“Onlayn Azərbaycan”
24.08.2024 [10:35]
Genişzolaqlı internetə çıxış (GZÇ) son zamanlar bütün dünyada yaxşı yaşam tərzinin tərkib hissələrindən biri kimi qəbul edilir. Məlumdur ki, pandemiya və insanların həyat tərzinin dəyişməsi onlayn iş, onlayn təhsil sistemindən geniş istifadəyə şərait yaratdı. Keyfiyyətli genişzolaqlı internet bizə yalnız çıxılmaz vəziyyətlərdə kömək olmadı, eyni zamanda istənilən ölkədə yaşayan şəxslərlə görüntülü danışmaq, yeni biliklərin yaranması, rəqəmsal dövlət xidmətlərinin əldə edilməsi kimi əlavə imkanlar yaratdı.
Bütün bunlar isə sürətli və keyfiyyətli internetə çıxışın olmasını tələb edir. Evdə internetə çıxış artıq Azərbaycan əhalisinin çoxunun həyatında adi bir hadisəyə çevrilib. İnternetə çıxış müxtəlif texnologiyalar vasitəsi ilə mümkündür. Ölkəmizdə tarixən ilk qurulmuş texnologiya ADSL-dir. Lakin ADSL texnologiyaları tədricən keçmişdə qalır və getdikcə dünya şəbəkə operatorları daha yüksək sürətli GPON texnologiyasına üstünlük verirlər.
Son illər Azərbaycanın nəinki paytaxtı, həmçinin müxtəlif rayonlarında GPON internetinə çıxış üçün işlər intensivləşib və bu təşəbbüs rəqəmsal dövlətin inkişafı üzrə dövlət proqramının bir hissəsinə çevrilib. Ucqar rayonlarda yaşayış ərazilərində optika vasitəsi ilə internetə qoşulmaların sayı artmaqdadır, yüksək sürətli qoşulmalar bir vaxtlar internetin ümumiyyətlə olmadığı və ya abunəçilərin mobil telefondan modem kimi istifadə etdiyi ərazilərə də çatır.
Ötən ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin 6 ayı ərzində Azərbaycanda 0,8 milyon ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Ümumilikdə ölkədə 2,8 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub.
Artıq ölkənin 30 rayonunda 90%-dən çox, 23 rayonunda 70-90% arası və digərlərində isə 65%-ə qədər təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.
2024-cü ilin ilk 6 ayı ərzində...
Layihə müddətində ölkədə genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 12 dəfə artaraq 9%-dən 92%-ə yüksəlib. Cari ilin ilk 6 ayı ərzində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib və toplam əhatə 26% artıb.
Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.
Bərdədə də GPON texnologiyası yaradıldı
“Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bərdə rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradılıb. Dünən nazirlikdən verilən məlumata görə, Bərdə şəhərində şəbəkənin tikintisi başa çatmaq üzrədir. Şəhər mərkəzində 12644 təsərrüfatdan 7000-ə yaxın ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır.
Yeni qoşulmalar davam edir
Ümumilikdə rayonda mövcud təsərrüfatların 90%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib. Hazırda rayon ərazisində 19649 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
2024-cü ilin sonuna qədər...
Göründüyü kimi, ölkəmizdə ev internetinin inkişafı kifayət qədər yüksək sürətlə gedir. GPON texnologiyası üzrə optik çıxış fəal şəkildə tətbiq edilir, yaşayış məntəqələrinin əhatə dairəsi artırılır, ucqar kəndlərdə yaşayan əhali də yüksəksürətli internetlə təmin edilir. Dövlət telekommunikasiya operatorları və özəl şirkətlər arasında dövlət-özəl tərəfdaşlıq modeli (PPP) ilə gücləndirilmiş birgə səylər nəticəsində 2024-cü ilin sonuna qədər minimum 25 Mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən fiber-optik kabel şəbəkəsinin qurulması hədəflənib. Dövlətimiz bu planları və qlobal tendensiyaları nəzərə alaraq, abunəçilərin ev internetinin sürətinin və keyfiyyətinin artırılması istiqamətində bütün işləri görür. Bütün bunlar da vətəndaşların rəqəmsallaşma və həyat keyfiyyətinin yaxşılaşdırılması üçün yeni imkanlar yaradır.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34

