Qəbələ və Naxçıvanda mühüm görüş...
22.08.2024 [10:19]
Sahibkarların təklifləri dinlənilib
Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçik və orta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Respublikamızda sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə mühüm işlər görülür. Xüsusilə regionlarımızda azad sahibkarlığın hərtərəfli inkişafı, sahibkarlarla mütəmadi görüşlərin təşkili və onlara üçün əlverişli şəraitin yaradılması istiqamətində uğurlu fəaliyyət davam etdirilir.
Bundan başqa, sahibkarlara həm siyasi dəstək, həm metodik tövsiyələr, eyni zamanda maliyyə resursları verilir ki, onlar iş qursunlar. Müxtəlif rayonlarda həyata keçirilən əsas infrastruktur layihələri başa çatır və yaxud yeni layihələrə start verilir. Eyni zamanda regionlarımızda yeni yollar, kommunikasiyalar salınır, elektrik, qaz, su xətləri yenilənir. Bir sözlə, biznesin inkişafı üçün bölgələrdə, həmçinin paytaxtımızda yeni imkanlar yaradılır.
Liberal iqtisadiyyatın genişləndirilməsi, kiçik və orta biznesin dayanıqlı inkişafının təmin edilməsi və nəticə etibarı ilə özəl sektorda gəlirliliyi və istehlak mallarının istehsalının artırılması Azərbaycanda prioritet istiqamətlərdən biri hesab olunur. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “2030: sosial iqtisadi inkişafa dair milli prioritetlər” gizli iqtisadiyyatın məhdudlaşdırılmasını, eyni zamanda, liberal iqtisadiyyatın genişləndirilməsini özündə ehtiva edən hüquqi bazadır. Dövlət başçısı tərəfindən hər bir sahədə olduğu kimi, sözügedən sektorda da aparılan məqsədyönlü siyasətin uğurlu nəticələri onu deməyə əsas verir ki, yaxın gələcəkdə də azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində uğurların, nailiyyətlərin qazanılmasına şahidlik edəcəyik.
Sahibkarlar üçün əlverişli fürsətlər
Son illər sahibkarların fəaliyyətinin təşviqi istiqamətində vergi qanunvericiliyində əhəmiyyətli dəyişikliklər edilib. Belə ki, Azərbaycanda son illərdə yeni iqtisadi model tətbiq edilir. Məsələn, sahibkarlara dövlət dəstəyi olaraq vergi güzəştlərinin təklif olunmasını qeyd edə bilərik. Bununla da sahibkarlar həmin güzəştlərdən istifadə edərək xərclərini minimallaşdırmaq və iqtisadi aktivliyi qısa zamanda bərpa etmək imkanı əldə edirlər. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycanda azad sahibkarlıq və liberal iqtisadiyyat ilbəil daha da inkişaf edir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı inkişafına ciddi təkan verir.
Qəbələdə mühüm müzakirə...
Bu yaxınlarda Qəbələdə “Sahibkarların bilik və bacarıqlarının artırılması” mövzusunda görüş keçirilib. Görüş rayonun Zarağan kəndi ərazisində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təyin olunub. Belə ki, sahibkarların bilik və bacarıqlarının artırılması, onlara məsləhət xidmətlərinin göstərilməsi, müvafiq sahələrdə xidmət göstərən sahibkarlar arasında əlaqələrin qurulması, həmçinin onların üzləşdikləri çətinliklərin dinlənilməsi və təkliflərin müzakirəsi məqsədilə açıq havada müzakirələr aparılıb.
Bildirilib ki, KOBİA-nın Şəki-Zaqatala regional koordinatorluğunun, rayon icra hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin nümayəndələrinin və müvafiq sahibkarlıq subyektlərinin iştirak etdiyi tədbirdə sahibkarların qarşılaşdıqları çətinliklərin operativ həlli, ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və təmin olunması istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Naxçıvanda qadın sahibkarlarla görüş
Bundan başqa, ötən günlərdə KOBİA-nın KOB dostu departamentinin Naxçıvan regional koordinatorluğunun təşkilatçılığı ilə qadın sahibkarlarla görüş keçirilib. KOBİA-dan verilən məlumata görə, 25-ə yaxın sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə, bu sahədə dövlət dəstəyi tədbirlərinə və həyata keçirilən layihələrə, özəl qurumların təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda qadın sahibkarların maliyyə resurslarına və satış bazarlarına çıxışı, sərgilərdə iştirakına dəstək mexanizmlərinə dair məlumat verilib.
Həmçinin görüşdə qadın sahibkarlar uğur hekayələrini bölüşüb, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.
Növbəti görüş paytaxtda olub
KOBİA-nın növbəti dəfə sahibkarlarla görüşü isə avqustun 19-da baş tutub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov görüş zamanı sahibkarların biznesin inkişafına dair müxtəlif məsələlər barədə müraciətlərini dinləyib, onlarla bağlı ətraflı izahat verib, suallarını cavablandırıb.
Sahibkarların müraciətləri əsasən infrastrukturun yenilənməsi, kommunal xidmətlərə qoşulma, yeni biznes təşəbbüslərinin həyata keçirilməsi üçün dəstəyin göstərilməsi, idxal əməliyyatları, cari biznes fəaliyyətləri ilə əlaqədar digər məsələlərlə bağlı olub. Sahibkarların araşdırma tələb edən müraciətləri isə baxılması üçün qeydiyyata alınıb.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40

