Bəşəriyyətin nail olduğu ən ideal nizam...
28.09.2024 [10:29]
İnstitusional islahatları davam etdirmək əzmindəyik
Hüquqi dövlətin formalaşması prosesi həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində deyil, eyni zamanda, bütün cəmiyyətə aiddir. Ölkəmiz də müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə deyildi. Məlumdur ki, müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərini yaşayırdı.
1991-1993-cü illərdə ölkəmizdə xaos, özbaşınalıq, siyasi səriştəsizlik hökm sürürdü. Bundan başqa, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk və kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə ilk növbədə sabitliyin bərqərar olmasını zəruri edirdi.
29 il öncə-12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinə böyük vüsət verib. Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarının təmin edilməsi, ölkəmizin Avropa Şurasına inteqrasiyasını sürətləndirmək məqsədilə bir sıra mühüm fərman və sərəncamlar imzalanıb. Həyata keçirilən demokratik islahatların nəticəsi olaraq, Azərbaycanda Milli Məclisə seçkilər keçirilib, müstəqil bələdiyyə institutları formalaşıb.
Ölkəmiz qanunun aliliyini təmin edən hüquqi dövlətdir...
Mövzunu “Yeni Azərbaycan”a şərh edən Milli Məclisin üzvü, deputat Məşhur Məmmədov bildirib ki, qanunların aliliyini təmin edən dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq hər bir cəmiyyət üçün arzuolunandır. Millət vəkilinin sözlərinə görə, qürurverici haldır ki, Azərbaycanda qanunun aliliyini təmin edən hüquqi dövlət qurulub və vətəndaş cəmiyyəti bərqərar olunub.
Deputat qeyd edib ki, bütün bunlar ölkəmizdə demokratiyanın olduğunu, demokratik cəmiyyətin mövcudluğunu təsdiq edir: “Bir qayda olaraq dövlət cəmiyyətin, cəmiyyət isə dövlətin köməyi olmadan köklü məsələləri həll edə bilməz. Vətəndaş cəmiyyətinin inkişaf etmiş strukturu olmayan dövlətlərin demokratik olması çox çətindir.
Hazırda Prezident İlham Əliyev vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət ayırır. Təməli Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik təliminə uyğun olaraq milli mənafenin, dövlətçilik maraqlarının üstün tutulması ölkə başçısının yürütdüyü siyasətin qayəsini təşkil edir. Prezidentin siyasətinin mərkəzində insan amili durduğu günümüzün reallığıdır. Bir sözlə, Azərbaycanın dövlət siyasəti vətəndaşın sosial rifahının, təhlükəsiz yaşayışının təmin edilməsinə xidmət edir”.
Azərbaycan davamlı inkişaf modeli təqdim edib
Millət vəkili vurğulayıb ki, ölkəmizin demokratik inkişaf istiqamətində əldə etdiyi nailiyyətlər beynəlxalq miqyasda da təqdir olunur. Bu istiqamətdə davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir: “Cəmiyyət həyatının bütün sahələrində qanunun aliliyi və hüququn üstünlüyü təmin edilib. Ölkəmizdə reallaşdırılan çoxistiqamətli islahatlar siyasi sistemin təkmilləşməsinə mühüm töhfələr verir. Mövcud reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan siyasi, hüquqi, iqtisadi və institusional islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Azərbaycanın demokratik inkişafının təqdirəlayiq olduğunu vurğulayan ekspertlər bildirirlər ki, ölkəmiz dünyaya spesifik xüsusiyyətlərə malik davamlı inkişaf modeli təqdim edib”.
Demokratik prinsiplərə sadiqlik...
M.Məmmədovun fikrincə, əlamətdar haldır ki, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır: “Bu gün əminliklə demək mümkündür ki, müstəqilliyinin ilk illərində bir sıra ciddi çətinliklərlə üzləşən Azərbaycan qısa müddətdə həm iqtisadi, həm də siyasi sahədə qarşıya qoyduğu əsas hədəflərə çatıb. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlardan biri kimi dəyərləndirilir. Ölkəmizin demokratik dəyərlərə, fundamental insan hüquq və azadlıqlarına sadiqliyi Konstitusiya və digər hüquqi sənədlərlə təsbit olunub. Azərbaycan daim ölkə Konstitusiyası və digər müvafiq qanunvericilik aktları ilə təsbit olunan demokratik prinsiplərə sadiqlik nümayiş etdirir. Respublikamızda bütün sahələrdə müşahidə edilən dinamik inkişafla paralel surətdə cəmiyyətdə vətəndaş fəallığının artması da məmnunluq yaradır”.
Yeganə BAYRAMOVA,
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

