Müqəddəs və toxunulmaz xəzinəmiz...
12.09.2024 [09:24]
Adət-ənənələrimiz necə təbliğ edilməlidir?
Hər bir milləti tanıdan və digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Qədim tarixi olan milli adət-ənənələrimizin formalaşdırdığı dəyərlər sistemi güclü dövlətçilik quruculuğu ilə sıx vəhdət təşkil edir. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr, onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir.
Xalqımızın yüksək mənəvi dəyərlərindən xəbər verən, min illər öncəyə gedib çıxan adət və ənənələri millətin keçmişi, bu günü və gələcəyi arasında dayanıqlı, sarsılmaz mənəvi körpü rolunu oynayır. Qeyd edək ki, mənəvi dəyərlər, milli adət-ənənələr cəmiyyətdə zamanla formalaşır və sonradan ictimai mühitdə rol oynayır, insanların həyat tərzinə, onun formalaşmasına, milli şüurun əməl gəlməsinə mühüm təsir edir. Əlbəttə ki, milli dəyərlərin yaradıcısı elə xalqın özüdür. Tarixdən tez-tez müşahidə etmişik ki, hansı cəmiyyət öz yaratdığı dəyərlərə, milli adət-ənənələrə üz çeviribsə, həmin cəmiyyət, xalq sıradan çıxıb, məhv olub. Bu baxımdan hansısa xalqı, cəmiyyəti məhv etmək üçün onun milli dəyərlərini məhv etmək kifayətdir.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, milli adət-ənənələrin öyrənilməsi və onların mənəvi dəyərlər sisteminə çevrilməsi həmişə aktual olub. Çünki tarixin bütün dövrlərində millətin və xalqın ictimai şüur səviyyəsini əks etdirən adət və ənənələr klassikləşib və mədəni irsə çevrilib. Sosioloq qeyd edib ki, yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq keçmiş adət və ənənələrdən bəhrələnib. Lakin bu, mənəvi dəyərlərin inkişafına, yeniləşməsinə mane olmayıb: “Milli-mənəvi dəyərlərimiz xalqımızın simasında zaman-zaman yaşayıb. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən də elə bir çox məqamda milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz, mənəviyyatımızdır. Bu mənada, Azərbaycan ailəsi də başqa ailələrdən fərqlənir. Ailələrimizdə böyüyə hörmət, ata-anaya sevgi, ehtiramla davranmaq, kiçiklərə qayğı, diqqət əsas göstəricilərdəndir. Bizim gələcək nəsillərə örnək olan əxlaq, tərbiyə simvolu, məhəbbət etalonu kimi daim hörmətlə anılan nümunəvi ailələrimiz çoxdur. Bu ailələr Azərbaycan xalqına sözün həqiqi mənasında böyük şəxsiyyətlər, dahilər bəxş edib.
Azərbaycan müasirləşən, Avropa və dünya birliyinə sürətlə inteqrasiya edən ölkədir. Təbii ki, müasir dünyada sürətlə davam edən qloballaşma prosesləri bizim də ölkədən yan keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında öz milli dəyərlərimizi unutmamalı və bu dəyərlərə sadiq olmalıyıq. Hər bir ölkə və xalq üçün onun milli dəyərləri hər şeydən üstün tutulmalı və digər xalqların dəyərləri ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı, xoş münasibətləri, səmimi dostluğu nəzərdə tuturuq. Biz hər zaman qloballaşma adı altında digər xalqların adət-ənənələrinə zidd olan, milli mentalitetə xas olmayan dəyərlərə qarşı mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir”.
Sosioloq qeyd edib ki, bu gün adət-ənənənin, milli-mənəvi dəyərlərin, milli mənsubiyyətimizin təkcə formal surətdə deyil, həm də məzmun baxımından təsbit olunması uğrunda aparılan mübarizə həm də elmi-nəzəri əsaslara söykənməlidir: “Xüsusilə televiziyanın, mətbuatın, milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda mənəvi mühitin qorunması vacib məsələ kimi realizə olunmalıdır. Müasir dövrdə ən aktual problemlərdən biri qloballaşma prosesi ilə milli adət-ənənələr arasinda optimal nisbətin tapılmasıdır. Qloballaşma prosesi elm, texnologiya ilə və ümumbəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğunu, məhz hansı məsələlərdə məqsədyönlü surətdə ənənəçi, konservatoriya olmağın labüdlüyünü ziyalılar müəyyənləşdirilməlidir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 14:48
Siyasət
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47

