Yaşıl Rəqəmsal Fəaliyyət...
16.11.2024 [09:23]
Yüksəksəviyyəli açılış sessiyası keçirilib
Məlum olduğu kimi, ölkəmiz növbəti mühüm tədbirə ev sahibliyi edir. COP29 ərəfəsində gündəmin əsas mövzuları sırasında yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, onların təsirləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellektin rolu böyük əhəmiyyət daşıyır. Bu baxımdan “yaşıl” texnologiyaların tətbiqi məsələsi ölkəmizdə ətraflı şəkildə tədqiq edilən məsələlərdən biridir. Rəqəmsal innovativ texnologiyaların tətbiqi ilə “yaşıl” iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsinin yüksəldilməsi aktuallıq kəsb edir.
Noyabrın 14-də rəqəmsal texnologiyalar sənayesində davamlılıq üzrə əməkdaşlığı gücləndirmək üçün Yaşıl Rəqəmsal Fəaliyyət trekinin yüksəksəviyyəli açılış sessiyası keçirilib. Sessiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), COP29 Sədrliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və BMT-nin Rəqəmsal Texnologiyalar Agentliyi tərəfindən təşkil olunub. Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak ediblər.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Doreen Bogdan-Martin bildirib ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü sənayenin yaşıl keçidə necə rəhbərlik edə biləcəyinə və iqlimə davamlılığı gücləndirə biləcəyinə dair güclü bir nümunə yaradır: “Rəqəmsallaşma Günündən sonra ortaya çıxacaq Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi bizə irəliyə doğru yol göstərir. Bizə isə hazırda lazım olan məqsədlə və bərabər məsuliyyətlə idarə olunan iqlimə uyğun rəqəmsallaşmadır”.
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev iqlim dəyişikliyi ilə mübarizədə güclü vasitə olan rəqəmsallaşmanın potensialından tam yararlanmaq üçün dayanıqlı infrastruktura və ətraf mühitə təsirə üstünlük verən balanslaşdırılmış yanaşmaya ehtiyac olduğunu vurğulayıb: “Yalnız rəqəmsallaşma vasitəsilə davamlı gələcəyi təmin etmək üçün lazım olan sürət, dəqiqlik və çevikliyə nail ola bilərik”.
Müzakirələrdə texnologiya sektorunda emissiyaların azaldılmasının zəruriliyi və ekoloji həllərdə texnologiyanın rolu vurğulanıb. Sessiya rəqəmsallaşma və iqlim fəaliyyətinə dair tematik müzakirələrlə davam edib, uğurlu əməkdaşlığı nümayiş etdirib. Belə ki, il ərzində çoxtərəfli Yaşıl Rəqəmsal Fəaliyyətin əsas nəticələri və tərəqqi yeniləmələri diqqətə çatdırılıb.
Çıxış edənlər bu sessiyanın ekoloji problemlərin həllində və hamı üçün dayanıqlı gələcəyin qurulmasında rəqəmsal həllərin oynaya biləcəyi mühüm rolu vurğulayan dinamik proqramın başlanğıcı olduğunu bildiriblər. Beləliklə, COP29-da Yaşıl Rəqəmsal Fəaliyyət treki fəal iştirakı, mənalı dialoqu təşviq etmək və birgə iqlim fəaliyyətində innovativ ideyaları oyatmaq üçün nəzərdə tutulub.
Qeyd olunub ki, müzakirələr və seminarlar silsiləsi davamlılıq standartlarının əhəmiyyəti, “Xalis Sıfır” İKT sektoruna aparan yol, iqlim dəyişikliyi ilə mübarizə və erkən xəbərdarlıq sistemləri üçün süni intellektdən istifadə edilməsinə yönələcək.
Məlumat üçün bildirək ki, Yaşıl Rəqəmsal Fəaliyyət təşəbbüsü COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə daxil olan 14 qlobal təşəbbüsdən biridir. Bu təşəbbüs tək bir hadisə deyil, həm də innovasiya və dayanıqlığa əsaslanan rəqəmsallaşmanın gələcək COP-larda prioritet olaraq qalmasını təmin edərək davamlı sürət yaratmağa çağırışdır. COP29 çərçivəsində təşəbbüsün yekun tədbiri - Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa COP29 çərçivəsində ilk Rəqəmsallaşma Günündə - noyabrın 16-da keçiriləcək. Tədbirdə dünyanın bir sıra ölkələrindən dövlət və özəl sektor nümayəndələri, o cümlədən İKT sahəsi üzrə qlobal miqyasda aparıcı tərəfdaşlar iştirak edəcəklər.
Dəyirmi masada bir sıra kritik mövzular, o cümlədən rəqəmsal innovasiyanın iqlim strategiyalarına inteqrasiyası, iqlim monitorinqinin rəqəmsal alətlərlə artırılması, rəqəmsal inklüzivliyin təşviqi və rəqəmsal texnologiyaların ətraf mühitə təsirlərinin azaldılması müzakirə ediləcək. Dəyirmi masanın sonunda dayanıqlı və yaşıl dünya naminə bütün maraqlı tərəflərin iştirakı ilə yekun sənəd - Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamənin qəbul edilməsi gözlənilir.
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə rəqəmsal texnologiyaların iqlim dəyişikliyi ilə mübarizədəki potensialını tanımaqla yanaşı, dayanıqlı və inklüziv praktikaların təşviqinə də əhəmiyyətli bir addımdır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35

