Şuşada mühüm iclas...
10.10.2024 [09:16]
İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası baş tutub
Ölkəmiz özünəməxsus qədim maddi və mənəvi irsə, mədəni dəyərlərə malikdir. Milli mədəniyyətimizin qorunması və inkişafı həm də milli dövlətçiliyin möhkəmləndirilməsi deməkdir. Azərbaycan xalqı öz dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, eləcə də milli-mənəvi dəyərlərinə hər zaman bağlı olub. Məhz bu bağlılıq sayəsində dəyərlərimiz bu günədək özünəməxsusluğunu qoruyub saxlaya bilib.
Bunun nəticəsidir ki, əsrlər boyunca təşəkkül tapmış və yaşadılmış milli-mənəvi irsimizin əhəmiyyətli hissəsi bu gün də cəmiyyət həyatının ən müxtəlif sahələrində əks olunur. Məsələn, dövlətimizin mədəniyyət siyasətində maddi və mənəvi irsin qorunması, beynəlxalq miqyasda təbliği əsas istiqamətlərdən biridir. Ölkəmiz bununla bağlı bir sıra mühüm tədbirlərə ev sahibliyi edir. Həmin tədbirlərin keçirilməsində əsas məqsədlərdən biri isə Azərbaycanın elm və mədəniyyətinin, həmçinin dövlətçilik tariximizin təbliği, ölkəmizə gələn qonaqlara adət-ənənələrimiz barədə məlumatın verilməsidir.
Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan etmişdi. Ölkə başçısı 2022-ci il yanvarın 5-də isə bununla bağlı Sərəncam imzaladı. Mühüm siyasi və tarixi əhəmiyyət kəsb edən bu sərəncam dövlət başçısının xalqımızın tarixi və mədəni dəyərlərimizə xüsusi diqqətinin, böyük ehtiramının göstəricisi idi. 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi, həmçinin Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir.
Məlumdur ki, Şuşa işğaldan azad edildikdən sonra öz beynəlxalq şöhrətini bərpa edib. Düşmən əsarətindən azad edilmiş Şuşa mədəniyyətimizin, adət-ənənələrimizin, milli və dini dəyərlərimizin təbliği istimqamətində müxtəlif və mötəbər tədbirlərə ev sahibliyi edir.
Həmin tədbirlərdən biri də oktyabrın 8-9-da baş tutdu. Belə ki, oktyabrın 8-də İslam dünyasının mədəniyyət paytaxtı Şuşada ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası işə başlayıb. İclasın keçirilməsində məqsəd üzv dövlətlərin öz tarixi obyekt və mədəniyyət elementlərinin ISESCO-nun İslam Dünyası İrs Siyahısına daxil edilməsi ilə bağlı təkliflərin müzakirə edilməsidir.
Mədəniyyət Nazirliyindən bildirilib ki, Şuşaya gələn qonaqlar əvvəlcə mədəni irs yerlərinə ekskursiya ediblər. Tədbirdə çıxış edən Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları salamlayıb və komitənin işinə uğurlar arzulayıb. Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin tədbir iştirakçılarına müraciəti oxunub.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında Azərbaycanın mədəni irsi və bu irsin qorunması naminə həyata keçirilən dövlət siyasəti haqqında ətraflı məlumat verib. Ölkəmizin zəngin tarixi-mədəni irsində Qarabağ irsinin xüsusi yer tutduğunu deyən S.Yusifova, işğal dövründə dağıdılmış abidələrə dair statistik məlumatları paylaşaraq, mədəni mühitin və irsin canlandırılması üçün hazırda davam edən bərpa-quruculuq işləri haqqında danışıb. Bununla yanaşı, təbii irsin qorunmasının vacibliyini vurğulayan nazir müavini, Mədəniyyət Nazirliyinin COP29 çərçivəsində planlaşdırdığı beynəlxalq tədbirlər və yeni təşəbbüslər haqda danışıb.
Komitənin sədri, Səudiyyə Ərəbistanın təmsilçisi Alayidarus Muhammed yüksək səviyyədə təşkilatçılığa görə ev sahibi Azərbaycana təşəkkürünü bildirib və sessiyanın gündəliyi barədə məlumat verib.
Açılış sessiyasının sonunda Şuşa Şəhəri Dövlət Qoruğuna həsr olunmuş xüsusi təqdimat izlənilib. Daha sonra Komitənin üzvləri xatirə fotosu çəkdiriblər.
Fasilədən sonra keçirilən birinci sessiyada İslam Dünyası İrs Mərkəzinin direktoru Vebber Ndoro tərəfindən Mərkəzin konsepsiyası, növbəti iki ili əhatə edən prioritetləri təqdim olunub. Təqdimata dair Azərbaycan, Burkino Faso, Qətər, Fələstin və digər ölkələrin təklifləri müzakirə edilib. Ekspertlər şurasında ölkəmizi təmsil edən Rizvan Bayramovun çıxışında Komitə tərəfindən İslam ölkələrində mövcud olan qeyri-islam irsi, eləcə də, qeyri-islam ölkələrində mövcud İslam irsinin müvafiq siyahıyaalma mexanizmləri üzrə işin təkmilləşdirilməsi təklif olunub.
İkinci sessiyada isə 2024-cü ildə həyata keçirilmiş layihələr üzrə hesabatlara baxılıb, Komitə üzvlərinin təklifləri müzakirə edilib. ICESCO-nun İslam Dünyası İrs Komitəsinin 12-ci sessiyası işini dünən tamamlayıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

