Beynəlxalq əməkdaşlıq fonunda yüksələn Azərbaycan
10.09.2024 [08:22]
Ölkəmiz etibarlı tərəfdaşdır...
Ölkəmizin yürütdüyü siyasətin əsas məqsədlərindən biri dünya birliyinə inteqrasiya, beynəlxalq təşkilatlarla münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. Azərbaycan bu siyasəti 1990-cı illərin əvvəllərindən bəri uğurla davam etdirir. Möhkəm təməl üzərində yaradılan güclü iqtisadi potensial, toplanmış maliyyə resursları, cəmiyyət həyatının bütün sahələrinin dinamik tərəqqisi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin uğurla həlli Azərbaycana tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyə imkan verib.
Prezident İlham Əliyevin rəhbərliyi altında mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bu, artıq heç kimin inkar edə bilməyəcəyi tarixi faktdır. Ölkəmiz dünya birliyinin bütün sahələrində, xüsusilə də, enerji sahəsində aparıcı tərəfdaşa çevrilib. Sözsüz ki, bu sadaladığımız faktların arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır.
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, indi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil: “Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib. Sözsüz ki, bu sadaladığımız uğurlar, dünya birliyi ilə inteqrasiya istiqamətində görülən düzgün işlərin nəticəsində mümkün olmuşdur. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz, bunun üçün konkret addımlar atır”.
T.Rzayevin sözlərinə görə, Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və davamlı olmasıdır. İkitərəfli münasibətlərdə isə qonşu dövlətlərlə qurulan əlaqələr xüsusi məna və əhəmiyyət kəsb edir. Sözsüz ki, ikitərəfli münasibətlər yüksək inkişaf etdiyi halda, üçtərəfli, dördtərəfli, beştərəfli və bütövlükdə çoxtərəfli münasibətlərin də inkişafına ciddi təkan vermiş olur. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsində xarici dövlətlərlə möhkəm ticari-iqtisadi və siyasi əlaqələr qurulur. Öncə anlamaq lazımdır ki, xarici siyasət nədir? Xarici siyasət ölkənin milli maraqlarının beynəlxalq aləmdə təbliği və müdafiə edilməsidir. Əminliklə deyə bilərəm ki, Azərbaycan xarici siyasət, milli maraqlarının beynəlxalq arenada ən yüksək səviyyədə müdafiə edilməsi məsələlərində uğurlu addımlarla irəliləyən dövlətlərdən biridir. Həmçinin bu istiqamətdə dünya birliyi ölkələri ilə sülh və əməkdaşlıq korpusuna sadiqdir. Bu o deməkdir ki, Azərbaycan dünyanın ən qabaqcıl ölkələri ilə iqtisadi və siyasi əməkdaşlıq münasibəti qurmağı bacarıb. Yeganə münasibətlərin korlandığı ölkə Ermənistan idi. Lakin hər kəsə aydındır ki, buna səbəb Ermənistan dövlətinin təcavüzkar siyasəti olub”.
Politoloq qeyd edib ki, ölkə başçısı milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə Azərbaycanı dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib: “Təsadüfi deyil ki, Prezident İlham Əliyev də dünyada ən çox etimad göstərilən liderlərdəndir. Bildiyiniz kimi, noyabr ayında ölkəmiz mühüm tədbirə ev sahibliyi edəcək. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan diplomatiyasının, daxili və xarici siyasətinin uğuru, Prezidentin növbəti qələbəsidir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Bu cür yüksək səviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə inam dayanır. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir. Bu tədbirin keçirilməsi nəticəsində ölkəmizin dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirəcəyi şübhəsizdir. Eynilə beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində də COP29-un əhəmiyyəti danılmazdır. Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün artıq beynəlxaq təşkilatlarla, ümumiyyətlə, bütün BMT strukturları ilə yaxından əməkdaşlıq edir”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42

