Uşaqların hərtərəfli inkişafı üçün...
03.09.2024 [09:58]
Məktəbdənkənar təlim-tərbiyənin rolu
Yeganə BAYRAMOVA
Gənclərin asudə vaxtının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, fiziki aktivliyin yüksəldilməsi, sağlam həyat tərzinin təmin olunması vacibdir. Bəllidir ki, uşaqların intellektual biliklərini və fərdi bacarıqlarını aşkar etmək üçün onların məktəbdənkənar fəaliyyətə marağını artırmaq lazımdır. Şagirdlərin idmana həvəsinin artırılması və onların şəxsiyyət kimi formalaşmasında məktəbdənkənar təhsilin böyük rolu var.
Məlumdur ki, yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Ona görə də uşaq və gənclərin dərsdən sonra müxtəlif dərnək və qruplarda iştirakı onların hərtərəfli inkişafına şərait yarada bilər. Qeyd edək ki, məktəbdənkənar təlim-tərbiyə könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır. Bu istiqamətdə təşkil edilən dərnəklərin əksəriyyətində sağlam həyat tərzinin aşılanması istiqamətində də gənclərlə mühüm iş aparılır. Belə ki, yeniyetmələrə zərərli vərdişlərdən uzaq olması, fiziki aktivliklə bağlı yetərincə tövsiyələr verilir.
Uşaqlarımızı mənəvi cəhətdən də kamil böyütməliyik
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Elvin Hüseynov bildirib ki, istənilən bir ölkənin, hətta cəmiyyətin gələcəyi məhz uşaq və gənclərdən, onların fiziki-mənəvi inkişafından bilavasitə asılıdır. Onun sözlərinə görə, düzgün seçilmiş idman növü ilə məşğul olan uşaqlar daha çevik, hərəkətli, özünə inamlı olurlar. E.Hüseynov qeyd edib ki, ölkəmizdə uşaqlar üçün yaradıcılıq mərkəzlərinin, yay-qış düşərgələrinin yaradılması təqdirəlayiq haldır: “Bu, Azərbaycan dövlətinin gənclər siyasətinə yönələn sosial layihəsidir. Uşaqların həm mənəvi cəhətdən, həm vətənpərvərlik nöqteyi-nəzərindən tərbiyələndirilməsi üçün onların asudə vaxtının təşkili çox vacibdir. Böyüyən nəslin mənəvi zənginliyini düşünmək də olduqca vacibdir. Uşaqlarımızı yalnız savadlı deyil, həm də mənəvi cəhətdən kamil böyütməliyik”.
Valideyn ilk öncə layiqli vətəndaş yetişdirməlidir
E.Hüseynovun fikrincə, uşaqların, gənclərin layiqli vətəndaş olması olduqca önəmli məsələ və vacib şərtdir. Bunun üçün də ilk növbədə uşaq və gənclərin mənəvi cəhətdən inkişafına diqqət yetirilməlidir: “Belə bir diqqət ilk növbədə ailədə göstərilməlidir. Çünki uşaqlara, gənclərə ilk tərbiyə məhz onların doğulub, boya-başa çatdıqları ailələrdə valideynləri tərəfindən verilir. Valideynlər nəzərə almalıdırlar ki, bu məsuliyyətli işi layiqincə görməli, övladlarını mənəvi cəhətdən mükəmməl şəkildə yetişdirməli, layiqli vətəndaş olaraq boya-başa çatdırmalıdırlar. Uşaq və gənclər, ilk növbədə, öz ailələrində layiqli vətəndaş kimi tərbiyə almalıdırlar.
Ancaq etiraf etmək lazmdır ki, gənclərin hər mənada sağlam yetişməsində təhsil ocaqlarının da özünəməxsus yeri var. Çünki tədris müəssisələrinin əsas vəzifəsi gəncliyimizin milli ruhda yetişməsini təmin etməkdir. Ona görə də həmin müəssisələr, eləcə də o müəəssisələrdə çalışan pedaqoqlar uşaq və gənclərin düzgün tərbiyə almalarına, gələcəkdə cəmiyyətə sağlam düşüncəli vətəndaş kimi inteqrasiya olunmalarına, milli ruhda böyümələrinə birbaşa cavabdehlik daşıyırlar”.
“Sağlam bədəndə sağlam ruh olar”
E.Hüseynov həmçinin bildirib ki, uşaqların kiçik yaşlarından fiziki və mənəvi inkişafı valideynlərin həmişə maraq dairəsində olur. Bu baxımdan valideynlər uşaqları onlar üçün düzgün seçilmiş idman növlərinə yönləndirməlidirlər: “Pedaqoqlar və psixoloqlar da uşaqların hərtərəfli harmonik inkişafında idman və bədən tərbiyəsinin roluna önəm verirlər. Uşaqlara kiçik yaşlarından idman və bədən tərbiyəsinin faydaları, “Sağlam bədəndə sağlam ruh olar”- ifadəsinin tam mənası aşılanmalıdır. İdman kiçikyaşlı uşaqların öz “mən”ləri və ətraf mühiti qavramalarında mühüm vasitədir. İdmanla məşğul olan uşaqlar həmişə birinci olmağa, liderliyə can atırlar”.
Yanlış seçilmiş idman növü...
Məktəb direktorunun sözlərinə görə, valideynlər uşaqların hansı idman növü ilə məşğul olmasına qərar verərkən, həm diqqətli olmalı, həm də uşaqlarla birlikdə qərar qəbul etməlidirlər: “Yanlış seçilmiş idman növü uşaqda özünə inamsızlıq, özünü qiymətləndirmənin aşağı enməsi, aqressivlik yarada bilər.
Ancaq düzgün seçilmiş idman növü ilə məşğul olan uşaqlar daha çevik, hərəkətli, özünə inamlı olurlar. Bu baxımdan uşaqların kiçik yaşlardan idman haqqında məlumatlandırılması və idmana cəlb olunması vacibdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52

