq.
O, qeyd edib ki, qlobal istiləşmə şəhərlərdə daha tez-tez və ciddi şəkildə hiss edilən ekstremal hava hadisələri ilə müşayiət olunur:
“Sürətli urbanizasiya səbəbindən antropogen təzyiq həm təbiət, həm də insan sağlamlığı üçün əlavə risklər yaradıb. Bu, su və hava çirklənməsi, biomüxtəlifliyin itirilməsi və torpağın deqradasiyası vasitəsilə müşahidə edilib. Son onilliklərdə şəhər ərazilərinin əhalisi iqlim dəyişikliyi ilə bağlı ekoloji dəyişikliklər də daxil olmaqla bir çox qlobal problemlərə qarşı daha həssas hesab edilir. Ətraf mühitin bütün bu mənfi transformasiyaları gələcək nəsillərə təsir edəcək”.
U.Tağıyeva qeyd edib ki, iqlimin istiləşməsi və istilik dalğaları şəhər əhalisinin sağlamlığı üçün daha çox risk yaradır: “Xüsusilə böyük şəhərlərdə əhali hava şəraitinə daha həssasdır. Son illərdə regionumuzda 25 m/s-dən yuxarı güclü küləklərin sayı 12 dəfə artıb. İstilik dalğaları Azərbaycanda tezləşib və Bakı şəhərində 1990-cı illərlə müqayisədə 14 dəfə artıb”.
Ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir: “Azərbaycanda ətraf mühitin mühafizəsi xərcləri 2 dəfədən çox artırılır. İştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29-?? dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Əgər 2018-ci ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsi tədbirlərinə 178,3 milyon manat (dövlət büdcəsində xüsusi çəkisi 0,77%) manat vəsait ayrılmışdısa, 2024-cü ildə bu rəqəm 376,9 milyon manat (2,1 dəfə çox və dövlət büdcəsində xüsusi çəkisi 0,95%) təşkil edir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

