“Tərəfdaşlıqdan tərəqqiyə”...
09.10.2024 [10:12]
Təhsilin İnkişafı Forumu keçirilib
Dünən Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr edilən Təhsilin İnkişafı Forumu keçirilib. Forum Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” şüarı ilə öz işinə başlayıb. Forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platformanın təmin edilməsi və prosesin hərtərəfli dəstəklənməsidir. Forum çərçivəsində 3 moderator və 21 spiker “Tərəfdaşlıqdan ?ərəqqiyə” şüarı ilə “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müxtəlif mövzular haqqında müzakirələr aparıblar.
Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev ölkədə ikinci dəfədir keçirilən Təhsilin İnkişafı Forumunun müxtəlif tərəfləri, özəl və dövlət qurumlarını bir araya gətirdiyini vurğulayıb. Nazir Təhsilin İnkişafı Fondunun yaradılmasının tərəqqiyə atılan bir addım olduğunu bildirib. Daha sonra TÜBİTAK TEMEG İdarə Heyətinin üzvü, “Catalysade” şirkətinin təsisçisi Sanem Yalçıntaş Sabuncuoğlu məruzə ilə çıxış edib.
“Biliyi dəyərə çevirən sinerji”
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluq etdiyi “Biliyi dəyərə çevirən sinerji” adlı ilk paneldə elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Səməddin Əsədov çıxış ediblər.
Fundamental elmi tədqiqatların olması vacibdir
E.Əmrullayev bildirib ki, hazırda təhsilə investisiya məsələsi ən çox xaricdə təhsillə bağlıdır: “Ötən il Azərbaycan xaricdə təhsil almaq hüququ qazanmış 500 nəfərdən 168-i dünyanın “Top10” təhsil müəssisəsinə qəbul olub. 300-ə yaxın startap var ki, bunu ancaq tələbələr yaradıb. Onlardan 14-ü kənardan sərmayə cəlb edə bilib. Bu sərmayənin həcmi 8,5 milyon manatdır. Düşünürəm ki, bu məsələdə tamam fərqli nəticələr görəcəyik”.
Nazir qeyd edib ki, fundamental elmi tədqiqatların olması vacibdir. Onun sözlərinə görə, təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə edilməsi çətindir.
“Bəzi insanlara “Siz alim deyilsiniz, sadəcə elmi dərəcəniz var deməliyik. Elmi tədqiqatı olmayan insanlara görə elm geri gedir. Bizdə elmin özü deyil, sadəcə imitasiyası var. Bu insanların şəxsiyyəti ilə deyil, fəaliyyəti ilə bağlı məqamdır”.
Texniki-mühəndislik ixtisaslarına maraq artıb
Daha sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, əvvəlki illərdə peşə təhsili ilə bağlı humanitar sahələrə maraq çox idisə, indiki məqamda texniki-mühəndislik kimi ixtisaslara maraq artıb: “Hazırda İnnovasiya Fəaliyyəti haqqında qanun layihəsinin təkmilləşdirmə layihəsi hazırlanıb, hökumətə təqdim edilib. Hesab edirəm ki, biz rəqəmsal iqtisadiyyat sahəsində yenilikləri artırmalıyıq. Bu sahədə dəyişiklikləri qısa müddətdə etmək mümkün deyil. Lakin transformasiyaya hazır olmalıyıq. Kimliyindən, vəzifəsindən asılı olmayaraq, hər kəs biliyini daim inkişaf etdirməlidir”.
Cəbrayılda peşə hazırlıq mərkəzi tikiləcək...
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev diqqətə çatdırıb ki, peşə təhsili sahəsində aktiv fəaliyyət həyata keçirilir: “Təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqə təmin edilməlidir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Elm və Təhsil Nazirliyi, o cümlədən digər aidiyyəti qurumlar arasında fikir ayrılığı yoxdur. 2030-cu ilə qədərki inkişaf strategiyasına əsasən regionlar üzrə 10 peşə hazırlığı mərkəzinin yaradılması nəzərdə tutulur. İşğaldan azad edilmiş Cəbrayılda da peşə hazırlıq mərkəzi tikiləcək. Biz bu sahəyə özəl sektoru da daxil etməliyik”.
Elmin prestijinin artırılması önəmlidir
SOCAR-ın prezidenti Rövşən Nəcəf isə diqqətə çatdırıb ki, Neft Şirkəti 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir: “Həmçinin, universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır. Elmin prestijinin artırılması önəmlidir”.
Məktəblilərimizin hazırladığı peyk orbitə buraxılacaq!
“Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov isə kosmik sahədə elmin rolunun vacibliyinə toxunub. O qeyd edib ki, məktəbli və gənclərin layihələrinin stimullaşdırılması istiqamətində addımlar atılır: “Elm və Təhsil Nazirliyi ilə müzakirələrdə razılaşdırılmış bu layihənin hazırlanması artıq başlayıb. Məsələn, keçən il Ermənistan dövləti orbitə peyk göndərdi. Bizə (Azərkosmosa) dedilər, bəs siz bunu edə bilərsiniz? Qurumun bu sahədə potensialı yüksəkdir. Amma biz düşündük ki, o peyki məktəblilərimiz hazırlaya bilər. Nəticə olaraq, gələn il azərbaycanlı məktəblilərin hazırladığı peyk orbitə buraxılacaq”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 14:48
Siyasət
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47

