Sosial və siyasi mədəniyyət
02.10.2024 [09:33]
Fəal vətəndaşlığın göstəricisi kimi...
Gənclərin cəmiyyətə adaptasiyası üçün onların öz hüquqlarını dərk etməsi, vəzifələrini yerinə yetirməsi, məsuliyyətlilik və intizamlılığın artırılması mühüm amildir. Vətəndaşlıq tərbiyəsi şəxsiyyətin formalaşmasında ən başlıca ünsürdür. Çünki bu tərbiyəyə diqqət edilmədikdə kamil insan və yetkin şəxsiyyət yetişdirmək düzgün deyil. Belə ki, şəxsiyyət ilk növbədə vətəndaşlıq məziyyətlərinə, yəni vətəndaşlıq ləyaqətinə, müstəqillik, dövlətçilik ruhuna malik olmalıdır.
Məlumdur ki, Azərbaycan milli ənənələrə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən hüquqi bir dövlətdir. Bu baxımdan vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirmək üçün dövlətimiz sosial siyasətini uğurla həyata keçirir. Hər bir dövlətin Konstitusiyası hüquqi, sosial, siyasi funksiyaları ilə yanaşı, tərbiyəvi funksiyanı da əhatə edir. Bu da hər şeydən əvvəl, şəxsiyyətdə Konstitusiyaya, dövlətin qanunlarına, vətəndaşın hüquq və azadlıqlarına hörmət ruhu aşılayır, müəyyən dünyagörüşü formalaşdırır.
Siyasi və hüquqi mədəniyyətə malik şəxslər
Mövzu ətrafında fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq Sahib Altay bildirib ki, vətəndaşlar fərqli ola bilər, lakin onları vahid sosiumda birləşdirəcək ümumi xüsusiyyətlər olmalıdır. Sosioloqun sözlərinə görə, gənclər bilməlidirlər ki, əsl vətəndaş mənsub olduğu cəmiyyəti fəal şəkildə müdafiə edən, onu inkişaf etdirən və ona xidmət edən şəxsdir: “Layiqli vətəndaş yalnız öz hüquqlarını bilən deyil, onları müdafiə edən haqsızlıqlara qarşı çıxan, Vətəni, onun keçmişi və gələcəyi ilə bağlı məsuliyyət daşıyan, siyasi və hüquqi mədəniyyətə malik şəxsdir”.
Vətəndaşlıq tərbiyəsinin komponentləri...
S.Altay bildirib ki, gənclərə vətəndaşlıq tərbiyəsinin aşılanması onların öz hüquqlarını qorumasına və vətəndaşlıq vəzifələrini reallaşdırmasına zəmin yaradır: “Tədris müəssisələrində təhsil aldıqları müddətdə belə bir hazırlıq tərbiyəvi işin tərkib hissəsi kimi gənclərin formalaşmasına yönəlmiş bir sıra komponentləri özündə birləşdirir. Bunlar nəzəri, əməli və emosional komponentlərdir.
Nəzəri komponent gənclər tərəfindən vətəndaş həyatı üçün lazım olan iqtisadi, hüquqi, psixoloji, siyasi və başqa biliklərin, həmçinin ağlın və intellektin inkişafının əldə edilməsini nəzərdə tutur. Bu komponent sosial-humanitar fənlərin kompleksinə, yəni tarix, fəlsəfə, sosiologiya, politologiya, kulturologiya, hüquqşünaslıq, psixologiya və s. aiddir.
Əməli komponent mülki həyatda aktual olan müxtəlif texnoloji bacarıq və vərdişləri əhatə etməlidir. Söhbət gənclərin seçkilərdə, referendumlarda, ictimai təşkilatların toplantılarında iştirakı bacarıqlarından gedir. Vacibdir ki, gənclər ictimai həyat sahəsində lazımi bacarıqlar və vərdişlərə yiyələnsin, vətəndaş cəmiyyətinin prosedurlarını öyrənsinlər.
Emosional komponent gənclərdə Vətənin, dövlətin taleyinə, onun rəmzlərinə vətəndaşlıq duyğularının ifadə olunması ilə bağlıdır. Məsələn, dünya ölkələrinin bir çoxunda vətəndaşlar daim öz yaşadıqları evlərin eyvanında dövlət bayrağı taxır, öz ölkəsinin himnini dinləyir və oxuyur, mühüm tarixi günlərlə, hadisələrlə, ölkəsinin uğurları ilə bağlı mərasimlərdə iştirak edirlər.
Nəticə...
Sosioloq bildirib ki, vətəndaşlıq tərbiyəsi nəticəsində şəxsiyyətdə bir çox mühüm və bəşəri xüsusiyyətlər formalaşır: “Bu tərbiyə şəxsiyyətin hüquq və vəzifələrinin dərk edilməsini təmin edən, ümumbəşəri dəyərlər və şəxsiyyətin maraqları ilə bağlı olan, vətəndaşlıq keyfiyyətlərini özündə birləşdirən vətəndaşlıq şüuru, vətəndaşlıq hissi, vətəndaşlıq davranışı, vətəndaşlıq fəallığı və vətəndaşlıq mövqeyini formalaşır.
Qeyd olunanlardan belə qənaətə gəlmək olar ki, tədris müəssisələrində həyata keçirilən vətəndaşlıq tərbiyəsi şəxsiyyətin sosiallaşmasına xidmət edir. Eyni zamanda təhsilalanlarda yüksək vətənpərvərlik şüurunun, öz Vətəninə sədaqət hislərinin formalaşmasına, onun mənafelərinin müdafiəsi üzrə vətəndaşlıq borcunun və Konstitusiya vəzifələrinin icrasına hazırlıqla bağlı məqsədyönlü və sistemli təşkil edilmiş fəaliyyət kimi dəyərləndirilir. Belə ki, hər bir azərbaycanlı vətəndaşının mübariz ruhlu, qərarlı, sağlam əqidəli insan kimi yetişərək cəmiyyət həyatına düzgün adaptasiyası tələbi gənc nəslin tərbiyəsi ilə məşğul olan hər kəsin üzərinə məsul vəzifələr qoyur”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

